Çexiyada İELTS-siz Təhsil Praqa – Çexiyanın paytaxtı, Avropanın ən gözəl və turistik şəhərlərindən biridir. Bu məlumatı demək olar ki, hər kəs bilir, bəs bilirdiniz mi, qənd məhz burada ixtira edilib? Buna təəccüblənməyə dəyməz, tələbələrlə dolu şəhərləri, yüksək reytinqli universitetləri və münasib yaşayış xərcləri ilə Çexiya beynəlxalq tələbələr üçün elə “şirin fürsətdir”.
Çexiyadakı Universitetlər
Bolonya prosesi vasitəsilə Çex universitetlərin təqdim etdiyi diplomlar bütün Avropa İttifaqında tanınır. Çex universitetləri regionun ən yüksək reytinqli ali təhsil müəssisələrindən sayılır. Çexiyanın ən yaxşı universiteti Karl Universitetidir. 1348-ci ildə təsis olunan universitetin əsas kampusu bu gün Praqadadır, əlavə olaraq Hradec Kralove və Plzen şəhərlərində də fakültələr mövcuddur.
Ölkənin digər yüksək reytinqli universitetlərinə Masaryk Universiteti (Brno şəhərində) və Praqa Kimya və Texnologiya Universiteti daxildir.
Xüsusilə, Praqada tələbələr Amerika tədris modeli ilə fəaliyyət göstərən özəl ali məktəblərdə də yüksək keyfiyyətli təhsil ala bilərlər. Belə universitetlərdən ən tanınmışları Praqa Anglo-Amerikan Universiteti və Praqada yerləşən Nyu-York Universitetdir.
Çexiyada ingilis dilində tədris olunan bakalavr və magistr proqramlarının sayı günü-gündən artır, bununla yanaşı, eyni zamanda belə proqramları seçən beynəlxalq tələbələrin sayında da nəzərəçarpacaq dərəcədə artım müşahidə edilir – hazırda Avropadan və dünyanın müxtəlif yerlərindən təxminən 50,000 tələbə burada təhsil alır.
İngilis dilində proqramlar üçün tipik təhsil haqqı dövlət universitetlərində çox aşağı məbləğdən başlayır. Özəl universitetlərdə isə illik təhsil haqqı 20,000 euroya qədər çata bilər.
Çexiyada Tələbə həyatı
Ölkənin ali təhsil müəssisələrinin əksəriyyəti bir neçə şəhərdə – o cümlədən Praqa və Brnoda cəmlənib. Bu da əlbəttə nə deməkdir? -Universitet şəhəri həyatı
Əgər bəzən şəhərin səs-küyündən yorulsanız, UNESCO İrs Siyahısına daxil edilmiş yerlərdən biri olan – Milli Parkı ziyarət edə bilərsiniz. Bununla yanaşı bir çox yerləri seçimlərin siyahısına daxil ola bilər, unutma ki, Avropanın tam mərkəzində yerləşən bir ölkədə təhsil alırsan.
Həm Aİ ölkələrinin, həm də Aİ-dən kənar ölkələrin tələbələri təhsilləri zamanı işləyə bilərlər. Çexiya Avropa İttifaqının üzvü olsa da, euro-dan istifadə etmir. Ölkənin rəsmi valyutası Çex kronu-dur (koruna).
Avropanın digər ölkələri ilə müqayisədə burada yaşayış xərcləri kifayət qədər aşağıdır. Orta aylıq xərclər təxminən 320-700 avro arası dəyişir. Praqada ictimai nəqliyyat üçün tələbə kartının illik qiyməti isə təxminın 60 avro təşkil edir.

Çexiyadakı top universitetlər
- Academy of Performing Arts in Prague
- Anglo-American Univeristy
- University of New York in Prague
- Silesian University – School of Business Administration
- VSB -Technical University of Ostrava
- Charles University
Çexiyada IELTS-siz Təhsil şərtləri
Çexiyada İELTS olmadan təhsil mümkündür, amma müəyyən şərtlər vardır. Əslində bu seçim sizin seçəcəyiniz universitet, fakültə və proqramdan asılı olaraq dəyişir.
-
İngilis dili proqramlarda
Bir sıra Çexiya universitetləri qəbul üçün İELTS və ya TOEFL nəticəsi tələb edir. Amma bəzi universitetlər də vardır ki, İELTS tələb olunmur:
- Əgər əvvəlki təhsilinizi tamamilə ingilis dilində almısınızsa (orta məktəb təhsili və ya bakalavr təhsili) təhsil aldığınız universitet və ya məktədən bunu özündə əks etdirən rəsmi arayış almaqla bu imtahandan keçə bilərsiniz.
- Bəzi universitetlər isə özləri sizin üçün imtahan təşkil edə bilərlər. Bu imtahandan uğurlu keçsəniz İELTS imtahanı verməyə gərək yoxdur.
- Bəzi proqramlar isə sadəcə online müsahibə ilə sizin ingilis dili biliyiniz yoxlaya bilir.
-
Çex dilində təhsil
- Əgər siz çex dilində oxumaq istəyirsinizsə bu zaman İELTS verməyə ehtiyacınız olmayacaqdır.
- Bunun üçün sadəcə 1 illik çex dili kursunda iştirak etməlisiniz. Bu kursdan sonra biliklərinizin yoxlanılması məqsədilə dövlət və ya universitet imtahanı verməli olacaqsınız.
- Çex dilində təhsil ABŞ və ya Britaniya ilə müqayisədə cibinizə daha çox uyğundur.
Çexiyada hansı universitetlər İELTS olmadan qəbul edir?
- Charles Universiteti – bu universitetdə qəbul zamanı dil biliyiniz test və ya online şəkildə yoxlanılır.
- Czech Technical University – bəzi proqramlar var ki, məktəb və ya universitetdən dil haqqında arayış almaq kifayətdir.
- Masaryk Universiteti – bu universitetdə siz daxili test və ya müsahibə ilə keçə bilərsiniz.
- Özəl universitetlər (University of New York in Prague) da çox vaxt İELTS tələb olunmur, sadəcə müsahibə yolu ilə tələbələr qəbul edilir.
Universitetlər barədə daha çox məlumat almaq və ya Çexiyada İELTS olmadan təhsil almaq istəyirsinizsə, elə indi bizə müraciət edə bilərsiniz.
