Kanadada Kollec təhsili

Kanadada Kollec təhsili

Kanadada kollec təhsili – Son zamanlar Kanada, azərbaycanlı tələbələrin xaricdə təhsil üçün ən çox seçdiyi ölkələrdən birinə çevrilmişdir. Bu tələbatın başlıca səbəbi isə şübhəsiz ki, Kanadanın təhsil standartları və məzuniyyət sonrası fürsətləridir. 

Kanada təhsil sistemində kollec təhsili lisey təhsilindən sonra gələn bir tədris səviyyəsidir. Kolleclər 2 və ya 3 il davam edir və sonda bitirən tələbələr diplom və sertifikatlarla təmin edilir. Azərbaycanda olan kollec təhsili ilə hardasa bənzərlik təşkil edir, lakin təhsil keyfiyyəti və praktikaya yönəlik Kanada kollecləri, iş həyatına sürətli bir şəkildə atılmaq istəyən tələbələr üçün ciddi karyera imkanları təqdim edir. Qəbul şərtləri və sosial imkanları ilə Azərbaycandakı bir sıra universitetlə müqayisədə üstünlük məhz Kanada kolleclərinin olar. 

Qısaca kollec barədə fikirlərimizi ümumiləşdirsək: tələbələri lisey sonunda sürətli bir şəkildə iş həyatına hazırlayan, praktik təhsilə fokuslanan tədris ocaqlarıdır. 

Bu təhsil mərkəzləri günü-gündən öz proqramlarını dəyişir və günümüzün standartlarına uyğun bir təhsil imkanı qazandırır. Kanadada belə bir qayda var ki, əgər bir proqram tələbələri qəbul edirsə deməli orada bu sahəyə uyğun kifayət qədər iş imkanları da vardır. Təhsil müddəti boyunca öz bacarıqlarınızı ön plana çıxartsanız, istədəyiniz ixtisas üzrə iş tapmağınız çox da çətin olmayacaqdır. 

Kanadada kollec oxumağın avantajları

  • İş həyatına sürətli şəkildə atılmaq: Kollec təhsili praktika yönümlüdür. Məqsəd oxuduğunuz ixtisas üzrə gerçək iş həyatı atmosferini yansıtmaq, sizə işdə lazım olacaq olan bilgiləri verməkdir. 
  • Maddi avantaj: Kollec ixtisasları illik təhsil haqqına görə digər təhsil səviyyələrindən daha düşük təhsil haqqı tələb edir. Bakavar təhsilindən daha qısa müddətli olması da maddi cəhətdən uyğun bir seçim olduğunu göstərir. 
  • İşə yönəlik təhsil: Bu kolleclər proqramlarını daim yeniləyərək iş dünyasının tələblərinə uyğunlaşdırırlar. 
  • Sektora\ixtisasa yönəlmiş tədris: Kollec təhsili universitet təhsilinə nisbətən olduqca spesifikdir. Məsələn, biznes ixtisasında marketinq, mühasibatlıq, insan resursları və.s  kimi bir çox dərs olduğu halda kollec təhsili bunlardan yalnız birinə fokuslanır. Universitet təhsilində sahə ilə bağlı mövzuların hamısı nisbətən səthi bir şəkildə keçirilirsə, kollec təhsili konkret bir sahə (məsələn, insan resursları) ilə bağlı hər şeyi əhatə edir. 
  • Təcrübə imkanları: Bəzi bölmələr Co-Op (Co-operative Education) imkanı təqdim edir. Bunun sayəsində tələbələr oxuduqları ixtisas üzrə ödənişli iş və ya staj proqramına qoşulur. 
  • İş icazəsi: Kanadada kollec təhsili aldığınız müddətdə həftədə 20 saat işləmək icazəniz olur. 
  • Beynəlxalq şəbəkə: Dərs aldığınız siniflərdə müxtəlif ölkələrdən gəlmiş çoxsaylı xarici tələbələrlə tanış olmaq və dostluq qurmaq imkanı əldə edirsiniz.Sadalanan bu konkret üstünlüklərin yanında sosial imkanları bildirmək istəyirik. Kanada kollecləri yalnız təhsil verməyə fokuslanmır. Onlar sosial həyat təcrübələrinin və dostluqların tələbələrin gələcək həyatlarına qatacağı dəyəri bilirlər v bu onlar üçün böyük əhəmiyyət kəsb edir. Buna görə də çoxlu sosial fəaliyyət və layihələr təşkil edərək tələbələr arasında ünsiyyəti və əlaqəni dəstəkləyirlər. 

Kanadada Kollecə Qəbul Şərtləri 

Kanada kollecləri müraciət üçün ciddi şərtlər tələblər qoymurlar. Tələbələrin seçdiyi təhsil müəssisələrindən məhz ilk yerlərdə qərarlaşmasının səbəbi də budur. Lakin müraciət və qəbul şərtlərindən kollecdən kollecə bir qədər kiçik fərqlər olduğu üçün hədəfinizdəki kollec və bölümlərin şərtlərinə diqqət yetirməyiniz vacibdir. 

Diplom proqramlarına müraciət üçün ümumi şərtlər bunlardır:

  • Ən azı orta məktəb məzunu olmaq. 
  • Ən azı orta səviyyədə dil biliyi (oxucağınız bölməyə görə ingilis və ya fransız dili). Proqramların çoxu İELTS-dən minimum 6.5 al tələb edir. Və ya əvvəlcə dil məktəbində müvafiq dil üzrə təhsil alıb, daha sonra imtahansız şəkildə keçid edə bilərsiniz. 
  • 18 yaşını tamamlamış olmaq. Yuxarı yaş həddi yoxdur, hətta 90 yaşında belə müraciət etmək olar. 

Unutmayaq ki, bunlar yalnız minimum şərtlərdir. Təkcə bu tələbləri qarşılamaq Kanadada kollec oxumağınız üçün kifayət deyil. Hər bölmə ən yaxşı tələbələri qəbul etmək istəyəcəkdir. Bu mərhələdə sizin ortalama balınız, sosial fəaliyyətləriniz, gələcək hədəfləriniz, akademik olmayan bacarıq və uğurlarınız sizi ön plana çıxara bilər. 

Kanadada Kollec Bölümləri 

Kanada kolleclərində təhsil ala biləcəyiniz onlarla proqram vardır. Yuxarıda qeyd etdiyimiz kimi bu proqramlar iş imkanlarının bol olduğu və ehtiyacın çox olduğu sahələri əhatə edir. Aşağıdakı bölümlər isə tələbatın daha çox olduğu sahələrdir:

  • Marketinq
  • Mühasibatlıq
  • Beynəlxalq ticarət
  • Biznes idarəçiliyi
  • Menecment
  • İnsan resursları
  • Maliyyə
  • Layihə idarəçiliyi
  • İnformasiya – IT texnologiyaları
  • Kommunikasiya
  • Otel idarəetməsi
  • Turizm
  • Reklamçılıq
  • Qrafik dizayn
  • Animasiya
  • Aviasiya
  • Sosial xidmətlər
  • İncəsənət
  • Moda  

Kanada dövlət və özəl kolleclər arasındakı fərqlər nədir?

Dövlət və özəl kolleclər arasında fərqlər təhsil keyfiyyəti, tələbə profili, imkanlar, maliyyə və fürsətlər arasında ölçülür. 

Təhsil Keyfiyyəti

Təhsil keyfiyyətinə gəldikdə, əslində hər iki növün özünə görə üstünlükləri vardır. Kanada dövlət kolleclərinin peşəkar müəllim heyəti və aldığınız təhsili dərindən öyrənə biləcəyiniz əsasları vardır. Onlar həmçinin tələbələrə yüksək səviyyədə kampus həyatı təcrübəsi də təqdim edir. Lakin özəl kolleclərdə bu imkan yoxdur desək bu düzgün olmaz.

Özəl kolleclər xüsusilə daha kiçik siniflərdə tədris edildiyi üçün hər bir tələbəyə daha çox vaxt ayrılır. Bundan əlavə, onların proqramları sinifin ehtiyaclarını uyğun şəkildə formalaşdıra biləcək çevikliyə malikdir. Qəbul şərtləri baxımından isə özəl kolleclərə daxil olmaq dövlət kolleclərinə nisbətən bir qədər daha asandır. 

Tələbə Profili 

Burada ən nəzərəçarpacaq məqam odur ki, dövlət kolleclərində tələbələrin çoxu adətən həmin bölgədə yaşayan yerli tələbələrdən ibarət olur. Bu da müəyyən qədər siniflərdə müxtəlifliyin az olduğu mənasına gəlir. Ancaq bu vəziyyət oxuyacağınız əyalətə və ya proqrama görə dəyişə bilər. 

Özəl kolleclər isə həm sayca az olduqlarına, həm də daha seçici olduqlarına görə Kanada və dünyanın müxtəlif yerlərindən gəlmiş tələbələri qəbul edir və sinifdə beynəlxalq müxtəlifliyə üstünlük verirlər. 

İmkanlar

Bu mövzuda dövlət kollecləri özəl kolleclərdən bir addım irəlidir. Fiziki imkanları, tədris avadanlıqları, texnoloji imkanlar və yataqxana seçimləri ilə dövlət kollecləri ön plana çıxır.

Özəl kolleclər isə çox vaxt kiçik kampuslardan ibarət olduğu üçün tələbələrə sosial fəaliyyət və geniş imkanlar baxımından böyük fürsətlər təqdim edə bilmirlər. Lakin bu, təbii ki, özəl kolleclərin keyfiyyətsiz və zəif təhsil verdiyi anlamına gəlmir. 

 

Niaqara şəlaləsi, Kanada
Niaqara şəlaləsi, Kanada

 

Təhsil Haqqı 

Azərbaycanda olan qiymətlərin tam əksi olaraq, beynəlxalq tələbələr üçün dövlət kollecləri özəl kolleclərə nisbətən yüksək ödəniş tələb edir. Ancaq ümumi maliyyəti təhsil müddəti hesablayıb müqayisə etmək daha doğru olar. 

Dövlət kollecləri illik təhsil haqqı olaraq təxminən 16-18 min Kanada dolları tələb edərkən, özəl kolleclərdə bu məbləğ orta hesabla 5-12 min dollar dollar arasında dəyişir. Bundan başqa, özəl məktəblərdə daha qısa müddətli proqramlar olur ki, bu da tələbələrin daha az yaşam xərci ilə məzun olmasına imkan yaradır. Qeyd edilən rəqəmlər yalnız təhsil haqqıdır. Araşdırma və seçim zamanı mütləq qalacaq yer variantlarını da nəzərdən keçirərək ümumi xərcləri müqayisə etməyinizi tövsiyə edirik. Bunun üçünsə təbii ki, bizə müraciət edə bilərsiniz. Peşəkar əməkdaşlarımız sizə əllərindən gələb qədər yardım göstərməyə hazırdır. 

Fürsətlər

Kanadada kollec oxumağın təqdim etdiyi imkanları iki başlıq altında qiymətləndirmək olar: Təhsil müddəti ərzində və təhsildən sonra

Təhsil müddəti ərzində fürsətlər:

  • Kanadada kollec təhsili zamanı yararlana biləcəyiniz fürsətlər özəl kolleclərdə daha çox nəzərəçarpandır. Çünki tələbələri cəlb etmək üçün bu fürsətləri yaratmaq məcburiyyətindədirlər və bu sahədə ciddi səy göstərirlər.
  • Tələbə sayı az olduğuna görə imkanlara çıxış hər bir tələbə üçün daha asan olur. 
  • Özəl kolleclərdə təqaüd imkanları daha çoxdur.
  • Təcrübə və təhsil müddəti ərzində işləyə biləcəyiniz imkanları sizə təqdim etməyə çalışırlar. Bunun üçün bir çox şirkətlə əməkdaşlıq edərək ixtisasınıza uyğun imkanlar yaratmağa səy göstərirlər. 

Təhsil sonrası fürsətlər:

Təhsil müddəti başa çatdıqda dövlət kolleclərinin böyük üstünlüyü olur. Söhbət, Post-Graduation Work Permit” (PGWP), yəni “məzuniyyət sonrası iş icazəsi” müraciət haqqından gedir. 

  • Məzuniyyət sonrası iş icazəsi ən az 2 illik diplom proqramını bitirmiş tələbələrə 3 illik iş icazəsi verir. 
  • Bu imkan, xüsusilə xaricdə yaşamaq və sonradan immiqrasiya etmək istəyənlər üçün çox vacib fürsətlər təqdim edir.

Özəl kolleclərdə təhsil alıb məzun olan tələbələr isə PGWP imkanından istifadə edə bilmirlər. 

 

 

Kanadada Kollec təhsili