Magistr təhsili sahəsində sahib olduğu dünya boyunca prestijli universitetləri ilə hər il yüz minlərlə beynəlxalq tələbəni qarşılayan Amerika xaricdə magistr təhsili ala biləcəyiniz ən yaxşı ölkələrdən biridir. Amerikada magistr təhsili almaq öz sahənizdə akademik bir uğura və güclü bir CV-yə sahib olmaq baxımından önəmlidir. Amerikadakı universitetlərdə saysız magistr proqramı yer alır.
Amerikada Magistr Təhsili Almanın Avantajları- Niyə Amerikada Magistr təhsili almalıyam?
Proqramların müxtəlifliyi
Amerikada magistr təhsili almaq istəyənlər üçün bölüm seçimləri olduqca çoxdur. Amerikada 4000-ə qədər universitet vardır və bu universitetlərin bir qismi dünyanın ilk 1000 universiteti arasında yer alır. Amerikada magistr təhsili alaraq mühəndislik və riyaziyyat (STEM) sahələrindən tutmuş sosial, incəsənət sahələrinə qədər bir çox sahədə təhsil ala bilərsiniz.
Fərqli istiqamətlər və Amerikan təhsil sistemi
Amerika universitetləri dünyada akademik azadlıq və tədqiqat imkanları ilə tanınır. Amerika təhsil sistemi tələbələrə öz ayaqları üzərində durmaq şansı verir. Dərs seçimləri, interaktiv sinif ortamları və təcrübə layihələrlə tələbələr həm düşünməyi, həm də yaratmağı öyrənir.
Bununla yanaşı, bir çox univerisitet fərqli akademik istiqamətləri mənimsəmişdir. Yəni eyni sahədə təhsil verən fərqli məktəblər, sizə tamamilə fərqli perspektivlər təqdim edər. Bəziləri daha nəzəri bir yanaşma verərkən, bəziləri sizi sektora hazırlayan praktik təməlli sistem öyrədər.
Amerikada Təqaüd Proqramları
Amerikada magistr təhsili ödənişlidir. Lakin Amerikada magistr təhsili alan tələbələr üçün fərqli təqaüd imkanları da mövcuddur. Amerikada magistr təhsili alan tələbələr üçün akademik uğura, maddi duruma və tədqiqat mövzusuna görə təqaüd proqramları təklif edilir.
Amerikada Yaşam
Magistr təhsili dövrü sadəcə akademik inkişaf deyil, eyni zamanda şəxsi inkişaf dövrüdür. Amerikada yaşamaq, fərqli mədəniyyətlərlə tanış olmaq, yeni insanlarla əlaqələr qurmaq və dil bacarıqlarını inkişaf etdirmək baxımından böyük bir avantaj təklif edir.
Ayrıca olaraq, ölkənin təklif etdiyi mədəni və coğrafi fərqlilik sayəsində həftə sonu fəaliyyətlərindən tutmuş sosial tədbirlərə qədər unudulmaz təcrübələr yaşamağınız qaçınılmaz olacaqdır. Nyu-Yorkdan San Fransiskoya, Şikaqodan Miamiyə qədər fərqli şəhərlər fərqli yaşam tərzləri deməkdir. Yəni Amerikada magistr təhsili alarkən, eyni zamanda həyatı da dolu-dolu yaşamaq şansına sahib ola bilərsiniz.

Amerikada Magistr Təhsili və Müddəti
Amerikada magistr təhsili Avropadaki magistr təhsili ilə bənzərlik təşkil edir. Amerikada magistr təhsili payız və bahar dönəmi olaraq iki yerə ayrılır. Payız dönəmi adətən Sentyabr ayında, bahar dönəmi isə Fevralda başlayır və mayın axırına qədər davam edər.
Amerika magistr təhsili müddəti 2 ildir. Lakin bəzi bölümlərdə bu müddət 3 ilə qədər uzana bilər. İlk iki semestr ərzində, yəni ilk bir ildə tələbələrə seçdikləri sahə ilə bağlı nəzəri bilgilər verilir. İkinci ildə isə daha çox tələbələrin praktiki bacarıqları üzərində işlənilir.
Amerikada magistr dövründə təhsil proqramı universitetə və seçilən sahəyə görə dəyişir. Bəzi magistr proqramları profesional inkişafa yönəlik təhsil sistemləri ilə seçilir.
Amerikada Magistra Müraciət Tarixi
Amerikada magistr təhsilinə müraciətlər adətən Noyabr ayında başlayır. İkinci müraciət tarixi isə Fevral və Aprel ayları arasındadır. Amerikada magistr təhsili almaq istəyən tələbələr universitetlərin açdığı magistr proqramlarının tarixlərini mütəmadi olaraq yoxlamalıdırlar. Çünki Amerika universitetləri bir-birlərindən olduqca fərqli vaxtda magistr proqramlarına müraciət tarixini elan edərlər.
Amerika Universitetlərinə Qəbul Şərtləri
Amerikada magistr qəbulu üçün GRE və ya GMAT imtahanları əsas şərtdir. GRE Amerikada hər hansısa bir sahədə magistr təhsili almaq istəyənlərin verməli olduğu əsas imtahandır. GMAT isə Amerikada biznes, iqtisadiyyat, maliyyə kimi sahələrdə təhsil verən bir çox universitetin magistr, MBA və ya doktorantura təhsili alacaq tələbələrin kompyuter üzərindən verdiyi test imtahanıdır.
Hər il təxminən 700 min tələbə GRE, 250 min tələbə isə GMAT imtahanına girir.
Azərbaycanda isə magistr təhsilini Amerikada almaq istəyən bir tələbə, eyni zamanda İELTS və ya TOEFL dil imtahanından da uğurla keçməlidir.
MBA proqramlarına müraciət etmək üçün İELTS 6.5, qiymət ortalaması (ÜOMG) isə 3.0\4.0 olmalıdır. MBA proqramları digər magistr proqramlarından fərqli olaraq sahə ilə bağlı iş təcrübəsi tələb edir. Ancaq bəzi universitetlərdə iş təcrübəsi olmasa belə və hətta qiymət ortalaması 2.75-dirsə qəbul ala bilərsiniz.
Bəzi universitetlərin təcrübə proqramları olduqca tələbatlıdır. OPT (Optional Practical Training) ABŞ-da təhsil alan beynəlxalq tələbələrə təhsilləri zamanı və ya bitirdikdən sonra öz sahələri ilə əlaqə işlərdə təcrübə qazanmağa imkan verən müvəqqəti iş icazəsidir. Tələbələr bu icazəyı uyğun şəkildə əsasən 12 ay, STEM sahələrində (riyaziyyat, texnologiya, mühəndislik və.s) isə əlavə 24 ay iş imkanından yararlana bilərlər. OPT üçün müraciət edən tələbələr F1 vizasına sahib olmalı və ABŞ-da tədris proqramının ilk akademik ilini başa vurmalıdırlar.
Xaricəget olaraq, siz dəyərli tələbələrimiz üçün uyğun bölüm və universitet araşdırmasının edilməsi, müraciətlər üçün universitetlər ilə əlaqə keçmək, qəbulların alınması, qonaqlama, viza alma prosesi zamanı, uçuş öncəsi və sonrası adaptasiya kimi profesional dəstək təklif edirik.
Amerikanın Top Universitetləri
- Arizona Dövlət Univeristeti – Dünyanın ən nüfuzlu yüz universitetinə daxildir.
- Westcliff Univeristeti – Amerikada iqtisadiyyat və MBA təhsili verən ən yaxşı universitetlərdən biridir.
- California Dövlət Universiteti – Onlarca təqaüd və magistr bölümləriylə Amerikanın ən keyfiyyətli təhsil verən universitetlərindəndir.
- California Luteran Universiteti – İqtisadiyyat sahəsi üzrə təqaüd proqramı ilə Amerikanın ən yaxşı 20 biznes bölümü içərisində ən yaxşılardan biridir.
- Florida Texnologiya Universiteti – Bu universitet tələbələr üçün ən yaxşı mühəndislik təhsili verən təhsil ocaqlarından biridir.
- Los Angeles Kino Məktəbi – Dünyanın ən yaxşı film universitetlərindən biridir.
- Luisiana Texnologiya Universiteti – Bu univerisitet 130 ildir ki, fəaliyyət göstərir. Şimal əyalətlərinin ən yaxşı mühəndislik təhsili verən universitetlərindəndir.
- National Universiteti – Cibinizə uyğun bir şəkildə maliyyə təhsili almaq istəyirsinizsə bu universitet nəzərinizdə ola bilər.
- Texas Texnologiya Universiteti – Amerikanın ən yaxşı 25 texnologiya təhsili verın universiteti arasında yer alır.
- Manhattan Universiteti – Xaricdə oxuyub-işləmək istəyənlər üçün bu imkandan yararlana bilərsiniz.
- Concordia Universiteti – Biznes və MBA təhsili almağı planlaşdırırsınızsa siyahınızda bu universitetin də adı olmalıdır.
- Webster Universiteti – Qərbdə ən yaxşı universitetlərdən biridir.
- Academy of Art University – San Fransisko-da aktyorluq, memarlıq, fotoqraf və incəsənət üzrə təhsil almaq istəyirsinizsə seçə biləcəyiniz ən qədim və yaxşı universitetdir.
- Northeastern Universiteti – Memarlıqdan tutmuş beynəlxalq əlaqələrə qədər bir çox sahədə seçim edə biləcəyiniz ən yaxşı özəl universitetlərindən biridir.
Amerikada Magistr Qiymətləri
Amerikada magistr qiymətləri ştata və universitetə görə dəyişir və adətən $12.000 – $25.000 arasında dəyişir. Nüfuzlu bir ştat və prestijli bir universitetdə təhsil almaq istəsəniz bu rəqəm $15.000 – $25.000 arasında olur. Qonaqlama və sosial xərclər üçün isə illik xərcləriniz təxminən $10.000 – $15.000 arasında olacaqdır. Dediklərimizi ümumiləşdirsək, Amerikada magistr təhsili qiymətləri qonaqlama və sosial xərclər daxil toplam $25.000 – $40.000 olacaqdır.
Amerikada MBA təhsili
Amerikada magistr təhsili almaq istəyən tələbələr üçün biznes təhsili, yəni MBA çoxluqla seçilən magistr proqramıdır. Amerika universitetlərindən MBA diplomuna sahib tələbələr iş həyatında bir sıra fürsəti yaxalaya bilərlər. Amerikada MBA təhsili alaraq beynəlxalq iş prosesi nəzəriyyələrini öyrənə, fərqli sahələrdə işləyə və müxtəlif təcrübə imkanlarına malik ola bilərsiniz.
Amerika MBA qiymətləri də universitetə və proqrama görə dəyişir. Buna görə də Amerikada MBA-a müraciət etmədən öncə universitetlərin təklif etdiyi proqramlara və qiymət fərqlərinə nəzər yetirə bilərsiniz. Amerikada MBA təhsili də magistr təhsili kimi 2 ildir.
Amerikada Yaşam və Sosial Həyat
Amerikada magistr təhsili almaq sadəcə akademik karyera baxımından deyil, eyni zamanda mədəniyyət və sosial anlamda da həyata yeni bir səhifə açmaq deməkdir. Fərqli mədəniyyətlərlə iç-içə olmaq fərqli yaşam tərzi və yeni bir çevrəyə öyrəşmək Amerikada magistr təhsili alan tələbələrin üzləşdiyi ən gözəl həyat təcrübəsidir.
Amerika olduqca böyük bir ölkədir və hər bir ştatın özünəxas quruluşu və qaydaları vardır. Bu səbəbdən dolayı Amerikada magistr təhsili planlamadan öncə gedəcəyiniz ştatın özəllikləri haqqında məlumatlı olmağı yaddan çıxarmayın.
Amerikadaki bir çox universitet beynəlxalq magistr təhsili üçün adaptasiya proqramları təşkil edir. Amerikada magistr təhsili almağa gedirsinizsə mütləq təhsil öncəsi bu proqramlara qoşulun.

Amerikada Yaşam Xərcləri
Amerikada təhsil alacaq bir magistr tələbəsi olaraq sizin yaşam xərclərinizə diqqət etməniz gərəkir. Amerikada yaşam xərcləri ştatdan ştata görə hətta ştatdakı şəhərdən şəhərə görə dəyişir. Amerikada magistr təhsili alan bir tələbə qonaqlama, market alış-verişi və nəqliyyat kimi 3 təməl xərclərini qarşılamanız lazımdır.
Amerikada magistr təhsili alan tələbələr yataqxana, özəl yataqxana və ya tələbə evində qala bilərlər. Amerikadadı univeristetlərin bir çoxu kampus universitetidir. Lakin qonaqlama imkanları məhdud olan universitetlər də mövcuddur. Bu səbəbdən təhsil almadan öncə universitetləri yaxşıca araşdırmalısınız.
Özəl yataqxanalar həmçinin Amerikada universitetlərində çoxluq təşkil edir. Əgər universitetin yataqxanası və ya yataqxanada qalma şansınız yoxdursa özəl yataqxanalara göz ata bilərsiniz.
Tələbə evində qalmaq da Amerikada magistr təhsili alarkən seçim edə biləcəyiniz digər bir qonaqlama növüdür. Üniversitetin ətrafında və ya ictimai nəqliyyatdan bir qədər uzaqda otaq kirayələrək digır tələbələrlə birlikdə yaşaya bilərsiniz.
Amerikada nəqliyyat və market xərcləri yenə də tələbələrin seçimlərinə bağlı olaraq arta və ya azala bilər. Tələbələr üçün uyğun qiymətə məhsul satan bir çox market mövcuddur. Bundan əlavə, nəqliyyat üçün bir çox ştatda özəl endirimlərdən də yararlana bilərsiniz.
Tez-tez Soruşulan Suallar
Müraciət ediləcək universiteti necə seçməliyəm?
Amerikada magistr təhsili almağı planlaşdırarkən yüzlərlə universitet və saysız proqram arasında seçim etmək bir qədər yorucu ola bilər. Özünüz üçün ən uyğun universitet və proqram seçə bilmək üçün hazırki yaşamınızda və gələcəkdəki planlarınızı nəzərə almalısınız. Xaricəget şirkəti olaraq, xüsusi özəlliklərinizi və almaq istədiyiniz təhsilin vacib məqamlarını sizə bildirərək ən uyğun proqram və universitetləri sizə tövsiyə edirik.
Bəs magistr təhsili olmadan doktorantura təhsili ala bilərəm?
Bəli, əgər akademik bir karyera hədəfiniz varsa, magistr təhsili əvəzinə birbaşa doktoranturaya müraciət edə bilərsiniz. Amerikada bəzi universitetlər magistr təhsili olmadan birbaşa doktoranturaya sənəd qəbul edir. Bu fürsətdən yararlanmaq üçün müraciət öncəsi dərs qiymətlərinizi yüksək etməli və akademik bir uğur qazanmaq qəbul şansınızı artırmalısınız. Hansı universitetlərin birbaşa doktorantura təhsili verdiyini və doğru seçim etmık üçün bizə müraciət edə bilərsiniz.
Magistr təhsili üçün hansı universitetləri seçməliyəm?
Magistr təhsili alacağınız universitetin ştatın və şəhərin iqlimi, nəqliyyat məsələləri, yaşam standartları və qonaqlama xərcləri kimi vacib məqamları göz önündə saxlamaq lazımdır. Bundan əlavə, seçdiyiniz bölümün universitet daxilində yeri, təhsil keyfiyyəti və universitetin ümumi prestiji də nəzərə alınmalıdır. Xaricəget olaraq, bütün bu faktorları dəyərləndirib sizə uyğun fürsətlər təklif edirik.
O zaman başqa nələrə diqqət etməliyəm?
Magistr təhsili almaq istəyənlərin diqqət yetirməsi lazım olan bəzi əlavə məqamlar;
Araşdırma İmkanları; Maraqlandığınız sahədə araşdırma (research) seçimlərinin olub-olmadığını öyrənmək, akademik karyera hədəfləyənlər üçün önəmlidir.
Universiteti daha tez bitirmə; Əgər akademik bir karyera düşünmürsünüzsə bəzi proqramların məcburi tətbiq etdiyi universiteti vaxtından öncə bitirməyin çox işə yaramayacağını nəzərə almalısınız.
Köməkçi vəzifəsi imkanı; Universitetdə öz sahəniz üzrə köməkçi vəzifəsi olub-olmadığını araşdırın. bu imkanlar akademik bacarıq üçün gözəl başlanğıcdır.
Xərclər; Təhsil proqramının qiymət, Amerikadaki yaşam xərcləri və digər ümumi xərcləri hesablayaraq büdcə planlaması edin.
Qeyd edək ki, bakalavr sahənizlə seçəcəyiniz magistr bölümü bir-birinə uyğun olmalıdır.
Amerikada magistr təhsili almaq üçün İngilis dili bacarıqlarınızı TOEFL və ya İELTS kimi imtahanlarla sübut etməyiniz lazım olacaqdır. Amerikadakı universitetlər magistr proqramlarına minimum İELTS 6.5, TOEFL 100 bal tələb edir. Hər universitetin qəbul etdiyi imtahan balları fərqli ola bilər. Bu səbəblə də öncədən istədiyiniz universitetin tələb etdiyi balı araşdırmaq lazımdır. Bunun üçünsə narahat olmağa bir səbəb yoxdur biz – Xaricəget olaraq ingilis dili imtahanları məsələsində sizə yol göstərməyə və bu proseduru sadələşdirməyə həmişə hazırıq.