Samsun Ondokuz Mayıs Universitetində Təhsil – Qaradəniz bölgəsinin iqtisadi, mədəni və sosial həyatına yeni bir nəfəs gətirmək məqsədilə 1975-ci ildə qurulan dövlət universitetidir. Adını Mustafa Kemal Atatürkün Samsuna ayaq basdığı “19 May 1919-cü il” tarixindən alan Ondokuz Mayıs Universitetində 18 fakültə, 5 institut və 24 tədqiqat mərkəzi fəaliyyət göstərir. 109 ölkədən
xarici tələbələrin təhsil aldığı Ondokuz Mayıs Universiteti beynəlxalq bir universitet olma yolunda irəliləyir. Universitet təcrübəli tədris heyətiylə tələbələrə bakalavr və magistr səviyyələrində tədris verir. Burada tələbələrin sosial həyatına yön vermək üçün müxtəlif tələbə cəmiyyətləri fəaliyyət göstərir. Universitetdə mədəni, sənət, idman, fikir və kariyera sahələrində fəaliyyət göstərən 112 tələbə cəmiyyəti mövcuddur. Mərkəzi kitabxana tələbələrə 24 saat xidmət göstərməkdədir.
Samsun Ondokuz Mayıs Universitetində bakalavr ixtisasları:
Biyoloji
Fizik
Kimya
Tarih
Sosyoloji
İktisat
İşletme
Siyaset Bilimi ve Kamu Yönetimi
Uluslararası Ticaret ve Lojistik
Gazetecilik
Halkla İlişkiler ve Tanıtım
Radyo, Televizyon ve Sinema
İletişim ve Tasarımı
Mimarlık
Çevre Mühendisliği
İnşaat Mühendisliği
Bilgisayar Mühendisliği
Endüstri Mühendisliği
Kimya Mühendisliği
Samsun Ondokuz Mayıs Universitetində Təhsil Haqları:
Ondokuz Mayıs Universitetində illik təhsil haqqı Tibb fakültəsində 3260 dollar (ingiliscə 4890 dollar), Diş Həkimliyi 2765 dollardır. Digər fakültələrdə illik təhsil haqqı 430-805 dollar arasında dəyişməkdədir. Magistratura proqramlarında illik təhsil haqqı 330 dollardır. Qeyd etmək istəyirik ki, Türkiyədə Tibb təhsili 6 il, Diş Həkimliyi isə 5 ildir.
Samsun Ondokuz Mayıs Universiteti Qəbul Şərtləri:
Ondokuz Mayıs Universiteti Bakalavr ixtisaslarına YÖS, SAT balı ilə qəbul edir. Attestat balınız yüksək olarsa onunla da qəbul mümkündür. Magistratura ixtisaslarına isə bakalavr ortalama balı (GPA) ilə qəbul edir.
Not: Əgər Magistratura təhsilini ingilis dilində alacaqsınızsa, bu zaman TOEFL və ya YDS imtahanı nəticəsi
tələb olunur.
XARİCEGET şirkəti Ondokuz Mayıs Universitetinin Azərbaycandakı rəsmi nümayəndəsidir. Ondokuz Mayıs Universiteti ilə bağlı ətraflı məlumat üçün bizimlə əlaqə saxlaya və ya ofisimizə yaxınlaşa
bilərsiniz.