İzmir Katip Çelebi Universiteti Təhsil – 2010-cu ildə İzmir şəhərində yaradılmış dövlət universitetidir. Adını XVII əsr Osmanlı alimi Katib Çelebidən götürmüşdür. İzmir Katip Çelebi Universiteti İzmirin ən sürətli inkişaf edən gənc universitetidir. Universitetin tədris dili türkcə və ingiliscədir. Tərkibində 13 fakültə və 3 institutu birləşdirən universitetdə 10000-dən çox tələbə müxtəlif bakalavr və magistr proqramları üzrə təhsil alır. Universitetdə Stamotologiya, Əczaçılıq, İqtisadiyyat və İdarəetmə, Mühəndislik və Memarlıq, Tibb, Turizm kimi fakültələr mövcuddur. Universitetdə tələbələrin sosial həyatlarının aktivliyi üçün 70 tələbə klubu fəaliyyət göstərir. İzmir Katip Çelebi Universiteti gənç və dinamik tədris heyəti ilə tələbələrin nəzəri biliklərlə
yanaşı praktik təcrübə qazanmalarını hədəfləyən universitetdir.
İzmir Katip Çelebi Universitetində bakalavr ixtisasları:
İşletme
Uluslararası İlişkiler
Siyaset Bilimi ve Kamu Yönetimi
İktisat
Uluslararası Ticaret ve İşletmecilik
Maliye
Sağlık Yönetimi
Makine Mühendisliği
İnşaat Mühendisliği
Biyomedikal Mühendisliği
Petrol ve Doğalgaz Mühendisliği
Bilgisayar Mühendisliği
Elektrik-Elektronik Mühendisliği
Sosyoloji
Psikoloji
Felsefe
Tarih
Turizm İşletmeciliği
İzmir Katip Çelebi Universitetində Təhsil Haqları:
İzmir Katib Çelebi Universitetində illik təhsil haqqı Tibb fakültəsində 5950 dollar, Diş Həkimliyi 5825 dollar, digər fakültələrdə isə 220-980 dollar arasında dəyişir. Qeyd etmək istəyirik ki, Türkiyədə Tibb təhsili 6 il, Diş Həkimliyi isə 5 ildir.
İzmir Katip Çelebi Universiteti Qəbul Şərtləri:
İzmir Katip Çelebi Universiteti Bakalavr ixtisaslarına YÖS və SAT nəticələri iə qəbul edir. Universitet Magistratura ixtisaslarına bakalavr ortalama balı (GPA) ilə qəbul edir.
Not: Əgər Magistratura təhsilini ingilis dilində alacaqsınızsa, bu zaman TOEFL və ya YDS imtahanı nəticəsi tələb olunur.
XARİCEGET şirkəti İzmir Katip Çelebi Universitetinin Azərbaycandakı rəsmi nümayəndəsidir.
İzmir Katip Çelebi Universiteti ilə bağlı ətraflı məlumat üçün bizimlə əlaqə saxlaya və ya ofisimizə yaxınlaşa bilərsiniz.