Amerikada Litsey təhsili

Amerikada Litsey təhsili

Amerikada Litsey təhsili bir çox şagirdə karyeralarında saysız imkanlar təqdim edir. Amerikada orta məktəb təhsili yüksək standartları və tədris planı ilə tanınır. Bununla yanaşı, Amerika məktəbləri, şagirdlərin maraq dairələrinə və hədəflərinə uyğun olaraq fərqli akademik proqramlar təqdim edir. 

 

Belə ki, Amerika orta məktəbləri, universitetə hazırlıq planları təklif edir və tələbələrin universitetə daxil olma prosesində yardımçı olur. Bu proqramlar, tələbələrin akademik uğurlarını artırmaq, universitet tələblərinə uyğun bir şəkildə hazırlamaq və hədəflərindəki universitetə qəbul olmaq üçün lazım olan bacarıqları qazanmaqlarına kömək edir.

 

Amerikda orta məktəb oxumanın digər bir üstünlüyü isə tələbələrin xarici dil bacarıqlarını inkişaf etdirməsi fürsəti yaratmasıdır. Tələbələr sinifdə və gündəlik həyatda ingiliscə danışıb-yazaraq dil bacarıqlarını inkişaf etdirə bilərlər. 

 

Amerika orta məktəbləri, sadəcə tələbələrin akademik bacarıqlarını deyil, eyni zamanda liderlik, komanda ilə işləmək və problem həll etmə bacarıqlarının inkişafında özünəməxsus yer tutur.  

 

Başqa sözlə desək, Amerikada orta məktəb təhsili tələbələrə geniş bir anlamda sosial, idman və sənətə dair fəaliyyətlərə qatılmaq imkanı təqdim edir. Bu fəaliyyətlər, tələbələrin özlərini ifadə etmə, yeni dostuqlar qurmaq və özlərinin maraq dairələrinə uyğun sahələrdə təcrübə qazanmaqlarına yardımçı olur. 

 

Niyə məhz Amerikada Litsey təhsili?

Dünyanın ən prestijli universitetlərinə qəbul: Amerika orta məktəbləri, yüksək keyfiyyətdə təhsil verirlər və tələbələrə dünyanın ən prestijli universitetlərinə qəbul almaları üçün lazım olan akademik bacarıqları qazandırırlar. Məhz buna görə də Amerikada orta məktəb təhsili, tələbələrin gələcək karyeralarında bünövrə rolunu oynayır. 

 

  • Ana dili səviyyəsində İngilis dili: Amerikda orta məktəb təhsili, ingilis dili bacarıqlarını inkişaf etdirmək istəyən tələbələr üçün unikal seçimdir. Amerikada təhsil alan tələbələr ingilis dili bacarıqlarını ən yüksək səviyyəyə, hətta ana dili səviyyəsinə daşıya bilərlər.
  • Fərqli mədəniyyətləri tanımaq: Amerika fərqli mədəniyyətləri özündə birləşdirən böyük coğrafi ərazidir. Amerikada orta məktəb təhsili, tələbələrə fərqli mədəniyyətlərlə tanış olmaq fürstəti verir. Tələbələr, beynəlxalq mühitdə təhsil alaraq dünyanın dörd bir yerindən dostluqlar qura bilərlər. Bu, tələbələrin dünyagörüşlərinin artmasında və mədəni olaraq inkişaflarında yardımçı ola bilir. Digər tərəfdən, bu təcrübə tələbələrə qlobal bir perspektiv qazandırır və iş həyatlarında bir sıra avantajlar təmin edir.
  • Sosial fəaliyyətlər: Amerikada orta məktəblər tələbələrin sosial bacarıqlarını inkişaf etdirmələri üçün bir sıra fərqli fəaliyyətlər və komandada işləmək imkanı təqdim edir. Tələbələr idman, musiqi və ya teatr klublarına qatılaraq yaradılan imkanlardan yararlana bilərlər. 
  • Karyera fürsətləri: Amerikada orta məktəb təhsili tələbələrə gələcək karyeralarında perspektivlər təqdim edir. Amerika saysız sənaye sahəsi ilə zəngindir. Tələbələr iş həyatında uğurlu olmaq üçün lazımi bacarıqları orta məktəb dövründən əldə edirlər. 

Amerikada litsey təhsilinin fəaliyyəti

Amerika ərazi bölgü sistemi ilə idarə edilən bir ölkə olduğu üçün standart təhsil sisteminə sahib deyildir. Bəzi ştatlardakı orta məktəb təhsili biri digərindən fərqlənir.

 Buna baxmayaraq, Amerikada orta məktəb təhsilinin məqsədi, tələbələrə təməl biliklərdə universitet təhsilinə hazırlıq qazandırmaq və tələbələrin universitet imtahanlarına hazırlaşmasında yardımçı olmaqdır. Və təbii ki, idman, musiqi və incəsənət yönümlü Amerika orta məktəbləri də əsas təhsil sistemində yer alır. 

 

Amerikada orta məktəb təhsil müddəti Azərbaycanda olan təhsildən kifayət qədər  fərqlənir. Orta məktəblərdə təhsil müddəti 1 ildir və ayrıca olaraq, Amerikada əsas təhsil müddəti 8 ildir, Azərbaycana gəldikdə isə əsas təhsil 11 illik dövrü əhatə edir. 

 

Bəs Amerikan məktəblərində tədris planı necədir?

Amerika orta məktəblərində təhsil əsasən asan, orta və çətin bir şəkildə olaraq 3 mərhələyə bölünür. Dərslərin məqsədi tələbənin sosial, təbiət elmləri və texniki sahələrdə əsas biliklərə sahib olmasını təşkil etməkdir. Bununla yanaşı, tələbələr irəliləmək istədiyi sahəni özləri seçə bilirlər. Tələbə akademik gələcək planına görə daha çox sosial fənlər keçə və ya təbiət elmlərinə üstünlük verə bilərlər. 

 

Amerikada orta məktəb təhsili ala biləcəyiniz təhsil müəssisələri

Amerikada orta məktəb təhsili 15-18 yaş aralığındakı 9, 10, 11 və 12-ci sinif şagirdləri üçün bütün dünyada tanınan bir təhsil sistemini təqdim edir. Amerikada orta məktəb təhsili almaq  üçün ilk olaraq, Amerika orta məktəb növlərini bilməyinizdə fayda var. Amerikada 3 növ məktəb vardır. Hər 3 növ məktəbin spesifik özəllikləri vardır.        

 

Amerikada Dövlət məktəbləri

Amerikada dövlət məktəbləri, beynəlxalq tələbələr üçün J1 və ya F1 vizası təqdim edir ki, bu da onlara burada yaşam izni verir. J1 vizasıyla təhsil alan tələbələr adətən könüllü ailələrin yanında yaşayır və təhsil xərcləri dövlət tərəfindən təmin edilir. F1 vizasıyla gələn gənclərdə isə əksinə, onlar özəl ailələr yanında yaşayır və təhsil xərclərini özləri ödəyir. Lakin hər iki halda, Amerika dövlət məktəblərində beynəlxalq tələbələrə, yalnız 1 il təhsil alma haqqı verilir. Belə ki, tələbə Amerikada orta məktəb təhsilini tamamlamaq istəyirsə, tələbə bir illik təhsil müddətinin sonunda özəl bir məktəbə keçib təhsilini davam etdirməlidir. 

 

Amerikada  Özəl məktəblər

Amerikada orta məktəb təhsili almaq istəyən beynəlxalq tələbələrin seçimi çox zaman özəl məktəblər olur ki, bu da əslində məsləhətli bir seçimdir. Amerikada özəl məktəbdə təhsil almaq istəyən beynəlxalq tələbələr F1 vizasına müraciət edə bilərlər.  Bu viza ilə təhsillərini davam etdirə bilərlər. Amerikada özəl məktəblər saysızdır. Siz də Amerikada orta məktəb təhsili almaq istəyirsinizsə bu məktəblərdən akademik karyeranıza və büdcənizə uyğun olanını seçə bilərsiniz. 

 

Amerikada Yataqxanalı məktəblər

Yataqxanalı Amerikan məktəbləri özəl Amerikan məktəbləri ilə bənzərlik təşkil edir. Fərq budur ki, yataqxanalı məktəblər, F1 vizası ilə tələbə qəbul edir və tələbələrin məktəb kampuslarında həm təhsil, həm də qonaqlama xidmətini əhatə edir. Amerikada tam olaraq bir məktəb mədəniyyəti təcrübəsi yaşamaq istəyən gənclər üçün yataqxanalı məktəblər uyğun seçim ola bilər. 

 

Amerika Orta Məktəblərinə Qəbul: FLEX

 

Amerikada orta məktəb təhsili almaq istəyən şagirdlər üçün bir sıra imtahanlar mövcuddur. Bəzi Amerika orta məktəbləri şagirdləri özlərinə məxsus imtahanlarla seçir. Bəzi ştatlar isə beynəlxalq şagirdlər üçün orta məktəbə qəbul üçün imtahanlar hazırlayır. 

 

Lakin Amerikada orta məktəb təhsili almaq istəyən azərbaycanlı şagirdlərin uğurla verməli olduğu imtahan FLEX proqramının seçim imtahanlarıdır. 

 

FLEX (Future Leaders Exchange), Gələcək Liderlər Mübadilə Proqramıdır. Bu proqram bir neçə mərhələdən – esse yazısı, ingilis dili testləri (burda çox zaman ELTiS imtahanlarından istifadə edilir) və son olaraq müsahibə mərhələsindən ibarətdir. 

 

Bu proqrama 9-11 sinif şagirdləri müraciət edə bilir. İlk olaraq online qeydiyyat formunu dolduran namizədlərdən ingilis dilində esse yazmaq tələb olunur. Bu mərhələdən keçən namizədlər isə ELTiS (English Language Test for İnternational Students)  imtahanınına dəvət edilir. İmtahan iki hissədən ibarət olur; listening (dinləmə) və reading (oxuma).

Bu mərhələdən də keçən şagirdlər ən sonda müsahibəyə dəvət edilir. Müsahibə mərhələsində şagirdlərin ingillis dili biliyi və proqrama uyğunluğu yoxlanılır. Müsahibədən sonra nəticələr ABŞ-ın müvafiq təşkilatı tərəfindən qiymətləndirilir. 

 

Amerikada Məktəb Qiymətləri

Amerikada orta məktəb təhsili almaq istəyən şagirdlər üçün məktəb qiymətləri müxtəlif faktorlardan asılı olaraq dəyişir. Bura məktəbin yerləşdiyi ərazi, tipi, prestiji və proqramın növü daxildir. 

 

Beynəlxalq tələbələr üçün bəzi ştatlarda və ya xüsusi proqramlarla təxminən $5,000-$15,000 tələb oluna bilər. Yataqxanalı məktəblər üçün isə bu qiymət $20,000/$50,000 arasında dəyişə bilir. 

 

Özəl məktəblərə gəldikdə isə qiymət bir qədər yüksəkdir. Belə ki, bir azərbaycanlı ailə övladını Amerikada orta məktəbə qoymaq istəyirsə $50,000 – $70,000-dan keçməlidir. 

 

FLEX mübadilə proqramında isə bütün xərclər ABŞ höküməti tərəfindən ödənilir. 

 

Müraciət və Qəbul Şərtləri

Amerika orta məktəblərinə müraciət və qəbul şərtləri, məktəb və ştatlara görə fərqlənir. Ümumi olaraq isə müraciət üçün əsas şərtlər aşağıdakılardır;

 

Amerikan məktəblərinə qəbul olmaq üçün şagirdlər müəyyən yaş aralığında olmalıdır. Ştatlara görə bu yaş 15-18 arasında dəyişir. 

 

Beynəlxalq tələbələrin müraciət edə bilmələri üçün F1 tələbə vizası lazımdır. 

 

Amerikan məktəblərinə müraciət üçün şagirdlərdən yüksək bilik və bacarıqlar tələb olunur. Beynəlxalq tələbələr ingilis dili imtahanlarını uğurla başa vurmalıdırlar. Bəzi məktəblər şagirdləri yalnız öz qaydalarına uyğun imtahanlarla sınayır. Adətən isə beynəlxalq dil imtahanlarını verərək şagirdlər Amerikada oxumaq arzusunu həyata keçirə bilər. 

 

Amerikada orta məktəb təhsili almaq istəyən tələbələrin müraciət prosesində verməli olduğu  digər vacib bir məqam isə motivasiya məktubudur. Motivasiya məktubu, tələbənin məktəbə niyə müraciət etdiyi, məktəbdəki hədəflərini və gələcək planlarının açıqlandığı lazımi sənədlərdən biridir. 

 

Bundan əlavə, Amerika məktəbləri tələbələrin qəbul sənədləri arasında referans məktubunu da tələb edirlər. Bu məktublar, tələbənin akademik və ya şəxsi bacarıqları haqqında məlumat verər və məktəbin tələbəni qəbul etməsi üçün önəmli bir faktordur. 

 

Bəs bu məktəblərdə əldə edilən sənədlər nə dərəcədə tanınır?

 

Amerikada təhsil alan Azərbaycanlı tələbələrin diplomları Azərbaycanda orta məktəb diplomu ilə eyni səviyyədə qiymətləndirilir. Sənədlər notarial təsdiq və tərcümə edilməlidir. Sənəd Azərbaycan Respublikasının Təhsil Nazirliyi və ya yerli təhsil şöbəsinə təqdim edilir. 

 

Xaricəget olaraq təklif etdiyimiz xidmətlər 

Xaricəget şirkəti olaraq Amerikada orta məktəb təhsili mövzusunda verdiyimiz əsas xidmətlərə aşağıdakılar daxildir;

 

Məktəb seçimi: Şagirdlərin öyrənmə hədəfləri, maraq dairələri və büdcələrinə uyğun məktəbləri seçmələrinə yardımçı oluruq. Belə ki, məktəblərin təklif etdiyi fərqli proqramları, qonaqlama növlərini və digər önəmli məlumatları şagirdlərə və ailələrinə bildiririk. 

 

Müraciət prosesi: Tələbələrin məktəblərə müraciət prosesində ehtiyacı olduqları sənədləri toplamaq, müraciət formlarını doldurmaq və digər əsas ehtiyaclarının qarşılanmasında rol oynayırıq.

 

Vizaya müraciət prosesi: Tələbələrimizə ABŞ-a səyahət etmələri üçün F1 tələbə vizasına müraciət prosesində yaxından iştirak edib, dəstək oluruq. 

 

Qonaqlama: Şagirdlərimizin qonaqlama ehtiyaclarına uyğun olan yerləri tapmaqda yardımçı oluruq. Bu qonaqlama seçimləri tələbə yataqxanaları, ailə yanında yaşamaq və daha artığını təşkil edə bilər.

 

Adaptasiya: Şagirdlərimizə Amerikada orta məktəb təhsili ilə əlaqəli lazimi hər mövzuda dəstək göstərməyə hazırıq. Onların hədəflərinə çatması və daha yaxşı bir gələcəyə sahib olmaları  bizim əsas hədəfimizdir. 

whatsapp-xariceget
whatsapp-xariceget