Maltada Work and Study

Maltada Work and Study

Maltada Work and Study –  Maltada oxuyaraq işləyə biləcəyiniz Work and Study proqramı haqqındadır. Maltada Work and Study, tələbələrin Maltada dil təhsili alarkən, eyni anda həm də işləyərək, öz xərclərini qarşılamasına dəstək olan bir proqramdır. Bu proqram tələbələrə dil bacarıqlarını inkişaf etdirmək, təhsil və yaşam xərclərini qarşılamaq və fərqli mədəniyyətləri tanımaq üçün mükəmməl bir təklifdir. 

Proqram daxilində tələbələr, Malta dil məktəblərində təhsil alarkən, yerli işəgötürənlər tərəfindən təqdim edilən part-time işlərdə çalışırlar. Bu işlər adətən restoranlar, kafelər, hotellər və bənzər sahələrdə olur.

Maltada Work and Study proqramı tələbələrə beynəlxalq təcrübə qazanmaq, İngilis dilində bacarıqlarını inkişaf etdirmək və Malta mədəniyyətini tanımaq fürsəti təqdim edir. Bundan əlavə, proqram sayəsində tələbələr, xaricdə yaşamanın və çalışmanın vacib məqamlarını öyrənirlər. 

 

Niyə Maltada Work and Study proqramını seçməliyik?

Maltada Work and Study proqramına qatılmağın bir sıra avantajları vardır. Bunlara aşağıdakıları sadamalaq olar;

Dil təhsili; Work and Study proqramı tələbələrə Maltada dil təhsili alma fürsəti yaradır. Maltada dil məktəbləri ingiliscə öyrənmək və dil bacarıqlarınızı inkişaf etdirmək üçün mükəmməl bir yerdir, çünki ingilis dili ölkənin rəsmi dilidir və günlük yaşamın hər sahəsində istifadə edilməkdədir. Dil məktəblərinin yüksək keyfiyyətdə və ingilis dilində danışan digər ölkələrə görə çox daha iqtisadi olması, Maltada dil təhsili almanın digər vacib avantajlarından biridir. 

Maddi dəstək; Maltada Work and Study proqramı tələbələrə dil təhsillərini aldığı müddətdə maddi dəstək verir. Tələbələr dil təhsillərindən kənar olaraq işləyərək; qalmaq, yemək-içmək, əyləncə və digər yaşam xərclərinin bir qismini qarşılaya bilərlər. 

İş təhsili; Maltada Work and Study proqramı tələbələrə Maltada işləmək fürsəti də yaradır. Bu tələbələrin iş təcrübəsi qazanmalarına və iş həyatını öyrənmələrinə kömək edir. 

Xarici təcrübə; Maltada Work and Study tələbələrə xaricdə yaşamaq və fərqli mədəniyyətlərdə yaşayaraq həyat təcrübəsi qazana bilərlər. Malta tarixi və mədəni baxımdan olduqca zəngin bir ölkədir və tələbələr bu zənginliyi kəşf etmək üçün mükəmməl fürsəti yaxalaya bilərlər. Bundan əlavə, Maltada digər ölkələrdən gələn tələbələrlə tanış olmaq imkanından yararlana bilərlər. Bu tələbələrin özlərini inkişaf etmələrinə, dünyagörüşlərini genişlətmələrinə və özgüvənlərini artırmalarına yardımçı olur.

Tətil fürsəti; Malta əla tətil fürsəti təklif edən populyar turistik yerdir. Tələbələr boş vaxtlarında Maltanın çimərliklərini, tarixi yerlərini, muzeylərini və bir çox görməli yerlərini kəşf edə bilərlər. 

Malta tarixi və mədəni baxımdan olduqca zəngin bir ölkədir. Paytaxt Valletta, tarixi quruluşu və qəsrləriylə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmişdir. Bununla yanaşı, Maltanın antik mədəniyyətlərə ev sahibliyi edən tarixi məkanları, tələbələrə tarix və mədəniyyətlə dolu bir tətil təcrübəsi yaşamalarını təmin edir. 

Maltanın çimərlikləri, qumlu və firuzəyi sularıyla məşhurdur və günəşlənmə, üzmək və su idmanı üçün mükəmməl bir ortam təklif edir.

Yeni dostluqlar; Maltada Work and Study proqramı, tələbələrin Maltada yeni dostluqlar qurmasına imkan yaradır. Tələbələr dil məktəbində və iş yerlərində digər tələbələrlə və yerli xalqla tanış olaraq yeni dostuqlar qura bilərlər. Bu tələbələrin sosial bacarıqlarını inkişaf etdirmələrinə və özlərinə daha çox güvən qazanmalarına yardımçı olur. Yeni dostlarla olan əlaqə, tələbələrin Maltadakı təcrübələrini daha əyləncəli hala gətirir və onlara ömür boyu sürən dostluqlar qazandırır. 

 

 

Maltada Work and Study

Kimlər Müraciət Edə Bilər?

Maltada Work and Study proqramına ingilis dili bacarıqlarını inkişaf etdirmək və eyni zamanda Maltada iş təcrübəsi qazanmaq istəyənlər qoşula bilər. 

Proqrama qatılmaq üçün əsas şərtlər bunlardır;

Proqrama qatılmaq üçün ən 18 yaşında olmaq və bir dil məktəbi proqramına uzunmüddətli qeydiyyatdan keçmık lazımdır.

Bir iş yerində çalışmaq üçünsə adətən orta səviyyədə ingilis dilini bilmək lazımdır. Dil məktəbləri, başlanğıc, orta və üstün səviyyədə ingilis dili təhsili verir. Sıfır ingilis dili ilə Maltada dil məktəblərinə qeydiyyatdan keçə bilərsiniz, amma proqram əsnasında işləməyi planlayırsınızsa bir sıra sahə üçün – işəgötürən, iş yoldaşlarınız və müştərilərlə anlaşacaq qədər ingilis dili bilməniz lazım olacaqdır. 

Proqrama qatılmaq üçün universitet tələbəsi və ya məzun olmanız tələb edilmir. Lakin tələbələrin məzunlara nisbətən viza alma mövzusunda müsbət cavab almaları daha yüksəkdir. 

Proqrama qatılmaq üçün bir dil məktəbinin qeydiyyatında olmaq, təyyarə bileti, Maltada qalmaq və yaşam xərclərini qarşılayacaq qədər maddiyyata sahib olmaq şərtdir. Proqram tələbələrə işləyərək pul qazanmaq imkanı versə də, bu adətən yaşam xərclərinin bir qismini qarşılamaq üçün istifadə edilir. 

Maltaya səyahət etmək üçün əsas olan pasport, tələbə vizası və digər səyahət sənədlərinə sahib olmaq əsas şərtdir. 

 

Proqram Müddəti 

Work and Study proqramına qoşulmaq üçün Malta dil məktəblərinə 3 ay üstü qeydiyyatdan keçməniz lazımdır. Tələbələrə ilk 3 ay işləmək icazəsi verilmir. Üçüncü aydan sonra yarımştat (həftədə 20 saata qədər) işləmək üçün icazə ala bilərlər. İşləmək icazəsi vizanın müddəti boyunca davam edir. Bu müddət ən çox bir il ola bilər. 

 

İşləmək icazəsi almaq üçün müraciət

3 ayı tamamlayan tələbələr, təhsil vizası alırlar və işləmək icazəsinə müraciət edə bilərlər. İşləmək icazəsi üçün müraciət,  tələbənin iş tapması və qeydiyyat formunu doldurması, işəgötürənin təsdiqindən asılıdır. 

İşləmək icazəsi müraciəti üçün 230 euro (150 +80 euro) ödəməyiniz lazım olacaqdır. 

İş dəyiştirmək istəyən tələbələrin işləmək müraciətinə yenidən müraciət etmələri gərəkir.

İşləmək izniniz və viza müddəti məhdud bir dövrü əhatə edir. Viza müddəti bitdikdə işləmək icazəsi də bitir.

Malta məşğulluq imkanları baxımından zəngin imkanlara sahibdir. Jobplus, Azərbaycanda dövlət dəstəkli iş tapma qurumudur. Maltada işləmək istəyənlər bura müraciət edərək, uyğun bir sahədə bir neçə gün ərzində aktiv vakansiyalar haqqında məlumat ala bilərlər. 

Bəs qazanclar necədir?

Maltada 2024-cü il Yanvar ayında olan statistikaya görə 18 yaşından böyüklər üçün saatlıq əməkhaqqı təxminən 5.34 euro, həftəlik isə 213 euro təşkil etmişdir. Lakin əldə edəcəyiniz qazanc işlədiyiniz sektora, vəzifəyə, mövsümə, təcrübənizə və dil bacarıqlarınıza görə dəyişə bilər. 

Maltada dil təhsili alarkən həftədə ən çox 20 saat işləmək icazəsinə sahib olursunuz. Yarımştat bir işdə işləyərkən isə həftəlik qazancınız minumum 106.50 euro olacaqdır.

Lakin unutmayın ki, əsas hədəfiniz məhz dil təhsili almaqdır. İş həyatı dil təhsilinə mane olmamalıdır. 

 

Hansı tip işlərdə işləyə bilərsiniz?

Maltada Work and Study proqramı çərçivəsində tələbələr, xüsusiliklə turizm sektoru başda olmaqla bir çox fərqli işdə işləmək fürsəti tapa bilərlər. Məsələn, restoranlarda ofisiant, marketlərdə kassir və ya kuryer, otel və ya yataqxanalarda resepşn və ya məsul şəxs kimi işləyə bilərsiniz. 

İş saatları tələbələrin dil təhsili proqramına uyğun olmalıdır. Yay ayları, başda turizm olmaqla bir sıra sektor üçün əlverişli sezondur. Tələbələr yay aylarında daha çox iş tapa bilərlər. 

 

Maltada İş Həyatı

Malta Avropanın ən kiçik ölkələrindən biri olmasına rəğmən son illərdə turizm, dil məktəbləri və inşaat sektoru sayəsində önəmli bir iqtisadi inkişaf yaxalamışdır. Turizm, Malta iqtisadiyyatının ən böyük gəlir qaynağıdır və Malta hər il milyonlarla turisti qarşılayır. Həm tarixi, həm də təbii görməli yerləri ilə məşhur olan Malta, turistlərin marağını çəkən bir çox təkliflər təqdim edir.

Özəlliklə son illərdə turizm sektorundakı inkişafla birlikdə, hotel, restoran və digər turistik məkanların sayı artmışdır. 

Malta, yaşam xərcləri baxımından avantajlı bir ölkədir. Maltada nəqliyyat, kirayə və qida kimi təməl ehtiyaclar olduqca uyğun qiymətlidir. Bu da öz növbəsində Maltada yaşam xərclərinin ümumiyyətlə digər Avropa ölkələrinə görə daha aşağı olması anlamına gəlir. 

Maltada iş həyatı olduqca hərəkətlidir və müxtəlif sektorlarda iş fürsətləri təqdim edir. Dil öyrənmək, Malta mədəniyyətini kəşf etmək və karyera qurmaq istəyənlər üçün Malta, olduqca mükəmməl bir seçimdir. 

 

Maltada Work and Study Proqramı Vizası

Maltada Work and Study proqramı iştirakçıları uzunmüddətli D tipli vizaya müraciət etməlidirlər. Tələbələr Maltada 3 aylıq təhsillərini tamamladıqdan sonra İşləmək və Təhsil Vizasına müraciət edə bilərlər. 

Malta təhsil vizası müddəti Malta səfirliyi tərəfindən təyin edilir.

Malta vizasının qiyməti 100 eurodur. Bu qiymətin 70 euro-u Malta Səfirliyinə, 30 euro-u isə müraciət mərkəzi tərəfindən alınır. 

Maltada Work and Study vizası ala bilərəm mi?

Hər ölkənin viza şərtləri fərqlidir. Bəzi ölkələr xarici dil öyrənmək üçün sənəd və maddiyyat tələb etdikləri sırada bəzi ölkələr bunlara əlavə olaraq daha öncə edilmiş səyahət keçmişi kimi kriteriyaları tələb edə bilirlər. Maltada Work and Study proqramı haqqında konsultasiya üçün ofisimizə yaxınlaşa və ya bizlə əlaqə saxlaya bilərsiniz.

 

Hansı Dil Məktəbinə Müraciət Etməliyəm?

Maltada dil təhsili ala biləcəyiniz ən yaxşı dil məktəbləri bunlardır;

Maltada Qonaqlama Seçimləri

Tələbə Yataqxanası; Maltada dil məktəbi tələbələri üçün bir çox tələbə yataqxanası vardır. Tələbə Yataqxanaları tələbələrə uyğun qiymətə seçimlər təklif edir və eyni zamanda tələbələrə fərqli ölkələrdən dostluqlar qurmaq imkanı ilə təmin edər. 

Tələbə yataqxanaları, adətən cüt və ya tək nəfərlik otaqlar ortaq mətbəx və hamam otaqlarından ibarətdir. Bəzi yataqxanalar tələbələrə özəl hamam seçimi də təklif edir.

Malta dil məktəbi tələbə yataqxanları, tələbələrə digər qonaqlama seçimlərinə görə daha uyğun qiymətlər təklif edir. Bu tələbələrin daha az büdcəylə daha uzun müddətə bir qonaqlamadan istifadə etmələrinə yardımçı olur.

Tələbə yataqxanaları adətən dil məktəblərinə çox yaxın bir məsafədə olur. Məktəbə gəlmək asandır.

Tələbə yataqxanalarında tələbələrin təhlükəsizliyini təmin etmək üçün adətən 24 saat resepşn xidməti göstərir. Ayrıca olaraq, tələbə yataqxanalarında adətən təhlükəsizlik kameraları da olur.

Tələbələrin seçimi çox zaman həm məktəbə yaxın, həm də qiymət baxımından daha sərfəli olması baxımından bu yataqxanalar olur.

 

Ailə yanında qalmaq; Ailə yanında qalmaq, tələbələrin Maltadakı yerli bir ailənin yanında yaşaması üçün imkan verir. Bu tələbələrə yerli mədəniyyəti və yaşam tərzini daha yaxından tanımaq fürsəti verər. Tələbələr ailərlə birlikdə yaşayaraq, Maltanın günlük yaşamını təcrübə edə və yerli xalqla daha çox əlaqədə ola bilərlər. Ailə yanında qonaqlama, tələbələrin xarici bir ölkədə özlərini daha rahat və konfortlu hissetmələrinə yardımçı ola bilər.

Ailə yanında qonaqlama, tələbələrin ingilis dili bacarıqlarını inkişaf etdirmələrinə yardımçı olur. Tələbələr ailələr ilə birlikdə günlük yaşamda ingilis dilində danışaraq təcrübə etmək fürsəti tapırlar. Bunun sayəsində, tələbələr ingilis dilini daha sürətli və yaxşı bir şəkildə öyrənə bilərlər. 

Ailə yanında qonaqlama, tələbələrin güvənli və doğma bir ortamda qalmalarını təmin edir. Ailələr, tələbələrin ehtiyaclarına və lazımi məqamlara diqqət edər və onların rahat və konfortlu bir ortamda qalmalarını təmin edərlər. Beləcə, tələbələr özlərini daha yaxşl hiss edər və Maltada keçirdikləri müddətin daha səmərəli olmasını təmin edərlər. Bundan əlavə, ailələr, adətən tələbələrin məktəbdə olan problemləri olduğunda onlara dəstək olurlar və bu da tələbənin özlərini tək hissetməmələrinə yardımçı olur. 

Ailə yanında qalan tələbələr adətən tək nəfərlik otaqlarda qalırlar. Hamam və digər otaqlar ortaq istifad edilir. Ailələr, tələbələrin səhər və axşam yeməyi kimi əsas yeməkləri təmin edir. Bəzi ailələr əlavə qiymət qarşılığında tələbələr üçün nahar yeməyi də verir. Ayrıca olaraq, ailə yanında qalmaq tələbələrin məktəbə piyada və ya avtobusla getməsi kimi seçimlərə sahib olmalarına yardımçı ola bilər. 

 

Hotel və ya mehmanxana; Maltada bir çox hotel və mehmanxana vardır. Bu seçimlər adətən daha çox büdcə tələb edir, amma tələbələrə daha lüks bir qalma imkanı təqdim edirlər. Özəlliklə qısa müddətli qonaqlamalar üçün ideal seçim ola bilər.

Xaricəget, tələbələrimizin ehtiyaclarına, şəxsiyyətlərinə və büdcələrinə uyğun ailə yanında qonaqlama və tələbə yataqxana seçimlərini təqdim etməkdəyik. Təcrübəli əməkdaşlarımız, tələbələrə hansı qonaqlama növünün özləri üçün uyğun olması barədə məlumat verərək Maltada qonaqlama müddəti boyunca rahat bir təcrübə yaşamaqlarını təmin edir. 

 

Maltada hansı dönəmdə təhsil almalıyam?

Maltada dil təhsili, geniş bir kütləyə xitab edir. Həm univeristet tələbələri, həm də ixtisaslaşmış ekspertlər Maltada dil təhsili alaraq özlərini inkişaf etdirə bilərlər. 

Malta xüsusilə yay aylarında isti və əyləncəli bir tətil təcrübəsi təklif edir. Bu səbəblə, dil təhsili ilə birlikdə əyləncəli bir tətil keçirmək üçün yay mövsümü idealdır. Dil təhsili proqramları adətən tələbələrə uyğun bir proqram yaradaraq, həm təhsil, həm də tətil etmək imkanı verir. Maltanın tarixi quruluşu, təbii gözəllikləri və mədəni zənginliyi, tələbələrə fərqli bir təcrübə yaşamaq fürsəti verir. 

Maltada dil təhsili alarkən işləmək istəyən tələbələr üçün, yay aylarında iş seçimləri və imkanları olduqca çoxdur. Restoranlar, kafelər, hotellər və turizm şirkətləri kimi bir çox sektor yay aylarında işçilərə ehtiyac duyurlar. Buna görə də, Maltada dil təhsili alarkən əlavə gəlir əldə etmək istəyən tələbələr üçün yay ayları iş axtarma baxımından daha avantajlıdır. 

Dil təhsili proqramları yay aylarında yüksək tələbatla üzləşir və xüsusilə də məktəblərin tətil dönəmlərində dolu olur. Bu səbəblə, sakit bir təhsil dönəmi yaşamaq və daha yaxşı bir şəkildə ingilis dili öyrənmək istəyən tələbələr qış aylarını seçə bilərlər. 

Qış ayları, dil məktəbi və qonaqlama qiyməti baxımından daha uyğun bir seçimdir. Tələbələr qış dövründə kampaniyalı dil məktəbi və qonaqlama seçimləri belə tapa bilərlər.

Beləliklə, Malta yay aylarında isti, əyləncəli və çoxlu fəaliyyətlərlə dolu bir təcrübə təqdim edərkən, qış aylarında sakit bir təhsil dönəmi yaşamaq istəyənlərə uyğun bir seçimdir. Maltanın tarixi, mədəni və təbii zənginlikləri, tələbələrə fərqli bir həyat təcrübəsi imkanı təqdim edir. 

 

Maltada Work and Study

Niyə müraciət prosesini professionallara həvalə etməlisiniz?

Məlumatların doğruluğu; Maltada Work and Study proqramına qoşulmaq istəyən tələbələr, proqramın əsas spesifik məqamları, müraciət prosesi, viza proseduru, qonaqlama və yaşam xərcləri kimi bir çox məsələdə doğru təqdim edilmiş məlumatlara ehtiyac duyar. Proqram haqqında yanlış, əksik, ağızdan ağıza keçmiş məlumatlar proqrama müraciət prosesində çətinliyə, hətta rədd cavabı almağa belə gətirib çıxara bilər. 

XariceGet, 10 ilə yaxındır ki, xaricdə təhsil xəyallarınızı gerçək edir. Bu vaxt ərzində, Maltada dil təhsili almaq istəyən yüzlərlə tələbəyə yardımçı olmuşdur. Work and Study proqramı haqqında geniş məlumata sahib olan XaricəGet, sizi Maltada ən doğru məktəbə, proqrama və qonaqlama seçimində yaxından dəstək olacaqdır.

 

Müraciət prosesinin həyata keçirilməsi; Maltada Work and Study proqramına müraciət etmək üçün bir sıra addımlar vardır. Müraciət prosesini doğru idarə etmək işinizi asanlaşdırır. XaricəGet-in professional əməkdaşları müraciət prosesini sizin adınıza həyata keçirər və sizə hər mövzuda dəstək olar. Əsas sənədlərin hazırlanması, qeydiyyat formunun doldurulması və digər addımlarda sizə yol göstərər. 

 

Vizaya müraciət prosesi; Maltada Work and Study proqramına qoşulmaq üçün vizaya müraciət etməlisiniz. Viza müraciət müddəti olduqca qarışıqdır və doğru şəkildə prosesi yerinə yetirmək lazımdır. Əməkdaşlarımız vizaya müraciət prosesində daim yanınızda olacaqdır. 

 

Qonaqlama və nəqliyyat; Maltada Work and Study proqramına qatılan tələbələrin qonaqlama və nəqliyyat ehtiyacları qaçınılmazdır. XaricəGet, qonaqlama və nəqliyyat mövzularında sizə yardımçı olacaqdır. Sizə büdcənizə uyğun təklifləri vermək üçün burdayıq. Hətta təyyarə bileti mövzusunda da dəstəklə təmin edər.

 

Dəstək və Rəhbərlik; Maltada Work and Study proqramına qatılan şəxslər xarici bir ölkədə özlərini tək və yalnız hiss edə bilərlər. XaricəGet, sizə dəstək və rəhbərliklə təmin edərək bu müddəti asanlaşdıra bilər. Bu müddət ərzində bir çox adaptativ görüşlər təşkil edir, sizdən gələn bütün sualları cavablandırır və proqram boyunca ehtiyacınız olan hər cür dəstəyi təkilf edir. 

 

Maltada Work and Study qiymətləri

Maltada Work and Study  proqramının qiyməti proqramın müddəti, dil məktəbi, qonaqlama tipi və digər xidmətlərə ( yemək, nəqliyyat, sığorta və.s ) görə dəyişir. Bundan əlavə olaraq, proqramın (cədvəlin) sıxlığı, dərs saatları və əlavə fəaliyyətlər də qiymətin dəyişməsinə səbə olacaqdır. 

Proqramın müddəti adətən 13 ilə 48 həftə arasında dəyişir və bu müddət boyunca tələbə həftədə 20-25 saat İngilis dili təhsili alır. Qonaqlama tipi, tələbənin seçiminə görə ailə yanında qalma, yataqxana və ya hotellər ola bilər. Bunlar arasında da eyni zamanda qiymət fərqləri özünü göstərir. 

 

Ümumi olaraq;

  • Tələbələr iş tapma müddətində aktiv olmalıdırlar.  Malta dil məktəbləri iş tapma mövzusunda yardımçı ola bilər, ancaq işə zəmanət vermirlər. 
  • İş icazəsi müraciətləri Maltada tələbə tərəfindən şəxsən edilməlidir. 
  • İş müddəti yarımştatdır (həftədə 20 saat təşkil edir)
  • Maltada minimum əmək haqqı 5.00-dir.
  • Yay aylarında iş tapmaq daha asan olur.
  • Müraciət dövründə toplam 230.00 euro xərciniz çıxacaqdır. 
  • Dil təhsiliniz, iş müddəti boyunca davam etməlidir və həftədə ən az 15 saat (20 dərs saatı) olmalıdır. 
  • Dil məktəbində davamiyyət 25%-ə çatmamalıdır, əks təqdirdə vizanız ləğv edilə bilər.
  • İş müddəti Maltada ən az 3 ay qaldıqdan sonra başlayır. Müraciət prosesi öncədən edilməlidir. 
  • İş icazəsi viza bitiş tarixinə qədər keçərlidir və bu müddət maksimum 1 ildir.
  • İş icazəsi qəbul edilən iş yerinə görə verilir. İş dəyişikliyi olarsa yenidən müraciət etməyiniz lazım gələcəkdir. 
  • İş icazəsi nizamlı tələbələrə verilir. Təhsil müddətində hər hansısa bir qaydanı pozmamalısınız.