Sakarya Universitetində Təhsil – Əsası 1970-ci ildə qoyulan təhsil müəssisəsi 1992-ci ildən etibarən Sakarya Universiteti kimi fəaliyyət göstərməyə başlamışdır. Universitet tərkibində birləşdirdiyi 13 fakültə, 6 institut, müxtəlif bakalavr və magistr proqramları ilə minlərlə tələbəyə təhsil verməkdədir. 60 ölkədən 3000-dən çox tələbəyə təhsil verən Sakarya Universiteti hər keçən gün beynəlxalq bir universitet olma yolunda sürətlə irəliləyir. Sakarya Universitetində tələbələrin sosial baxımdan inkişaf etmələri üçün 130 tələbə topluluğu fəaliyyət göstərir. Tələbələrin dərs xaricində boş zamanlarını kitabxanada keçirtmələri üçün və istədikləri mənbələri vaxt limiti olmadan istifadə edə bilmələri üçün Mərkəzi kitabxana 24 saat xidmət göstərir. Sakarya Universiteti məzunları ən asan iş tapan ilk 10 universitet arasında yer alır.
Sakarya Universitetində bakalavr ixtisasları:
Bilişim Sistemleri Mühendisliği
Bilgisayar Mühendisliği
Yazılım Mühendisliği
Inglizce Öğretmenliği
Fizik
Kimya
Matematik
Tarih
Sosyoloji
Psikoloji
Sosyal Hizmet
Halkla İlişkiler ve Reklamcılık
Gazetecilik
Iletişim ve Tasarımı
Radio, Televizyon ve Sinema
İşletme
İnsan Kaynakları Yönetimi
Sağlık Yönetimi
Yönetim Bilişim Sistemleri
Uluslararası Ticaret ve Finansman
Çevre Mühendisliği
Elektrik-Elektronik Mühendisliği
Gıda Mühendisliği
Inşaat Mühendisliği
Metalurji ve Malzeme Mühendisliği
Mimarlık
Görsel İletişim Tasarımı
Maliye
Iktisat
Uluslararası İlişkiler
Siyaset Bilimi ve Kamu Yönetimi
Sakarya Universitetində Təhsil Haqları:
Sakarya Universitetində illik təhsil haqqı Tibb fakültəsində 2565 dollar, Diş Həkimliyi 1340 dollar, Hüquq 315 dollardır. Digər fakültələrdə təhsil haqqı 230-700 dollar arasında dəyişməkdədir. Qeyd etmək istəyirik ki, Türkiyədə Tibb təhsili 6 il, Diş Həkimliyi isə 5 ildir.
Sakarya Universiteti Qəbul Şərtləri:
Sakarya Universiteti Bakalavr ixtisaslarına YÖS, SAT balı ilə qəbul edir. Attestat balınız yüksək olarsa onunla da qəbul mümkündür. Magistratura ixtisaslarına isə bakalavr ortalama balı (GPA) ilə qəbul edir.
Not:Əgər Magistratura təhsilini ingilis dilində alacaqsınızsa, bu zaman TOEFL və ya YDS imtahanı nəticəsi
tələb olunur.
XARİCEGET şirkəti Sakarya Universitetinin Azərbaycandakı rəsmi nümayəndəsidir. Sakarya Universiteti ilə bağlı ətraflı məlumat üçün bizimlə əlaqə saxlaya və ya ofisimizə yaxınlaşa bilərsiniz.