Polşada Təhsil – Əgər siz uyğun qiymətə Avropada təhsil almaq istəyirsinizsə, seçimləriniz sırasında Polşa ilk yerdə olmalıdır. Şərqi Avropanın gözü olan Polşa uyğun qiymətə yüksək keyfiyyətli tədrisi ilə seçilir. Orta əsrlərə qədər uzanan tarixi və görməli yerləri ilə məşhur olan Polşanın tarixi çox qədim zamanlara söykənir. Polşa universitetləri hər il minlərlə beynəlxalq tələbəyə qucaq açır. Eyni zamanda, Polşa şəhərləri burada təhsil alan beynəlxalq tələbələrə uyğun seçimlər təklif edir.
Nəyə görə Polşa?
Polşanı seçmək üçün bir çox səbəb vardır. Burada ali təhsil almağın ən vacib məqamlarından biri odur ki, digər Avropa ölkələrindən fərqli olaraq, burada demək olar ki, bütün böyük şəhərlərdə dövlət və özəl ali təhsil müəssisələri fəaliyyət göstərir. Polşa universitetləri və kollecləri tələbatdan asılı olaraq bir sıra ixtisaslar təklif edir. Bu isə tələbələrə müxtəlif seçimlər arasından öz istədikləri ixtisası seçmək imkanı təqdim edir. Polşa universitetlərində təqdim edilən diplom Avropa İttifaqı və bütün dünya ətrafında tanınır. Polşada oxumaqla siz keyfiyyətli tədrisə əsaslanan təhsil sayəsində həm Aİ-də, həm də bütün dünyada uğurlu karyera imkanı əldə edə bilərsiniz.
Bir sıra alim və cərrahlar, məsələn Maria Siemionow (ABŞ-da ilk üz transplantasiyasını həyata keçirən ilk cərrah) məhz Polşa universitetlərindən məzun olmuşdur. Bir çox polşalı alim və tədqiqatçı beynəlxalq miqyasda uğurlu karyera quraraq ölkənin verdiyi təhsilin keyfiyyətli olduğunu əməldə nümayiş etdirmişlər. Polşada təhsili seçməklə siz qlobal mühitdə karyera üçün zəruri olan bilik və bacarıqlara yiyələnə bilərsiniz.
Polşaya getməzdən öncə, Polşanın mədəniyyəti, təhsil sistemi, təhsil haqqı, müraciət prosesi və.s haqqında ümumi bilgiyə sahib olmalısınız. Polşa universitetlərində magistr təhsili almağı planlaşdıran tələbələr üçün təhsil sistemi barədə ətraflı məlumatla təmin edirik. Buna görə də Polşada təhsil haqqında bütün məlumatları araşdırın və xaricdə karyeranızı düzgün planlaşdırın.
Polşa haqqında daha çox
Polşa Baltik dənizi sahilində yerləşən möhtəşəm Şərqi Avropa ölkəsidir. Ölkə daha çox orta əsrlərə aid arxitekturası və Yəhudi irsi ilə fərqlənir. Çətin və keşməkeşli tarixi dövründə polyak xalqı bu günə qədər öz kimliyini qoruyub saxlamışdır. Polşa Şərqi Avropada ən böyük və sıx əhaliyə malik ölkəsidir.
Polşa İnsan İnkişafı İndeksində “çox yüksək” göstəricini göstərmiş və 1990-cı illərin əvvələrində bazar iqtisadiyyatına keçiddən sonra iqtisadi azadlığını tədricən inkişaf etdirmişdir. Bu gün Polşa inkişaf etmiş, yüksək gəlirli iqtisadiyyata, yüksək həyat keyfiyyətinə malik demokratik bir dövlətdir.
Mədəni irsi ilə yanaşı Polşa dünyadakı ən qədim universitetlərə ev sahibliyi edir. Krakov şəhərində yerləşən Yagellon Universiteti XIV əsrdə təsis edilmiş və dünyanın ən qədim təhsil ocaqlarından biri hesab edilir. Bu gün Polşa universitetləri Avropa standartlarına uyğun təhsil təklif edir. Bununla yanaşı, Polşa universietləri Bolonya prosesinə də qoşulmuşdur. Beləliklə, Polşa universitetlərində təhsil almaqla siz tam şəkildə tanınan Avropa diplomu əldə etmiş olursunuz.
Təkcə təhsil haqqları deyil, yaşamaq xərcləri də Avropanın digər ölkələrinə nisbətən çox uyğundur. Məhz buna görə də hər il minlərlə tələbə Polşa universitetlərinə qəbul üçün qeydiyyatdan keçir. Polşa, Avropada universitet müraciətlərinə görə Birləşmiş Krallıq, Almaniya və Fransadan sonra 4-cü yerdə gəlir.
Polşa şəhərləri təkcə təhsil üçün deyil, həmçinin istirahət vaxtınızın daha səmərəli və gözəl keçməsi üçün ideal yerdir. Tatra Milli Parkı, Poznan kimi görməli məkanları ilə Polşa Avropanın ən cazibədar ölkələrindən biridir. Polşada yerləşən əsas turistik şəhərlər aşağıdakılardır;
- Krakov
- Varşava
- Qdansk
- Poznan
- Tatra Milli Parkı
- Torun
- Bialowieza Meşəsi
- Malbork

Polşada Təhsil Sistemi
Polşada təhsil sistemi kifayət qədər inkişaf etmişdir və zəngin akademik ənənəyə sahibdir. Burada beynəlxalaq tələbələr üçün keyfiyyətli təhsil tədris edən dövlət və özəl universitetlər hər il öz qapılarını minlərlə tələbəyə açır. Polşada bütün universitetlər Bolonya sisteminə uyğun fəaliyyət göstərir və ali təhsil əsasən 3 illik bakalvr və 2 illik magistr təhsilindən ibarətdir. Bəzi magistr proqramları isə 4 ildən 6 ilə qədər davam edə bilər. Polşada doktorantura proqramını isə 3 il ərzində başa vurmaq olar. Bütün bunlarla yanaşı, Polşa universitetləri 2 ildən 3 ilə qədər davam edən diplom və peşəkar ixtisasartırma kursları da təklif edir.
Polşada ali təhsil müəssisələrinin təqdim etdiyi təhsilin keyfiyyəti keyfiyyətə nəzarət qurumları tərəfindən yoxlanılır. Polşada Təhsil Keyfiyyətinə Nəzarət Komitəsinə, Elm və Ali təhsil üzrə Baş Şura, həmçinin Polşa Akademik Məktəbləri Rektorları Birliyi daxildir. Hal-hazırda Polşada dövlət və özəl universitetlərdə təxmini olaraq 5000 kurs vardır və hər biri keyfiyyətə nəzarət komitəsi tərəfindən akkreditasiya olunmuşdur. Buna görə də Polşa universitetlərinin təklif etdiyi istənilən kursu seçərək keyfiyyətli təhsil ala bilərsiniz.
Polşada Həyat Tərzi
Polşa xaricdə ali təhsil almaq üçün təhlükəsiz ölkədir. Avropada statistikalara görə ən aşağı cinayət səviyyəsinə malik olan ölkələrdən biridir. Polşada yaşadığınız müddət ərzində Şərqlə Qərbin kəsişdiyi mədəniyyətləri də təcrübə edə bilərsiniz. Coğrafi yerinə görə Polşa bir çox səyyahın diqqətini özünə çəkir. Təhsillə yanaşı, müxtəlif macəralı fəaliyyətlər, səyahətlər etmək istəyirsinizsə, Polşa sizin üçün mükəmməl seçimdir. Bununla yanaşı, Polşada yaşam xərcləri də digər Avropa ölkələrinə nisbətən ucuzdur. Bu isə tələbə həyatı üçün ən vacib olan məqamlardan biridir.
Polyak şəhərlərində yarımştat iş tapmaq çox asandır. Beləliklə, tələbələr part-time işlərdə çalışaraq, asudə vaxtlarını həm səmərəli, həm də faydalı keçirə bilərlər. Belə işlərdə əmək haqqı artan olur. Ancaq iş saatları sizin milliyyətinizə görə dəyişə bilir.
Yarımştat işlərdən qazandığınız gəlirlə səyahətlər edə, özünüz üçün həyati kəşflər edə bilərsiniz. Bundan əlavə, tələbələrin təhsil xərclərinə dəstək olmaq üçün Polşa universitetləri müxtəlif təqaüd proqramları və qrantlar təqdim edir.
Polşanın Top Universitetləri
Hal-hazırda Polşada 5000-dən çox dövlət və özəl universitet mövcuddur. Hər biri özünəməxsus və yüksək keyfiyyətdə təhsil verir. Ölkə hər zaman öz məzunları ilə fəxr edir. Onların sırasında ilk Nobel mükafatı qazanan qadın – Maria Curie və məşhur astronom Nikolay Kopernikin adlarını çəkmək olar.
Polşadakı bütün universitetlər arasında 6 universitet 2016-2017-ci illər üzrə QS World University Ranking siyahısına daxil olub, 20 universitet isə dünyanın ən yaxşı 200 universiteti sırasında yer alıb.
Beynəlxalq tələbələr üçün Polşanın ən yaxşı universitetləri
Bu universitetlərə aşağıdakılar daxildir;
- Varşava Univeristeti
- Yagellion Universiteti
- Varşava Texnologiya Univeristeti
- Vroclav Universiteti
- Lodz Universiteti
- WSB Qdansk Universiteti
- Maria Curie adına Sklodowska Universiteti
- Poznan İqtisadiyyat Universiteti
- Lublin Katolik Universiteti
Müraciət üçün hansı test mərhələlərindən keçməliyəm?
Polşada hər hansısa proqrama qəbul olmaq üçün GRE\GMAT kimi imtahanlara ehtiyac yoxdur. Əgər orta məktəbi uğurla bitirmisinizsə Polşa universitetlərinə müraciət edə bilərsiniz. Lakin universitetlərə müraciət üçün polyak və ya ingilis dili bacarıqlarınızı sübut etməlisiniz. İngilis dili üçün Polşa universitetləri minimum 6.5 bal tələb edir. Polşa universitetləri həmçinin Cambridge Certificate of Proficiency (Grade C), Cambridge Advanced Certificate ( Grade B) və TEEP sertifikatlarını da qəbul edirlər. Buna görə də təhsil almağı planlaşdırarkən seçəcəyiniz universitetin rəsmi saytında bu məqamı yoxlayın.
Polşada Təhsil Haqqı
Polşada həm təhsil haqqı, həm də yaşayış xərcləri olduqca aşağıdır. 200-250 dollarla Polşada aylıq qida, nəqliyyat və yaşayış xərclərini qarşılamaq olar. Polşa universitetlərində illik təhsil haqqı isə 1000-4000 dollar arası dəyişir. Təhsildən əlavə, qalan vaxtınızı part-time olaraq işləyə bilərsiniz ki, bu da öz növbəsində şəxsi xərclərinizi qarşılamağa kömək edəcəkdir.
Beynəlxalq tələbələr üçün xərcləri azaltmaq üçün universitetlərdə təqaüd proqramları və qrantlar təşkil edilir. Tələbələr bu proqramlara müraciət etməklə, təhsil xərclərini qarşılaya bilərlər.
Polşada Təhsilin Üstünlükləri
Polşada ali təhsil almağın bir çox üstünlükləri vardır. Yuxarıda dediklərimizi ümumiləşdirsək bunlara aşağıdakılar aiddir;
- Aşağı təhsil haqqı, yaşayış xərclərinin azlığı
- Sadə və sərfəli viza proseduru
- Almaniya və digər Avropa ölkələrinə çıxış
- Avropa ölkələrinə və Amerikaya təcrübə proqramlar\transfer imkanları
- Ən təhlükəsiz ölkələr siyasında olmaq
- Dərslər ingilis, fransız, alman və polyak dillərində tədris olunur.
- Xarici tələbələr üçün təqaüdlər
Necə Müraciət etməli?
Ümumiyyətlə, beynəlxalq tələbələr Polşada oxumaq üçün ildə iki dəfə müraciətdən keçə bilərlər; payız semestri (oktyabrda) və yaz semestri (fevralda). Müraciət etməzdən öncə tələbələr seçdikləri universitetin rəsmi saytında olan e-mail, telefona müraciət etməklə qeydiyyat formunu doldurmalıdırlar.
Tələbələrin Polşa universitetlərinə müraciət edərkən yadda saxlamalı olduqları əsas addımlar bunlardır:
- Ilk olaraq seçəcəyiniz univeritetə və ixtisasa qərar verin
- Seçdiyiniz universitetin saytından müraciət formasını əldə edin
- Müraciət formasını doldurun və testlər, beynəlxalq tələbələr üçün nəzərdə tutulmuş qəbul qaydaları ilə tanış olun
- Lazımi imtahanlara qeydiyyatdan keçin və imtahanı verin
- Doldurulmuş müraciət formasını aşağıdakı sənədlərlə birlikdə göndərin;
- Akademik sənədlər
- Təhsil xərclərini ödəmək imkanınızı təsdiq edən maliyyə sübutu ( məsələn bank hesabı)
- İngilis dili biliklərinizi təsdiq edən sənəd (İELTS, TOEFL, PTE)
- Beynəlxalq tələbələr üçün sağlamlıq sığortası
- Universitet müraciət forması və sənədlərinizi göndərdikdən sonra qəbul məktubu e-mail ünvanınıza göndəriləcəkdir.
- Qəbul məktubunu aldıqdan sonra müəyyən olunmuş tarixədək depozit ödəməlisiniz.
- Göstərilən tarixdə artıq dərslərə başlaya bilərsiniz.
Polşada Bakalavr qəbulu üçün tələb olunan sənədər
- Notariat qaydasında təsdiqlənmiş orta məktəb attestatı və ya məktəb tərəfindən verilmiş arayış.
- Tam şəkildə doldurulmuş müraciət forması.
- 4 ədəd 3×4 şəkil
- Namizədin şəxsiyyətini təsdiq edən sənədin sürəti
- Əgər orta məktəbdə dərslər ingilis dilində keçirilməyibsə İngilis dili biliyini təsdiqləyən test nəticələri və ya sertifikat (TOEFL)
- Tibbi arayış
- Təhsil haqqı ödənişi barədə qəbz
Magistr ixtisaslarına qəbul üçün tələb olunan sənədlər
- Bakalavr diplomu və ya universitet tərəfindən verilmiş rəsmi arayış
- Namizədin təhsil və peşə fəaliyyətini əks etdirən CV
- Bir şəxsi və bir akademik tövsiyə məktubu
- Namizədin şəxsiyyətini təsdiq edən sənəd
- İngilis dili bacarıqlarını təsdiqləyən test nəticələri
- Tibbi arayış
- Təhsil haqqı ödənişi barədə qəbz
Bəzən əlavə sənədlər də tələb oluna bilər, məsələn;
- Təqaüd müraciət formaları
- Motivasiya məktubu
- Universitetin tələb etdiyi əlavə sertifikatlar və ya ixtisasla bağlı sənədlər
Biz öz növbəmizdə nə təklif edirik?
XaricəGet olaraq, 10 ilə yaxındır ki, xaricdə təhsil xəyallarınızı gerçək edir. Bu vaxt ərzində, Polşada oxumaq istəyən yüzlərlə tələbəyə yardımçı olmuşdur. Polşada olan təhsil xəyalınızı bizə etibar edə bilərsiniz;
Müraciət prosesinin həyata keçirilməsi; Polşada təhsil almaq üçün qeydiyyatdan keçmək bir qədər sizə çətin və qarışıq gələ bilər. Müraciət prosesini doğru idarə etmək işinizi asanlaşdırır. XaricəGet-in professional əməkdaşları müraciət prosesini sizin adınıza həyata keçirər və sizə hər mövzuda dəstək olar. Əsas sənədlərin hazırlanması, qeydiyyat formunun doldurulması və digər addımlarda sizə yol göstərər.
Vizaya müraciət prosesi; Əlbəttə ki, Polşada ali təhsil almaq üçün əldə etməli olduğunuz digər – sənəd -vizadır. Viza müraciət müddəti olduqca qarışıqdır və doğru şəkildə prosesi yerinə yetirmək lazımdır. Əməkdaşlarımız vizaya müraciət prosesində daim yanınızda olacaqdır.
Qonaqlama və nəqliyyat; Polşada oxumaq istəyən tələbələrin qonaqlama və nəqliyyat ehtiyacları qaçınılmazdır. XaricəGet, qonaqlama və nəqliyyat mövzularında sizə yardımçı olacaqdır. Sizə büdcənizə uyğun təklifləri vermək üçün burdayıq. Hətta təyyarə bileti mövzusunda da dəstəklə təmin edər.
Dəstək və Rəhbərlik; Polşada universitet oxumaq istəyən tələbələr xarici ölkədə özlərini tək və yalnız hiss edə bilərlər. XaricəGet, sizə dəstək və rəhbərliklə təmin edərək bu müddəti asanlaşdıra bilər. Bu müddət ərzində bir çox adaptativ görüşlər təşkil edir, sizdən gələn bütün sualları cavablandırır və proqram boyunca ehtiyacınız olan hər cür dəstəyi təkilf edir.