Latviyada Magistr Təhsili

Latvia

Latviyada Təhsil – Baltik dənizinin sahilində yerləşən Latviya, Şərqi-Orta Avropadakı 3 ölkədən biridir. Ölkə, Litva, Estoniya, Rusiya və Belarusiya ilə sərhəddədir. İsveç ilə dəniz qonşusudur. Ölkədə yüksəklik 300 metrədən aşağıdır. Bitki örtüyü olduqca geniş olan Latviya, sıx meşələrlə əhatələnmişdir. 2 milyon əhalisi olan ölkə, təbii gözəllikləri və milli parklarıyla tanınır. Avropa Birliyi və NATO -ya üzv olan ölkənin əsas valyutası Euro-dur. Latviya hazırda Avropa Birliyində iqtisadiyyatı gündən-günə inkişaf edən ölkələri sırasındadır. Ətraf-mühit mövzusunda olduqca həssas olan Latviya, 2012-ci ildə İsveçrə ilə birlikdə Ətraf Performansı İndeksində dünyada 2-ci yerdə qərarlaşmışdır.

 Latviyada dörd mövsüm ərzində kəskin temperatur dəyişiklikləri müşahidə edilir. Yay aylarında orta temparatur təxminən 20, maksimum isə 30 dərəcəyə çata bilir. Qışda isə təmperatur adətən – 25 dərəcəyə qədər enə bilir. Ölkədə qış kifayət qədər sərt keçir. 

Latviya, birdən artıq ölkənin mədəniyyətindən təsirlənmişdir. Bu səbəblə, ölkə rəngarəng mədəniyyətə sahibdir. Bəzi şəhərlərdə orta əsrlərdən qalma qəsrlər bu günə kimi öz əzəmətini saxlayır, Avropadakı ən yaxşı Art Nouveau arxitekturası buradadır. Heykəl və abidələri ilə yanaşı, ölkədə çoxlu sayda incəsənət qalerayası da mövcuddur. 

Latviya mətbəxi çoxlu mədəniyyətlərin təsirinə məruz qalıb. Ölkənin özünəməxsus mətbəxi ilə yanaşı fərqli ölkələrin ləzzətlərini də tapmaq mümkündür. Latviya digər tərəfdən sağlamlıq mərkəzləri və müalicəvi termal mənbələri ilə də tanınır. Ölkənin bir çox bölgəsində dünya miqyasında tanınan müalicəvi yerlər vardır. 

Latviyada Yaşam 

Latviya bir çox Avropa ölkəsi ilə müqayisədə olduqca aşağı yaşam xərcləri təklif edir. Bu isə beynəlxalq tələbələr üçün sərfəli seçimdir. Latviyadakı universitetlərin çoxu beynəlxalq tələbələrə yerləşmə imkanları təklif etməklə, tələbələrin bu mövzuda işlərini asanlaşdırır.

Aylıq yaşam xərcləri, tələbənin yaşadığı şəhərə və yaşam tərzinə görə dəyişir. Ancaq ümumilikdə, Latviyada bir tələbələnin aylıq xərcləri 450-700 euro arasında dəyişir. Bu qiymətə maddi xərclər, kirayə, yemək-içmək, nəqliyyat və digər əsas ehtiyaclar daxildir. Riqa kimi bir qədər böyük olan şəhərlərdə qiymət bir qədər arta bilir.

Latviya, təklif etdiyi keyfiyyətli təhsil və uyğun yaşam xərcləri ilə xaricdə təhsil almaq istəyən tələbələr üçün ideal seçimlərdən biridir. 

 

Latvia, Riga
Riga, Latviya

Latviyada Magistr Təhsili 

Latviyada fərqli sahələr üzrə 60 ali təhsil müəssisəsi ilə zəngin akademik mühitə malikdir. Bu universitetlərin əksəriyyəti iri şəhərlərdə cəmləşlmişdir. Riqa, Daugavpils və Liepaja isə ən çox universitetin yerləşdiyi şəhərlər sırasındadır. 

Latviyada ən məşhur magistr proqramları biznes, maliyyə və hüquqdur. Ölkədəki magistr və doktorantura dərəcələri Bolonya sazişinə uyğundur. Magistr proqramları adətən 1-2 il, doktorantura isə 3-4 il davam edir. 

Latviyada magistr qiymətləri beynəlxalq tələbələr üçün illik ortalama 3700 euro-dur. Magistr tələbələri üçün təqaüd imkanları da mövcuddur və illik təqaüd miqdarı 3000 ilə 5000 euro arasında dəyişir. 

Latviya Universitetləri  

Latviya Tələbə Vizası 

Latviya, Avropa Birliyinə üzv olduğu üçün Avropa İqtisadi Ərazisinə daxil olan ölkələr və İsveçrədən gələn tələbələr üçün viza tələb edilmir. Amma vizasız olaraq Latviyaya gələn şəxslər ən çox 90 gün ölkə ərazisində qala bilir. Bu səbəbdən həmin ərazidən olan  tələbələr bəzi prosedurları yerinə yetirməlidirlər. 

Beynəlxalq tələbələr isə Latviyada uzun müddət qalacaqları üçün səfirliyə müraciət etməlidirlər. Müraciət üçün sizdən aşağıdakılar tələb ediləcəkdir:

  • Bankdan çıxarış; Müraciət etmək üçün bank hesabınızda ən azı 4000 euro olmalıdır. 
  • Sağlamlıq sığortası; 
  • Qonaqlama yeri; Latviyada qalacağınız yerlə bağlı; kirayə müqaviləsi, rezervasiya və.s
  • Universitetə qəbul sənədi; 

Müraciətdən sonra cavab 40 gün vaxt ala bilər. Bu səbəblə, tələbələrin müraciətləri bir qədər erkən etməsi daha önəmlidir. 

 

Latviyada Magistr Dərəcəsi üçün Qəbul Şərtləri

Beynəlxalq tələbələrin Latviyada magistr dərəcəsi üçün müraciət etməsi üçün bakalavr diplomu və yaxşı göstəricilər lazımdır. 

Latviya xaricində verilmiş diplomlar Akademik Məlumat Mərkəzi (AIC) tərəfindən yoxlanılır. Tələbənin müraciət etdiyi universitet, AIC tərəfindən müəyyən olunmuş uyğunluq standartları əsasında onun bakalavr ekvivalentliyini yoxlayır.

Müraciət edilən universitet, tələbənin müraciət etdiyi sahə ilə uyğunluğunu dəyərləndirir. Bütün tələbələrin bakalavr təhsilindən əldə etdiyi notlar tələb edilir. Beynəlxalq bir tələbənin nə dərəcə bacarıqlı olduğu, bütün tələbələr üçün qoyulan ümumi kriteriyalar əsasında dəyərləndirilir. 

Beynəlxalq tələbələr müraciət edən zaman onlardan müraciət etdikləri sahənin dilini bilmələri tələb edilir. Latviyada təhsil, rusca, ingiliscə və latviya dilində keçirilir. İngilis dili üçün dil sertifikatı tələb edilir. (IELTS və ya TOEFL) IELTS balınız universitetlərə görə dəyişir, lakin ortalama 6.0 – 6.5 bal tələb edilir.

 

XaricəGet olaraq təqdim etdiyimiz xidmətlər

XaricəGet olaraq, Latviya universitetlərinə magistr dərəcəsinə müraciət edəcək tələbələr üçün müraciət müddətini professional şəkildə istiqamətləndiririk. Müraciət prosedurundan viza məsələlərinə, səyahət təşkilatçılığına qədər bütün prosedurlar zamanı sizin yanınızdayıq. Təqdim etdiyimiz xidmətlərə aşağıdakılar daxildir:

  • Şəhər, universitet və bölüm seçimi; Ehtiyac, hədəf, təhsil və büdcənizə uyğun şəhər, universitet və bölümləri sizə bildiririk.
  • Universitetə müraciət prosesi; Seçilmiş univeristetlərə müraciət formunu doldururuq.
  • Tələb edilən sənədlərin hazırlanması; Lazım olan bütün sənədlərin hazırlanması və təqdim edilməsi.
  • Giriş imtahanına qatılmaq; Əgər universitetin giriş imtahanı varsa, bunun üçün gərəkli olan hazırlıqları edirik.
  • Ödənişlərin edilməsi; Universitet təhsil haqqının ödənilməsi və qeydiyyat prosedurunun tamamlanmasını təmin edirik.
  • Universitetə qeydiyyat; Müraciətdən sonra universitetə qeydiyyatın həyata keçirilməsi.
  • Sənədlərin təslim edilməsi; Lazım olan sənədlərin universitetə təslim edilməsi.

 

 

Latviyada Magistr Təhsili