İrlandiyada magistr təhsili 1-2 il davam edir. Əgər magistr təhsilini uğurla tamamlayırsınızsa sizə bundan əlavə 2 il işləmək icazəsi də verilir.
Qədim universitetlərə və müasir təhsilə sahib olan İrlandiya, 160-dan artıq ölkədən 40 min beynəlxalq tələbəyə bakalavr və ya magistr təhsilində ev sahibliyi edir.
İrlandiya – sahib olduğu təhsil ənənəsi, yenilikçi təhsil anlayışı, müasir təhsil vərdişləri və beynəlxalq tələbələrə təklif etdiyi imkanlarla xaricdə magistr təhsili almaq istəyən tələbələr üçün cazibədar seçimlərdən biridir.
Niyə İrlandiyada Magistr Təhsili?
Keyfiyyətli təhsil
İrlandiya, Avropanın qədim universitetlərinə sahibdir. Ölkənin ali təhsil müəssisələri təhsil və innovasiya sahəsində mühüm nailiyyətlər əldə etmiş, təbiət elmləri, sosial elmlər, dəqiq və mühəndislik sahələri üzrə dünyanın aparıcı univeristetləri arasında yer almışdır. Yenilikçi yanaşma ilə formalaşan, imkanlarla zəngin magistratura proqramı sizi gözləyir.
Büdcənizə uyğun təhsil haqları
İrlandiyada magistr proqramları ABŞ, İngiltərə, Kanada kimi ölkələrə nisbətən son dərəcə uyğundur. Bir İrlandiya universitetində magistr təhsili 10.000 euro-dan başlayır. Bununla yanaşı, İrlandiyada qonaqlama və yaşam xərcləri də digər ölkələrə görə çox daha uyğundur.
Avropa ərazisində tanınma
İrlandiya universitetləri dünya ətrafında tanınan ali təhsil müəssisələridir. Alacağınız magistr təhsili diplomu təkcə Azərbaycanda deyil, bütün Avropa Birliyində və dünyada keçərli olacaqdır. Sizə beynəlxalq karyera imkanı vəd edəcəkdir.
Mükəmməl iş fürsətləri
İrlandiya – Google, Microsoft, Facebook, Youtube kimi dünyanın ən prestijli şirkətlərinə ev sahibliyi edir. İrlandiyada magistr təhsili, dünyanın qlobal şirkətlərində işləmək fürsəti təqdim edir.
Dil biliyiniz inkişaf edəcəkdir
Dünyanın ən geniş yayılmış dilini məhz öz ölkəsində təcrübə edəcəksiniz. Axıcı olaraq ingilis dilində danışacaqsınız.
Bənzərsiz yaşam tərzi
İrlandiya bir çox təbii gözəlliyə və heyrətamiz mənzərəyə sahib bənzərsiz bir ölkədir. Mavi səma, yaşıl meşələri və təmiz suları ilə sizə gözəl səyahtə şansı da verir. İrlandiyanın tarixi məkanlarına, bənzəri olmayan çimərliklərinə, minlərlə km uzununluğunda sahil zolaqlarına heyran olmamaq əldə deyil.

İrlandiya Universitetləri
- Trinity Kolleci – universitetin təməli 1592-ci ildə qoyulmuşdur, İrlandiyanın ən qədim universitetidir.
- Griffith Kolleci – Avropada magistr təhsili düşünən beynəlxalq tələbələrin seçim etdiyi başlıca universitetdir.
- Dublin Biznes Məktəbi – İrlandiyada iqtisadiyyat, biznes, maliyyə sahələrində bakalavr və magistr proqramları təklif edir.
- Dublin Texnologiya Universiteti – Yüzlərlə idman klubu olan bu universitetdə özünüzü hərtərəfli inkişaf etdirə bilərsiniz.
- İrlandiya Milli Kolleci – 1951-ci ildə təməli qoyulan universitet İrlandiyada psixologiya, biznes, iqtisadiyyat təhsili üçüb ideal seçimdir.
- Dublin College Universiteti – Biznes, Maliyyə və marketinq sahələrində keyfiyyətli təhsil verən universitetlərdəndir.
- IBAT College Dublin – həm bakalavr, həm də magistr təhsili sahəsində dil kursları ilə seçilən universitetdir.
İrlandiyada Magistr Olmaq Üçün Tələb Edilənlər
Magistr təhsili üçün müraciət etdiyiniz sahə bakalavr sahənizlə nə qədər uyumludursa, qəbul alma ehtimalınız da o dərəcə yüksək olacaqdır. Yenə də bəzi magistr proqramları fərqli sahələrdən müraciət edən tələbələrə, təhsildə olan boşluqları doldurmaq üçün kurslar təşkil edir.
İrlandiyada oxumaq üçün tələb edilən vacib kriteriyalardan biri də ingilis dili səviyyənizdir. IELTS 6.0 – 6.5 bal ortalama olaraq qəbul edilir. İrlandiyada magistr proqramları adətən bir il davam edir.
İrlandiyada magistra müraciət tarixləri
İrlandiya dövlət universitetlərində magistra müraciət tarixləri adətən May ayında sona çatır. Özəl universitetlərdə isə müraciət tarixləri adətən Avqust ayına qədər davam edir.
Tələbələrimizin qəbul alma mövzusunda sıxıntı yaşamamaları üçün müraciətlərini ilk fürsətdə etmələrini tövsiyə edirik.
İrlandiyada Magistr Qiymətləri
İrlandiyada magistr təhsili üçün qiymətlər universitet və alacağınız sahəyə görə dəyişir. Dublində magistr proqramları ortalama 10.000 euro civarındadır.
İrlandiyada hansı univeristeti seçməyinizdən asılı olmayaraq, magistr təhsili üçün xərclədiyiniz məbləğin qarşılığını mütləq alacağınızdan əmin ola bilərsiniz. Unutmayın ki, İrlandiyada magistr təhsili çox ideal bir seçimdir.
XaricəGet olaraq təqdim etdiyimiz xidmətlər
XaricəGet olaraq, İrlandiya universitetlərinə magistr dərəcəsinə müraciət edəcək tələbələr üçün müraciət müddətini professional şəkildə istiqamətləndiririk. Müraciət prosedurundan viza məsələlərinə, səyahət təşkilatçılığına qədər bütün prosedurlar zamanı sizin yanınızdayıq. Təqdim etdiyimiz xidmətlərə aşağıdakılar daxildir:
- Şəhər, universitet və bölüm seçimi; Ehtiyac, hədəf, təhsil və büdcənizə uyğun şəhər, universitet və bölümləri sizə bildiririk.
- Universitetə müraciət prosesi; Seçilmiş univeristetlərə müraciət formunu doldururuq.
- Tələb edilən sənədlərin hazırlanması; Lazım olan bütün sənədlərin hazırlanması və təqdim edilməsi.
- Giriş imtahanına qatılmaq; Əgər universitetin giriş imtahanı varsa, bunun üçün gərəkli olan hazırlıqları edirik.
- Ödənişlərin edilməsi; Universitet təhsil haqqının ödənilməsi və qeydiyyat prosedurunun tamamlanmasını təmin edirik.
- Universitetə qeydiyyat; Müraciətdən sonra universitetə qeydiyyatın həyata keçirilməsi.
- Sənədlərin təslim edilməsi; Lazım olan sənədlərin universitetə təslim edilməsi.
