Almaniyada Təqüadlü Təhsil

Almaniyada Təqüadlü Təhsil

Almaniyada Təqüadlü Təhsil – Təqaüd proqramları xaricdə təhsili daha da əlçatan edən fürsətlərdir. Təqaüdlərlə siz təhsil haqqı və yaşayış xərclərinizi qarşılaya bilərsiniz. 

Təqaüdlərə müraciət üçün ətraflı məlumat almaq istəsəniz bizlə əlaqə saxlaya bilərsiniz. 

Almaniyada magistr dərəcəsi almaq istəyən beynəlxalq tələbələr üçün bəzi təqaüdlər;

Almaniyada Təqüadlü Təhsil Proqramları

Goethe Goes Global Magistr Təqaüdü

  • Universitet; Frankfurt Goethe Universiteti
  • Mükafat; Magistr proqramının standart müddəti (adətən 2 il) ərzində ayda 1000 euro
  • Tələblər; Almaniyadan kənarda yerləşən universitetdən yüksək nəticəli bakalavr dərəcəsinə sahib olmaq və ya belə bir dərəcə üzrə oxumaq

Deutcshlandstipendium – HTW Berlin

  • Universitet; Berlin Texnologiya Universiteti
  • Mükafat; Ayda 300 euro
  • Üstünlük; Standart təqaüddən əlavə, müvafiq peşəkar təcrübəyə malik tələbələr Aufstiegsstipendium üçün müraciət edə bilərlər.

RWTH Aachen Universiteti mübadilə proqramı

  • Universitet; RWTH Aachen universiteti, Aachen
  • Müddət; 1 il
  • Təqaüd məbləği; Ümumi olaraq 1000 euro təşkil edir
  • Qeyd; Sentyabrda 1 aylıq Alman dili kursu bu təqaüdə daxildir. 
  • Təqaüd tələbləri; Tərəfdaş universitetlərdən birində qeydiyyatda olmaq. 

 

Kristian Wulff təqaüdü

  • Universitet; Berlin Beynəlxalq Tətbiqi Elmlər Univeristeti
  • Dəyəri; Təhsilin əvvəlindən etibarən təhsil haqqının 50%-i qarşılanır
  • Tələblər; BI icmasında aktiv iştirak edən və yüksək akademik nailiyyətlərə sahib bakalavr və ya magistr tələbəsi olmaq

 

BSBI- liderlik və sahibkarlıq təqaüdü

  • Universitet; Berlin Biznes və İnnovasiya Məktəbi (BSBI)
  • Dəyəri; Qismən maliyyələşdirilir (məbləğ dəyişə bilir)
  • Tələblər;
  • Universitetdə tam zamanlı proqram üzrə qeydiyyatda olmaq
  • Akademik arayış məktubu
  • Akademik transkript və ya qiymət cədvəli
  • 250 sözlük qısa motivasiya məktubu
  • İELTS və ya PTE imtahan nəticəsi

Jacobs Universiteti Təqaüdü

  • Universitet; Jacobs Universiteti, Bremen
  • Mükafat; Namizədlərin məktəb üzrə orta qiymət balına (GPA) əsasən ümumilikdə 8000 euro-ya qədər, Aİ tələbələri üçün minimum zəmanətli təqaüd 4000 euro təşkil edir.
  • Tələblər;
  • Bütün millətlərdən olan tələbələr müraciət edə bilər
  • Təqaüd aşağıdakı iki illik magistr proqramlarına şamil edilir:
  • Data Engineering üzrə MSc
  • Data Science for Society&Business üzrə MSc
  • Supply Chain Management üzrə MSc



Almaniyada Dövlət xarici təşkilatlar tərəfindən maliyyələşdirilən təqaüdlər

DAAD Təqaüdü

DAAD (Alman Akademik Mübadilə Xidməti) tələbələrin və tədqiqatçıların beynəlxalq mübadiləsi üçün dünyanın ən böyük maliyyələşdirmə təşkilatıdır. Təqaüdlər Almaniya Federativ Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilir.

Universitet; Almaniyadakı müxtəlif universitetlər (beynəlxalq tələbələr üçün)

Müddət; 10-24 ay – Almaniyada tam magistratura proqramı və ya Almaniyada bir illik təhsil (ikinci magistr və ya öz universitetinizdə davam edən magistratura bir hissəsi kimi)

  • Mükafat;
  • Aylıq 934 euro təqaüd
  • Tibbi sığorta, qəza və şəxsi məsuliyyət sığortası, səyahət və təhsil xərcləri üçün ödənişlər
  • Green Mobility Top up – ekoloji səyahət dəstəyi
  • Təhsil haqqını tam əhatə etmir, pulsuz Alman dili kursu təqaüdə daxildir.
  • Tələblər
  • Təqaüd müddəti başlayana qədər bakalavr və ya ekvivalent birinci dərəcə diplomunu bitirmiş olmalısınız
  • DAAD portalı vasitəsilə qeyddiyyatdan keçmək lazımdır

 

Erasmus Mundus Magistr Təqaüdü

Erasmus Mundus Proqramı, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən təqaüdlər təqdim edir. Bu təqaüdlər həm Aİ\AEA (Avropa İqtisasi Ərazisi) tələbələri, həm də üçüncü ölkə tələbələri üçün nəzərdə tutulub. Təqaüdlər Euroculture Magistr Proqramına qəbul olunmuş tələbələrə verilir. Hər il təxminən 22 qrant mövcud olur. 

  • Universitet; Müxtəlif Universitetlər
  • Müddət; 24 ay
  • Mükafat
  • Yaşayış xərcləri üçün ayda 1000 euro
  • İştirak xərcləri, səyahət və yerləşmə xərclərinə dəstək
  • Euroculture proqramında iştirak xərcləri; 9000 euro ( AI tələbələri)\ 18.000
  • euro (Aİ-dən kənar tələbələr)
  • 24 ay ərzində tibbi sığorta
  • Tələblər;
  • Bakalavr dərəcəsinə sahib olmaq
  • Məsələn, 2026-cı ildə proqramı başlamaq üçün namizədlər ən geci 15 yanvar 2026-cı ilədək ali təhsil diplomunu təqdim etməlidirlər.

 

KAAD (Katolik Akademik Mübadilə Proqramı) Təqaüdü

KAAD Təqaüdü Almaniya magistr və doktorantura (PhD) proqramları üzrə təhsil almaq istəyən beynəlxalq tələbələr üçün tam maliyyələşdirilən proqramdır.

  • Universitet; Almaniyadakı müxtəlif universitetlər (beynəlxalq tələbələr üçün)
  • Mükafat;
  • Tam olaraq maliyyələşdirmə
  • Aylıq təqaüd (yaşayış xərclərinə görə dəyişir)
  • Almaniyaya gediş-gəliş səyahət xərclərinin qarşılanması
  • Tibbi sığorta
  • Ödənişsiz alman dili kursu
  • Üstünlüklər; Beynəlxalq tələbə profillərinə uyğun 3 fərqli təqaüd proqramı mövcuddur.

Proqram 1:

  • Afrika, Asiya, Yaxın Şərq və ya Latın Amerikasından olan tələbələri üçün nəzərdə tutlumuşdur.
  • Tələbənin öz ölkəsində bakalavr diplomu və peşəkar təcrübəsi olmalıdır.
  • Xristian məzhəbinə mənsub olmaq tələblərdən biridir.
  • Alman dili biliyi tələb olunur.

Proqram 2:

  • Afrika, Asiya, Yaxın Şərq və ya Latın Amerikasından olan tələbələr üçün nəzərdə tutulmuşdur.
  • Hazırda Almaniyada təhsil almalı və təhsili bitirməyinə ən azı 10 ay qalmalıdır.
  • Xristian məzhəbinə mənsub olmalıdır.
  • Alman dilini bilməlidir.

Proqram 3:

  • Mərkəzi, Şərqi və Cənub-Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz ölkələrində olan tələbələr üçün nəzərdə tutulmuşdur.
  • Namizədlər katolik məzhəbindən olmalıdır (istisna hallarda, katolik tərəfdaşlar tərəfindən namizəd göstərildiyi halda digər xristian məzhəblərinı aid tələbələr də qəbul edilə bilər).

 

Rosa Luxemburg Stiftung Təqaüdü

Rosa Luxemburg Stiftung Tərəfindən təqdim olunan bu təqaüdlər beynəlxalq tələbələr üçün tam maliyyələşdirilən magistratura proqramlarıdır. Təqaüdlər Almaniya Federativ Xarici İşlər Nazirliyi tərəfindən maliyyəşdirilir. 

  • Universitet; Rosa Luxemburg Stiftung
  • Müddət; 24 ay (proqram müddəti)
  • Mükafat;
  • Aylıq 850 euro təqaüd
  • Səhiyyə və tibbi sığorta üçün əlavə olaraq maksimum 86 euro subsidiya
  • Tələblər;
  • Yüksək akademik və peşəkar göstəricilər
  • Dünyanın hər yerindən tələbələr müraciət edə bilər.
  • İngilis dili biliyi tələb olunur.
  • Alman dili biliyi tələb olunur (ən azı B2 səviyyə)
  • Proqramlar; Magistr və PhD dərəcələri üzrə bütün ixtisaslar (istisna olaraq, Tibb, Stomatologiya və baytarlıq)

Almaniyada Fənn üzrə xüsusi təqaüdlü təhsil

ERP Təqaüdləri – İqtisadiyyat və Biznesin idarə edilməsi

ERP təqaüdləri, xarici tələbələrin Almaniyada magistr təhsili alması üçün Almaniya Federal İqtisadi İşlər və İqlim Fəaliyyəti Nazirliyi (BMWK) tərəfindən maliyyələşdirilir.

  • Universitet; Almaniyadakı müxtəlif beynəlxalq universitetlər
  • Müddət; 18-24 ay (təqaüd 3 və ya 4 semestrlik proqramlar verilir)
  • Mükafat;
  • Tam maliyyələşdirmə
  • Aylıq 850 euro təqaüd
  • İllik 460 euro təhsil xərci üçün yardım
  • Tibbi sığorta, qəza və şəxsi məsuliyyət sığortası ödənişləri
  • Səyahət xərcləri üçün əlavə olaraq ödəniş
  • Ödənişsiz alman dili kursu

Tələblər;

  • Bakalavr diplomuna sahib olmaq
  • Proqramlar; Yalnız İqtisadiyyat və Biznesin İdarə edilməsi sahəsində təhsil alanlar üçün nəzərdə tutulmuş magistr proqramıdır.

 

IU Tətbiqi Elmlər üzrə təqaüd

  • Universitet; İnternational University of Applied Sciences, Berlin 
  • Müddət; 18-24 ay (3 və ya 4 semestrlik magistr proqramı)
  • Tələblər;
  • Afrika və ya Asiya ölkələrinin vətəndaşları müraciət edə bilər.
  • Yüksək akademik göstəricilər tələb edilir.
  • Proqramlar; Data Science, Computer Science, Artificial İntelligence, Big Data, Finance, Accounting, Engineering Management

Neufert-Foundation Təqaüdü

  • Universitet; Müxtəlif beynəlxalq universitetlər
  • Müddət; 1,5 – 2 il
  • Mükafat; Ümumilikdə 2500 euro
  • Tələblər;
  • İngilis və ya Alman dilində bilik
  • Bakalavr diplomu
  • Proqramlar; Memarlıq, Landşaft memarlığı, Şəhərsalma

Helmut-Schmidt Proqramı (PPGG təqaüdü)

Bu proqram ictimai-siyasi və idarəetmə sahəsində gələcək liderləri dəstəkləmək üçün Almaniyada müxtəlif univeristetlərdə tədris olunan magistr proqramlarını maliyyələşdirir.

Üzv universitetlər və proqramlar:

  • Hochschule Bonn-Rhein-Sieg: Social Protection 
  • Duisburg-Essen Universiteti: Development and Governance 
  • Erfurt Universiteti, Willy Brandt Ictimai Siyasət Məktəbi: Public Policy
  • Magdeburg Universiteti; Peace and Conflict Studies
  • Hochschule Osnabrück; Management in Non-Profit Organisations
  • Passau Universitet; Development Studies
  • Passau Universiteti; Governance and Public Policy

Mükafat;

  • Aylıq 934 euro təqaüd 
  • Sağlamlıq sığortası
  • Səyahət xərcləri üçün əlavə ödəniş
  • Təhsil və tədqiat qrantları
  • Mənzil subsidiyaları və ya həyat yoldaşı\uşaqlar üçün müavinətlər

Tələblər;

  • Aşağıdakı bölgələrdən olan namizədlər müraciət edə bilər;
  • Afrika və Cənubi Afrika
  • Latın Amerikası 
  • Asiya və Sakit Okean ətrafı
  • Şərqi Avropa, Mərkəzi Asiya və Cənubi Qafqaz
  • Qərbi, Mərkəzi və Cənub-Şərqi Avropa
  • Yaxın Şərq və Şimali Afrika
  • Sosial və siyasi elmlər, hüquq, iqtisadiyyat, ictimai siyasət və idarəetmə sahəsində yüksək göstəricilərə malik universitet diplomuna sahib olmaq
  • Təqaüd qazananlar 6 aylıq məcburi alman dili kursunda iştirak etməlidirlər.

Proqramlar;

  • Sosial və siyasi elmlər
  • Hüquq
  • İqtisadiyyat
  • İctimai siyasət
  • İctimai idarəetmə

 

Özəl Fondlar Tərəfindən Maliyyələşdirilən Təqaüdlər

Heinrich Böll Təqaüdü -Beynəlxalq tələbələr üçün

  • Mükafat; Tam maliyyələşdirmə
  • Tələblər;
  • Yaxşı akademik göstəricilər
  • Siyasi maraqlar
  • Dünyanın bütün ölkələrindən olan tələbələr qəbul edilir.

Friedrich Ebert Stiftung Təqaüdü

  • Aylıq 744 euro təqaüd
  • Hər ay sabit olaraq 300 euro təhsil haqqı ödənişi
  • Səhiyyə sığortası üçün 71 euro
  • Uzunmüddətli sağlamlıq sığortası üçüb hər ay 15 euro
  • Övladı olan tələbələrə ayda 155 euro müavinət
  • Tələblər;
  • Məhdud imkanları olan və ya miqrant olan ailədən gələn tələbələr 
  • Sosial aktivlik
  • Alman dili biliyi tələb edilir.

Mawista Təqaüdü

  • Mükafat; Birdəfəlik 3000 euro
  • Tələblər;
  • Tələbə olmaq, yəni bakalavr diplomuna sahib olmaq
  • Hazırda xaricə təhsil almaq
  • Başqa xüsusi bir tələb yoxdur.

 Bu və ya digər proqram barədə ətraflı məlumat almaq və ya sizə uyğun olan təqaüd proqramına müraciət etmək istəyirsinizsə bizə müraciət edə bilərsiniz. 



whatsapp-xariceget
whatsapp-xariceget