Anadolu Universitetinin əsası 1958-ci ildə Eskişehirde qoyulmuşdur. Qısa zaman ərzində sadəcə Türkiyədə deyil, dünyanın ən böyük universitetləri arasında da müasir, dinamik və yenilikçi bir universitet olaraq öz yerini tapmışdır. Anadolu Universiteti bir çox yeniliklərə imza atmış universitetdir. Bu ilklərdən biri də distant təhsil sisteminin həyata keçirilməsidir. Anadolu Universiteti etibarlı və müasir kampuslarında hər bir tələbə üçün lazım olan bütün şəraiti təmin edir. 315.000-dən çox nəşr olunmuş mənbələrlə bərabər bir çox elektron mənbəyə də əlçatanlığın mümkün olduğu mərkəzi kitabxana tətil günləri də daxil olmaqla hər gün 24 saat tələbələrə xidmət göstərir. Universitetdə türkcə, ingiliscə, fransızca, rusca və almanca tədris dilləri mövcuddur. Universitetdə fəaliyyət göstərən tələbə klubları sayəsində tələbələr boş zamanlarını keyfiyyətli şəkildə dəyərləndirə bilər. Tələbələr kampusda olan kinoteatr, teatr, konsert və sərgi salonlarında baş tutan tədbirlərdə iştirak edə bilərlər.
Anadolu Universitetindəki bakalavr ixtisasları:
Hukuk
Turizm İşletmeciliği
Sosyal Hizmet
İşletme
Uluslararası Ticaret ve Lojistik
Halkla İlişkiler ve Reklamcılık
İletişim Tasarımı ve Yönetimi
İktisat
Maliye
Uluslararası İlişkiler
Siyaset Bilimi ve Kamu Yönetimi
Çalışma Ekonomisi ve Endüstri İlişkileri
Bilgisayar ve Öğretim Teknolojileri
Psikoloji
Sosyoloji
Eczacılık
Anadolu Universitetində Təhsil Haqları:
Anadolu Universitetində illik təhsil haqqı Hüquq fakültəsində 1170 dollar, digər fakültələrdə isə 875-1170 dollar arasında dəyişir.
Anadolu Universiteti Qəbul Şərtləri:
Anadolu Universiteti Bakalavr ixtisaslarına YÖS, SAT balı ilə qəbul edir. Attestat balınızyüksək
olarsa onunla da qəbul mümkündür. Anadolu Universiteti Magistratura ixtisaslarına isə bakalavr
ortalama balı (GPA) ilə qəbul edir.
Not: Əgər Magistratura təhsilini ingilis dilində alacaqsınızsa, bu zaman TOEFL və ya YDS imtahanı nəticəsi
tələb olunur.
XARİCEGET şirkəti Anadolu Universitetinin Azərbaycandakı rəsmi nümayəndəsidir.
Anadolu Universiteti ilə bağlı ətraflı məlumat üçün bizimlə əlaqə saxlaya və ya ofisimizə yaxınlaşa
bilərsiniz.