İspaniyada Universitet Təhsili

İspaniyada Universitet Təhsili

İspaniyada Universitet Təhsili almaq istəyirsinizsə bu mətində yazılan bütün məlumatlar sizin suallarınıza cavab verəcək.

İspaniyada universitetlərin əksəriyyəti dövlət universitetləridir. Ancaq kifayət qədər özəl universitetlərin də olduğunu deyə bilərik. Dövlət universitetlərinin ödənişləri olduqca məqbul səviyyələrdə olduğu halda, özəl universitetlərin təhsil haqları qurumdan asılı olaraq dəyişir.

İspaniya dünya miqyasında tanınan bir çox universitetə ev sahibliyi edir. Əksəriyyəti dövlət universitetlərindən ibarət olan bu qurumlar, öz sahələrində və ümumi reytinqdə ilk 500-lükdə yer alırlar. Bu səbəbdən İspaniyanın bakalavr təhsili baxımından üstünlük verilməli bir seçim olduğunu söyləməliyik.

İspaniya Universitetlrinə Qəbul və Müraciət Şərtləri

İspaniyada dövlət universitetlərinə daxil olmaq üçün tələbələr Selectividad (PAU) adlanan mərkəzi imtahanda iştirak etməlidirlər. Bu imtahan iki mərhələdən ibarətdir:

Məcburi mərhələ: İspan dili və ədəbiyyatı, İspaniya tarixi və xarici dil (İngilis, Fransız və s.) biliklərini əhatə edir.

Seçmə mərhələ: Tələbənin seçdiyi ixtisasa uyğun olaraq Riyaziyyat, Biologiya, Kimya və ya Fizika kimi fənlərdən ibarətdir.Qeyd: Bəzi özəl universitetlər və peşə məktəbləri bu imtahanı tələb etmir, yalnız orta məktəb diplomu və dil sertifikatı ilə qəbul həyata keçirirlər.

Dil Bilikləri

  • İspan dili: Dövlət universitetləri üçün adətən DELE və ya SIELE imtahanlarından ən az B2 səviyyəsi tələb olunur.

  • İngilis dili: İngilisdilli proqramlar üçün IELTS (min. 6.0) və ya TOEFL (min. 80) sertifikatı vacibdir.

İspaniyada Universitet Təhsili üçün Tələb olunan Sənədlər

  • Orta məktəb diplomu (İspaniya təhsil sisteminə uyğunlaşdırılmış/təsdiq edilmiş).

  • Akademik transkript (Qiymət cədvəli).

  • Motivasiya məktubu və tövsiyə məktubları.

  • Pasportun surəti.

  • Bütün sənədlərin İspan və ya İngilis dilinə notarial təsdiqli tərcüməsi.

İspaniyada Tanınmış Universitetlər

İspaniyada təhsil ala biləcəyiniz bəzi nüfuzlu təhsil müəssisələri:

  • Madrid: Universidad Complutense de Madrid, Universidad Autónoma de Madrid.

  • Barselona: University of Barcelona (UB), Universitat Autònoma de Barcelona (UAB).

  • Valensiya: Polytechnic University of Valencia.

  • Özəl Məktəblər: EU Business School, IED (Dizayn və Moda), ESEI Business School.

İspaniyada  Təhsil Haqqı və Təqaüdlər

  • Dövlət Universitetləri: İllik ödənişlər təxminən 800 – 3,500 EUR arasındadır (ixtisasa və regiona görə dəyişir).

  • Özəl Universitetlər: İllik ödənişlər 6,000 – 20,000 EUR və daha yuxarı ola bilər.

  • Tələbələr Erasmus+ proqramından və İspaniya hökumətinin təqdim etdiyi təqaüdlərdən yararlana bilərlər.

İspaniya Təhsil Vizası

Müraciət prosesinin düzgün keçməsi üçün aşağıdakı sənədlər qovluğunu diqqətlə hazırlamaq lazımdır:

  1. Pasport və Şəxsiyyət Vəsiqəsi: Etibarlılıq müddəti təhsil müddətindən ən azı 3-6 ay çox olan xarici pasport (və əvvəlki vizalarınızın surəti), həmçinin şəxsiyyət vəsiqənizin surəti.

  2. Biometrik Şəkillər: Son 1 ay ərzində çəkilmiş, ağ arxa fonlu 2 ədəd standart biometrik fotoşəkil.

  3. Universitetdən Qəbul Məktubu: İspaniyadakı ali təhsil müəssisəsinə tam zamanlı (həftədə ən azı 20 saat dərsi əhatə edən) qəbul olunduğunuzu təsdiqləyən rəsmi sənəd.

  4. Təhsil Haqqının Ödəniş Qəbzi: Universitetin illik və ya ilk semestr ödənişinin edildiyini göstərən bank çıxarışı.

  5. Maliyyə Təminatı (Sponsorluq): İspaniyada yaşayış xərclərinizi qarşılaya biləcəyinizi sübut edən sənədlər. Bu, sizin şəxsi bank hesabınızdan çıxarış və ya valideyninizin sponsorluq məktubu, onların iş yerindən arayış və gəlir təsdiqləri ola bilər.

  6. Məhkumluq Barədə Arayış: ASAN Xidmətdən alınan, adınıza heç bir cinayət işinin olmadığını təsdiq edən rəsmi arayış.

  7. Tibbi Arayış: Beynəlxalq Səhiyyə Qaydalarına (2005) əsasən ictimai səhiyyə üçün təhlükə yarada biləcək yoluxucu xəstəliyinizin olmadığını təsdiq edən həkim arayışı.

  8. Tibbi Sığorta: İspaniyada qaldığınız bütün müddət ərzində qüvvədə olacaq, İspaniyada fəaliyyət göstərməyə icazəsi olan sığorta şirkətindən alınmış hərtərəfli tibbi sığorta şəhadətnaməsi.

  9. Viza Anketi: İspaniya milli vizası üçün rəsmi müraciət forması (tam və düzgün doldurulmuş, imzalanmış şəkildə).

  10. Səyahət Detalları: Gediş (və tələb olunarsa dönüş) aviabiletinin rezervasiyası və ya alınmış bilet.

  11. Viza Rüsumu: Müraciət zamanı ödənilməli olan konsulluq rüsumu.

 Azərbaycanlı Tələbələr Üçün Önəmli Qeyd: Azərbaycanda verilmiş rəsmi sənədlər (məhkumluq arayışı, ailə tərkibi haqqında arayış, tibbi arayış və s.) mütləq şəkildə İspan dilinə (bəzi hallarda ingilis dilinə də qəbul edilir, lakin ispan dili daha məqsədəuyğundur) rəsmi tərcümə edilməli, notarial qaydada və Apostil möhürü ilə təsdiqlənməlidir.

İspaniyada Universitet Təhsili
İspaniyada Universitet Təhsili

İspaniyada Tələbələr Oxuyarkən İşləyə Bilərmi?

Avropadakı bir çox ölkə kimi, İspaniya da tələbələrə işləmək məsələsində sərbəstlik tanıyır. İspaniyada təhsil alarkən eyni zamanda işləyə bilərsiniz. Bir çox tələbə ehtiyacı olmasa belə işləyərək ispan dilini öyrənir. İspan dili türk və ingilis dillərindən sonra öyrənmək istəyəcəyiniz, qlobal miqyasda əhəmiyyəti olan bir dildir.

İspaniyada Universitet Təhsili zamanı Ən Çox Üstünlük Verilən İxtisaslar

Biznesin idarə edilməsi, mühəndislik, tibb, memarlıq, menecment, vizual incəsənət kimi ixtisaslar İspaniya universitetlərinin populyar sahələridir. Azərbaycandan gedən tələbələr də adətən bu ixtisaslara üstünlük verirlər.

Universitetdən Məzun Olduqdan Sonra İspaniyada İşləmək Hüququ

İspaniya tələbələrə iş icazəsi verir. Məzun olduqdan sonra isə dili mükəmməl bilmək şərtilə işləmək hüququ tanıyır. Viza problemi yarandığı təqdirdə isə, müraciət edilən və sizi işə qəbul edən şirkətin zəmanəti (referansı) ilə iş icazəsi üçün müraciət etmək mümkündür.

Universitet seçimi, viza dəstəyi və yerləşdirmə – bütün prosesdə sizinləyik! Təhsil səyahətinizə güvənlə başlamaq üçün aşağıdakı whatsapp üzərindən bizə yazın, mütəxəssislərimiz sizinlə əlaqə saxlasın.