Gazi Universitetində Təhsil – Gazi Universiteti 1926-cı ildə yaradılan və Türkiyənin Ankara şəhərində yerləşən dövlət universitetidir. Gazi Universiteti Cümhuriyyətin ilk universiteti olma ünvanını da özündə saxlayır. Akademik göstəricilər cəhətdən “Türkiyənin Ən Yaxşı İlk 5 Universiteti” içində öz yerini qoruyan Gazi Universiteti dünya universitetləri sıralamasında “Dünyanın Ən Yaxşı İlk 500 Universiteti”arasında yerləşir. Hazırda universitetin tərkibində 11 fakultə, 5 institut və 35 tədqiqat mərkəzi fəaliyyət göstərir. Güclü akademik heyətə sahib olan universitet tələbələrə bakalavr və magistr üzrə müxtəlif proqramlar təklif edir. 37000 tələbənin təhsil aldığı Gazi Universitetinin 3000 akademik personalı var. Tələbələrin aktiv sosial həyatı üçün, sorğulayan, düşünən gənclər olmaları üçün 150-dən çox müxtəlif tələbə klubları fəaliyyət göstərir.
Gazi Universitetində bakalavr ixtisasları:
Bilgisayar Mühendisliği
İnşaat Mühendisliği
Enerji Sistemleri Mühendisliği
Otomotiv Mühendisliği
Elektrik- Elektronik Mühendisliği
Şehir ve Bölge Planlama
Endüstriyel Tasarım
İngilizce Öğretmenliği
Almanca Öğretmenliği
Kimya Mühendisliği
Makine Mühendisliği
Hemşirelik
Biyoloji
Fizik
Kimya
Gazi Universitetində Təhsil Haqları:
Gazi Universitetində illik təhsil haqqı Tibb fakültəsində 6090 dollar, Diş Həkimliyi 2200 dollar, Mühəndislik 1200 dollar, digər fakültələrdə isə təhsil haqqı 575-855 dollar arasında dəyişir. Qeyd etmək istəyirik ki, Türkiyədə Tibb Təhsili 6 il, Diş Həkimliyi 5 ildir.
Gazi Universiteti Qəbul Şərtləri:
Gazi Universiteti Bakalavr ixtisaslarına YÖS, SAT balı ilə qəbul edir. Magistratura ixtisaslarına bakalavr ortalama balı (GPA) ilə qəbul edir.
Not: Əgər Magistratura təhsilini ingilis dilində alacaqsınızsa, bu zaman TOEFL və ya YDS imtahanı nəticəsi tələb olunur.
XARİCEGET şirkəti Gazi Universitetinin Azərbaycandakı rəsmi nümayəndəsidir. Gazi Universiteti ilə bağlı ətraflı məlumat üçün bizimlə əlaqə saxlaya və ya ofisimizə yaxınlaşa bilərsiniz.