Dokuz Eylül Universitetində təhsil – 1982-ci ildə İzmirdə təsis edilmiş dövlət universitetidir. Universitetdə 10 institut, 18 fakültə, 1 təcrübə və tədqiqat xəstəxanası, 60 təcrübə və tədqiqat mərkəzi fəaliyyət göstərir. Dokuz Eylül Universitetində 107 ölkədən mindən çox xarici tələbə təhsil almaqdadır. Universitet 122 bakalavr, 439 magistr proqramı ilə elmi fəaliyyətinə davam edir. Tələbələr Hüquq, Ədabiyyat, Tibb, Memarlıq, Mühəndislik, Sağlıq elmləri kimi fakültələrdə seçimlərinə uyğun olaraq təhsillərini davam etdirə bilərlər. Mərkəzi kitabxana və digər 13 kitabxana tələbələrə 24 saat xidmət göstərir. Dokuz Eylül Universitetində tələbələrin dərsdən əlavə boş vaxtlarını səmərəli keçirmələri üçün 92 tələbə klubu fəaliyyət göstərir.
Dokuz Eylül Universitetində bakalavr ixtisasları:
Uluslararası Ticaret
Turizm İşletmeciliği
Bilgisayar Mühendisliği
İnşaat Mühendisliği
Çevre Mühendisliği
Endüstri Mühendisliği
Makine Mühendisliği
Mimarlık
Şehir ve Bölge Planlama
Maliye
İşletme
İktisat
Ekonometri
Biyoloji
Bilgisayar Bilimleri
Psikoloji
Sosyoloji
Dokuz Eylül Universitetində Təhsil Haqları:
Dokuz Eylül Universitetində illik təhsil haqqı Tibb fakültəsi üçün 6395 dollar, Mühəndislik 860 dollar, digər fakültələr üzrə 590-860 dollar arasında dəyişməkdədir. Qeyd etmək istəyirik ki, Türkiyədə Tibb təhsili 6 ildir.
Dokuz Eylül Universitetinə Qəbul Şərtləri:
Dokuz Eylül Universiteti Bakalavr ixtisaslarına YÖS, SAT balı ilə qəbul edir. Universitet Magistratura ixtisaslarına isə bakalavr ortalama balı (GPA ) ilə qəbul edir.
Not: Əgər Magistratura təhsilini ingilis dilində alacaqsınızsa, bu zaman TOEFL və ya YDS imtahanı nəticəsi
tələb olunur.
XARİCEGET şirkəti Dokuz Eylül Universitetinin Azərbaycandakı rəsmi nümayəndəsidir.
Dokuz Eylül Universiteti ilə bağlı ətraflı məlumat üçün bizimlə əlaqə saxlaya və ya ofisimizə yaxınlaşa bilərsiniz.