Ankara Universitetində təhsil – 1946-cı ildə Türkiyənin paytaxtı Ankara şəhərində yaradılmış dövlət universitetidir. Ankara Universitetinin tərkibində 18 fakültə, 113 bakalavr proqramı və 34 tədqiqat mərkəzi mövcuddur. Hal-hazırda universitetin 3720 akademik heyəti var. Ankara Universiteti ötən illərdə keçirilən Türkiyənin ən yaxşı universitetləri sıralamasında 6-cı sırada yerləşir. Universitetin Ankara içində 6 və Beypazarında 1 tələbə evi var. Tələbə evlərində tələbələrin məskunlaşmaları ilə yanaşı, digər bütün ehtiyaclarının ödənilməsinə xüsusi diqqət yetirilir. Ankara Universiteti 29 kitabxanaya sahibdir. Bu kitabxanalar tədqiqat və tələbələrin bilgi ehtiyaclarını qarşılaya biləcək genişlikdə şəhəriçi və şəhər xaricindən çap və elektronik nəşrlərə malikdir. Üstəlik Türkiyənin ən geniş online kitabxana şəbəkəsi ilə tələbələrin dünyadakı elmi nəşrlərə əlçatanlığını artırır. Tələbələrin dərs xaricində boş zamanlarını ən yaxşı şəkildə dəyərləndirməsi məqsədilə bir çox idman mərkəzləri, mədəni və sosial dərnəklər
fəaliyyət göstərir.
Ankara Universitetindəki bakalavr ixtisasları:
Tıp
Diş Hekimliği
İşletme
Uluslararası İşletme
Tarih
Gıda Mühendisliği
Sosyoloji
Fizik Mühendisliği
Psikoloji
Politika ve Ekonomi
Maliye
Bilgisayar Mühendisliği
Kimya
Jeoloji Mühendisliği
Jeofizik Mühendisliği
Ankara Universitetində Təhsil Haqları:
Ankara Universitetində təhsil haqqı Tibb fakültəsində 3515 dollar (ingiliscə 5273 dollar), Diş Həkimliyi 2815 dollar(ingiliscə 4220 dollar), Mühəndislik fakültəsi 2110 dollardır. Digər fakültələrdə təhsil haqqı
645-2815 dollar arasında dəyişir.
Qeyd etmək istəyirik ki, Türkiyədə Tibb təhsili 6 il, Diş Həkimliyi isə 5 ildir.
Ankara Unversitetinə Qəbul Şərtləri:
Ankara Universiteti Bakalavr ixtisaslarına YÖS, SAT balı ilə qəbul edir. Ankara Universiteti Magistratura ixtisaslarına qəbul üçün isə bakalavr ortalama balı (GPA ) qəbul edir. Not: Əgər Magistratura təhsilini ingilis dilində alacaqsınızsa, bu zaman TOEFL və ya YDS imtahanı nəticəsi
tələb olunur.
XARİCEGET şirkəti Ankara Universitetinin Azərbaycandakı rəsmi nümayəndəsidir.
Ankara Universiteti ilə bağlı ətraflı məlumat üçün bizimlə əlaqə saxlaya və ya ofisimizə yaxınlaşa
bilərsiniz.