Green Card qalibləri üçün lazım olan sənədlər əsasən qəbul cavabı çıxdıqdan sonra yığmalı olduğunuz sənədlərdir. Case nömrəniz əgər 25.000 dən aşağıdırsa süərtli şəkildə sənədləri yığmağa başlayın.
Green Card qalibləri üçün lazım olan sənədlər -Ümumi sənədlər:
1. Təhsil Nazirliyindən attestat arayışı (TKTA arayışı)
2. Bankdan hesab arayışı
3. Məhkumluq arayışı (xanımlarda soyad dəyişilibsə mötərizədə qızlıq soyadı da yazılmalıdı)
4. SOS klinikası sənədləri
5. Xarici pasport (+ 1 ədəd nüsxəsi)
6. 5×5 şəkil (2 ədəd)
7. Hərbi bilet
8. Nikah haqqında şəhadətnamə (yoxdursa Subaylıq Arayışı)
9. Doğum haqqında şəhadətnamə
10. Attestat
11. Diplom (adətən istənilmir, amma hər ehtimala əgər varsa özünüzlə götürə bilərsiniz)
Notarius üçün tərcümə təsdiq:
1. Təhsil Nazirliyindən attestat arayışı (TKTA arayışı)
2. Məhkumluq arayışı (xanımlarda soyad dəyişilibsə mötərizədə qızlıq soyadı da yazılmalıdı)
3. Hərbi bilet
4. Nikah haqqında şəhadətnamə (2 nüsxə tərcümə təsdiq) (yoxdursa Subaylıq Arayışı)
5. Doğum haqqında şəhadətnamə
6. Attestat (High School Diploma yazılmalıdı)
7. Diplom (adətən istənilmir, amma hər ehtimala əgər varsa özünüzlə götürə bilərsiniz)
SOS üçün sənədlər:
Qeyd: Dəvət gələn kimi SOS klinikasına zəng edib müayinə günü götürmək lazımdı.
Əlaqə: 012 489 54 71, – 050 223 40 91
1. 3×4 şəkil (4 ədəd)
2. Interview məktubu və Green Card udma səhifəsi
3. Covid vaksin sertifikatı (minimum 2 doza)
4. Uşağın poliklinikadakı peyvənd siyahısı
5. Xarici pasport
6. Yaşadığınız ünvanı və Amerikada gedəcəyiniz ünvanı bir kağıza yazıb verin
Əlaqə: +994504266568