Hollandiya, yüksək keyfiyyətli təhsil və beynəlxalq bir ortama sahib olmasıyla dünyanın ən məşhur magistr təhsili verən ölkələrindən biridir.
Hollandiyada magistr təhsili bir və ya iki il davam edir. Proqramlar adətən ingilis dilində olur. Bununla yanaşı, istəyən tələbələr üçün bəzi proqramlarda holland dilində də tədris keçirilir.
Hollandiyada magistr təhsili, WO (Wetenschappelijk Onderwjis) və HBO(Hoger Beroepsonderwijs) olmaqla iki yerə bölünür. WO sistemi, praktikaya yönəlik bir təhsil sistemidir və magistr dərəcələri ( MA və MSc) təqdim edir. HBO sistemi isə sırf nəzəriyyəyə fokuslanmış bir təhsil sistemidir və magistr dərəcələri olaraq (MA, MSc və MBA) verir.
WO sistemi çərçivəsində təklif olunan magistr proqramları, adətən 120 kreditlik dərs proqramından ibarət olur. Bu proqramlar nəzəri dərslərdən, tədqiqat layihələrindən və dissertasiya mərhələsindən ibarətdir.
HBO sistemi çərçivəsində təklif olunan magistr proqramları, adətən 60 kreditlik dərs proqramından ibarət olur. Bu proqramlar nəzəri dərslərdən, praktik məşğələlərdən və layihə mərhələsindən ibarətdir.
Niderlandda magistratura təhsili verən universitetlər tələbələrin fərdi bacarıq və maraq sahələrini inkişaf etdirmələri üçün müxtəlif imkanlar yaradır. Tələbələr universitet klubları və ictimai birliklərə qoşularaq sosial və mədəni tədbirlərdə iştirak edə bilərlər.
Hollandiyada Magistr Bölümləri
Hollandiyada magistr təhsili ala biləcəyiniz müxtəlif bölümlər mövcuddur. Bunlara, mühəndislik, memarlıq, biznes, təbiət elmləri, incəsənət və dizayn kimi bölümlər yer alır.
İngilis Dili Tələbi
Hollandiyada magistr təhsili almaq üçün ingilis dili bacarıqlarınızı göstərən sənədə sahib olmağınız gərəklidir. İngilis dili yetərliliyinini göstərən sənədlər arasında, IELTS, TOEFL və Duolingo testləri yer alır.
Magistr təhsili üçün IELTS ən az 6.0, TOEFL 80, Duolingo-dan isə ən az 100 bal toplamaq lazımdır.
Hollandiyada Magistr Qiymətləri
Burada magistr təhsili, digər Avropa ölkələri ilə müqayisədə daha uyğundur. Hollandiyada dövlət universitetlərində illik təhsil qiymətləri, 8000 – 16.000 euro arasında dəyişir. Özəl universitetlərdə isə təhsil qiymətləri bir qədər yüksəkdir.
Magistr təhsili ilə yanaşı yaşa xərcləri də tələbənin yaşam tərzinə və yaşadığı şəhərə görə dəyişməklə aylıq 900 – 1500 euro təşkil edir.
Hollandiyanın Top Universitetləri
- Amsterdam University of Applied Sciences
- Erasmus University Rotterdam
- Leiden Universiteti
- Hanze University of Applied Sciences
- IC University of Applied Sciences – Amsterdam
- Maastricht Universiteti
- The Hague University of Applied Sciences
- Tilburg Universiteti
- University of Amsterdam
- University of Twente
- Webster University Leiden
- Eindhoven University of Texchnology
- Utrecht University
Magistr Proqramına Müraciət üçün Şərtlər
Hollandiyada magistr proqramına müraciət üçün lazım olan sənədlər, universitetlərə görə dəyişir. Əsasən isə aşağıdakı sənədlər tələb olunur:
- Bakalavr diplomu və ya məzuniyyət haqqında sənəd
- Transkript
- İngilis dili biliyini göstərən sənəd
- Motivasiya məktubu
- Tövsiyə məktubu
- Portfolio (bəzi sahələr üçün)
Hollandiya universitetlərinə müraciətlər adətən Aprel ayında başlayır.
Müraciətlər universitet rəhbərliyi tərəfindən dəyərləndirilir. Müraciətlər tələbənin akademik bacarıqları, ingilis dili biliyi və digər faktorlar nəzərə alınaraq qiymətləndirilir.
Müraciətlərin nəticələri əsasən İyul ayında açıqlanır.
Hollandiyada Yerləşmə Seçimləri
Hollandiyada magistr təhsili alacaq tələbələr üçün müxtəlif yerləşmə seçimləri mövcuddur. Bu seçimlər arasında kampus daxili yataqxanalar, özəl yataqxanalar, tələbə evləri və ailə yanında qonaqlama vardır.
Kampus daxili yataqxanalar: Kampus daxili yataqxanalar, universitetlərim kampuslarında yer alır. Bu yerləşmə növü tələbələrə universitetə yaxın olma və sosiallaşmağa imkan verir.
Kampus daxili yataqxanalar adətən tək, iki və daha çox tələbə ilə qalmaq üçün otaqlar təklif edir. Bəzi yataqxanalarda qidalanma daxil olmadığı halda bəzilərində səhər və axşam yeməkləri verilir.
Özəl yataqxanalar: Özəl yataqxanalar universitetlərin kampusları xaricində yer alır. Bu yerləşmə növü tələbələrə daha geniş bir qonaqlama seçimi təklif edir.
Özəl yataqxanalarda adətən tək, iki və ya daha çox tələbə ilə qalmaq imkanı təqdim edilir. Bəzi yataqxanalarda tələbələrə studio tipli otaqlar və içərisində şəxsi hamam otağı olan otaqlar təklif edilir.
Ailə yanında qonaqlama: Ailə yanında qonaqlama, tələbələrin yerli bir ailənin yanında qalması ilə onlara mədəniyyəti daha yaxından öyrənməyə və günlük yaşam haqqında məlumat almağa kömək edir.
Ailə yanında qalan zaman tələbələr tək nəfərlik otaqlarda qalır. Yemək isə adətən ailə ilə birlikdə yeyilir.
Büdcəniz, yaşam tərziniz, mədəniyyətlə yaxından tanış olmaq, kampusa yaxın qalmaq istəyib-istəməyəcəyinizi nəzərə alıb sizin üçün ən uyğun yerləşmə növünü təqdim edirik.

Hollandiyada Təhsil Almaqla Yanaşı İşləmək İcazəsi
Hollandiya təhsil alan tələbələr, həftədə 16 saatı keçməmək şərtilə işləmək icazəsinə sahibdir. Burada magistr təhsili tamamlayan tələbələr İş Vizası ilə ölkədə yaşamaqlarına davam edə, iş sahibi ola bilərlər.
XaricəGet olaraq təqdim etdiyimiz xidmətlər
XaricəGet olaraq, Hollandiya universitetlərinə magistr dərəcəsinə müraciət edəcək tələbələr üçün müraciət müddətini professional şəkildə istiqamətləndiririk. Müraciət prosedurundan viza məsələlərinə, səyahət təşkilatçılığına qədər bütün prosedurlar zamanı sizin yanınızdayıq. Təqdim etdiyimiz xidmətlərə aşağıdakılar daxildir:
- Şəhər, universitet və bölüm seçimi; Ehtiyac, hədəf, təhsil və büdcənizə uyğun şəhər, universitet və bölümləri sizə bildiririk.
- Universitetə müraciət prosesi; Seçilmiş univeristetlərə müraciət formunu doldururuq.
- Tələb edilən sənədlərin hazırlanması; Lazım olan bütün sənədlərin hazırlanması və təqdim edilməsi.
- Ödənişlərin edilməsi; Universitet təhsil haqqının ödənilməsi və qeydiyyat prosedurunun tamamlanmasını təmin edirik.
- Universitetə qeydiyyat; Müraciətdən sonra universitetə qeydiyyatın həyata keçirilməsi.
- Sənədlərin təslim edilməsi; Lazım olan sənədlərin universitetə təslim edilməsi.
