Xaricdə təhsil üçün lazım olan sənədlər ölkələrə görə və universitetlərin tələblərinə görə dəyişkənlik göstərə bilər lakin, ortalama olaraq bütün universitetlər aşağıdakı sənədləri bütün tələbələrdən istəyirlər.
İngiliscə CV – Europass formasında hazırlanması daha məqsədə uyğundur. Əgər yoxdursa normal ingilis dilində hazırlanmış şəkilli CV yetərlidir.
Transkrip və ya Diplom- Sənədlərinin notarial qaydada ingilis dilinə tərcümə təsdiqi lazımdır. Bakalavr tələbələri üçün isə Atestat sənədinin təcrümə təsdiqi lazımdır.
Xarici passport və Şəxsiyyət vəsiqəsi – Sənədlərinin skayn olunmuş pdf versiyası lazımdır.
Şəkil – 3.5×4.5 ölçüsündə çəkilmiş 6 ədəd şəkil lazımdır. Həm elektron versiyası həm də çap versiyası.
Ünvan – Şəxsin yaşadığı rəsmi ünvan, Şəhər, küçə, ev ünvanı və poçt indeksi.
Dil sertifikatı – Əgər varsa dil sertifikatının skayn olunmuş pdf forması.
Fərdi məlumat – Şəxsin valideyinlərinin adı və soyadı.
Sənədləri göndərirsiz
info@xariceget.net