Fransada Təhsil Almağın Avantajları – Avropanın mədəniyyət paytaxtlarından biri olan Fransa, sadəcə incəsənət, moda və qastronomiya ( kulinariya sənəti) ilə deyil, akademik göstəriciləri ilə də dünya ətrafında önə çıxan təhsil mərkəzlərindən biridir. Beynəlxalq tələbələr üçün təklif etdiyi çoxdilli proqramları, prestijli özəl universitetləri və tələbə yönümlü şəhərləri ilə Fransa, xaricdə universitet təhsili almaq istəyən gənclər üçün əlaverişli seçimdir.
Fransada universitet oxumaq, akademik olaraq güclü, mədəni baxımdan zəngin və beynəlxalq səviyyədə tanınan bir diploma sahib olmaq deməkdir. Həm bakalavr, həm də magistratura səviyyəsində təqdim olunan proqramlar, iş dünyasının tələblərinə uyğun şəkildə hazırlanmış, müasir və praktik dərslərə malikdir.
XaricəGet olaraq, Fransa universitetləri mövzusunda peşəkar əməkdaşlarımızla tələbələrimizə fərdi təkliflər irəli sürürük. Fransadakı özəl universitetlərlə elədiyimiz əməkdaşlıqlar sayəsində tələbələrimizə müraciətdən məzuniyyətə qədər bütün addımlarda rəhbərlik edirik.
Fransada Təhsil Sistemi və Universitetlər
Fransa, qədim akademik ənənəsini müasirliklə birləşdirən, Avropanın ən yüksək ali təhsil müəssisələrindən birinə sahib olan ölkədir. Güclü nəzəri baza və praktik məzmunla fərqlənən bakalavr və magistr proqramları beynəlxalq tələbələr üçün həm fransız, həm də ingilis dilində təklif edilir.
Bakalavr proqramları 3 il, magistr proqramları isə bir və ya iki il davam edir.
Fransada ali təhsil müəssisələri 2 qrupa ayrılır:
- Dövlət univeristetləri; Fransız höküməti tərəfindən maliyyələşdirilən və adətən Fransızca təhsil verən qurumlardır. Daha geniş qəbul kvotalarına malik bu univeristetlərdə siniflərdə tələbə sayı adətən çox olur. Tədris dili fransız dili olduğuna görə, bu universitetlərə müraciət edəcək tələbələrin dil biliyinə malik olması vacib bir meyardır. XaricəGet olaraq, hazırda bu universitetlərə birbaşa müraciət xidməti göstərmirik.
- Özəl universitetlər; Bu universitetlər, xüsusilə də beynəlxalq tələbələrə təklif etdiyi ingilis dilində olan proqramları ilə fərqlənir. Biznes, mühəndislik, moda, incəsənət və dizayn kimi sahələrdə kifayət qədər tanınırlar. Müasir kampusları və akademik imkanları, iş dünyası ilə güclü bağları və tələbələrə fərdi yanaşmaları ilə seçilirlər. Fransanın özəl univeristetl\ri tələbələrə yalnız akademik bilik qazandırmaqla kifayətlənmir, eyni zamanda mədəni müxtəliflik, qlobal baxış bucağı və peşəkar əlaqələr baxımından da böyük üstünlüklərlə təmin edir.
Fransanın Top Universitetləri
- ICN Biznes Məktəbi – Fransanın ən qədim və prestijli biznes universitetlərindən biridir.
- Ecole de Management Applique (EMA) – Hüquq, maliyyə və iqtisadiyyat sahəsində disiplinli təhsil verən biznes universitetdir.
- Schiller International University -Paris – ABŞ və Avropadakı 4 beynəlxalq beynəlxalq kampusdan biridir.
Fransada Hansı Sahələrdə Oxuya Bilərəm?
Fransa, akademik müxtəlifliyi və disiplinli yanaşmayla bir çox sahədə keyfiyyətli təhsil proqramları təklif edir. Xüsusilə də universitetlər, tələbələrə qlobal miqyasda keçərliliyi olan, sektorla inteqrasiya edilmiş və praktiki bölümləri ilə diqqət çəkir.
İngilis dilində təhsil ala biləcəyiniz ixtisaslar:
Fransada bir çox özəl universitet, ingilis dilində bakalavr və magistr proqramları təklif edir. Fransızca bilməyən tələbələr üçün bu proqramlar, Fransada təhsili mümkün və əlçatan edir.
Fransa universitetlərində önə çıxan sahələr aşağıdakılardır:
- Biznes və İdarəetmə: Fransa, Avropanın iş və maliyyə mərkəzlərindən biri olması səbəbiylə bu sahələrdə olduqca güclü proqramlara sahibdir – Beynəlxalq Biznes, Logistika və Tədarük Zənciri İdarəçiliyi, Marketinq, Maliyyə və Mühasibalıq, Sahibkarlıq və İnnovasiya
- Moda və Lüks Marka İdarəetməsi: Moda paytaxtlarından biri olan Fransa, bu sahədə nəzəri və praktiki təhsili bir araya gətirir – Moda Dizaynı, Moda İdarəçiliyi, Lüks Brend İdarəçiliyi
- İncəsənət, Dizayn və Yaradıcılıq Sənayeləri: Yaradıcı ideyaları dəstəkləyən təhsil yanaşmasıyla özəl univeristetlər tələbələrə həm incəsənət, həm də texniki bacarıqlar qazandırır – Vizual İncəsənət, Qrafik Dizayn, İnteryer Dizayn, Multimedya və Rəqəmsal İncəsənət
- Psixologiya, Siyasət və Sosial Elmlər: Fransada sosial elmlər sahəsindəki proqramlar, çox mədəni baxış bucaqları və akademik biliklər təqdim edər – Beynəlxalq Münasibətlər, Avropa Araşdırmaları, Kliniki Psixologiya, Sosial Psixologiya
- Mühəndislik və Texnologiya: Xüsusilə STEM sahəsində ingilis dilində proqramlar sürətli şəkildə artır və qlobal rəqabət gücünə sahib məzunlar yetişdirir – Kompüter Mühəndisliyi, Süni İntellekt, Kibertəhlükəsizlik, Data Elmləri.
Fransa Universitetlərinə Müraciət Müddəti
Fransadakı univeristetlərə müraciət müddəti, tələbənin akademik keçmişinə, seçdiyi proqrama və təhsil dili seçiminə görə dəyişir. Doğru konsultasiya xidməti ilə müddəti asan və düzənli şəkildə idarə edə bilərsiniz. XaricəGet olaraq, hər addımda tələbələrimizin yanındayıq.
Fransadakı özəl universitetlər, dövlət universitetlərinə görə daha tələbə yönümlü bir müraciət sistemi təqdim edir. Ümumi müraciət prosesi aşağıdakı mərhələləri əhatə edir:
- Proqram və universitet seçimi
Tələbənin maraqlandığı, akademik keçmişi və karyera hədəflərinə uyğun universitet və proqramların seçilməsi
- Lazımi sənədlərin hazırlanması
Müraciət üçün əsasən bu sənədlər tələb edilir:
- Bakalavr diplomu və ya universitetdən məzun olma ilə bağlı arayış
- Transkript
- İngilis və ya fransız dilində dil bacarıqlarını göstərən sənəd
- Tövsiyə məktubu
- CV
- Referans məktubu
- Pasport
- Müsahibə və qiymətləndirmə prosesi
Bəzi universitetlər, tələbələrlə onlayn müsahibə edərək akademik motivasiyalarını daha yaxından dəyərləndirə bilərlər.
- Qəbul Məktubu və Qeydiyyat
Müraciət uğurlu olduğunda tələbəyə qəbul məktubu göndərilir və qeydiyyat prosesi başlanılır.

Təhsil Dili və Dil Üçün Tələb Edilən Şərtlər
Fransadakı özəl universitetlər, beynəlxalq tələbələr üçün İngilis dilində proqramlar təklif edir. Bu proqramlara müraciət edərkən adətən aşağıdakı dil sənədlərindən biri tələb edilir:
- IELTS
- TOEFL
- Duolingo ( bəzi universitetlərdə keçərlidir)
- DELF\DALF (Fransızca proqramlar üçün)
Fransada Universitet Qiymətləri
Fransadakı özəl universitetlərin illik təhsil qiymətləri, seçilən bölümə, təhsil dilinə və universitetin prestijinə bağlı olaraq fərqlilik göstərə bilir. Ümumi olaraq isə, bakalavr proqramları üçün illik təhsil haqqı 5000 – 12.000 euro arasında dəyişir. Magistr proqramları üçün isə 7000 – 18.000 euro təşkil edir.
Sənət, moda, dizayn və bəzi proqramlarda qiymətlər daha yüksək ola bilər. Bununla belə, bir çox universitet taksitlə ödəniş imkanı təqdim edir.
Fransada Yaşam və Yerləşmə
Fransadakı özəl universitetlər adətən tələbələrə müxtəlif yerləşmə seçimləri təqdim edir. XaricəGet olaraq, tələbələrimizin büdcəsi və yaşam tərzinə ən uyğun seçimləri təklif edirik.
- Tələbə Yataqxanaları – özəl və ya universitetə aid ola bilir, əşyalı, güvənli və adətən kampusa yaxın olur. Aylıq qiymət isə 350 – 700 euro arasında dəyişir.
- Studio evlər – Tək yaşamağa üstünlük verənlər üçün ideal seçimdir. Qiymətlər 500 – 900 euro arasında dəyişir.
- Ailə yanında qalmaq – Mədəniyyətə uyğunlaşmaq baxımından uyğundur. Aylıq 600 – 800 euro arasında dəyişir.
