Şengen turist vizası üçün lazım olan sənədlər

Şengen turist vizası üçün lazım olan sənədlər

Şengen turist vizası Avropa Birliyinə daxil olan 25 ölkədə keçəril olan və 90-günə qədər verilən vizadır. Vizalar müvafiq ölkələrin Azərbaycanda olan səfirlikləri və ya viza mərkəzləri tərəfindən qəbul edilərək verilir.

Şengen vizası üçün lazım olan sənədlər

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış ( son altı ay ) (müvafiq səfirliyə təqdim edilir yazılmalıdır ) (ingilisce)
  5. Təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış ( müvafiq səfirliyə təqdim edilir yazılmalıdır) (ingiliscə)
  6. Elektron hökümət portalından iş yeri ilə bağlı arayış*
  7. Adınıza olan bank hesabından arayış ( hesaba 1000-1200 manat qoyursuz) ( müvafiq səfirliyə təqdim etmək üçün yazılır) (ingiliscə )
  8. Bank hesabından son 6 ayın çıxarışı
  9. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının və maşınınızın texpasport kopyası ( əgər varsa)
  10. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti) ( subaylara aid deyil kef edin )
  11. İki ədəd 3.5×4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  12. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları ( vizaya girməyə 1 gün qabaqcadan edilir)
  13. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası ( dəvət məktubunda yazılan tarixlərdə olmaldır 30 min avro dəyərində səyahet sığortası full covered olmalıdır ) MEQA sığorta məsləhətdir etdirmək.
  14. İngilis dilində doldurulmuş ərizə forması
  15. Tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubunun çap versiyası