Macarıstanda Universitet Təhsili – 2004-cü ildən Avropa Birliyinin üzvü olan Macarıstan, təhsil sahəsində öz sözünü demiş universitetləri və tədris metodları ilə tanınır.
Orta Avropada yerləşən ölkə 10 milyon əhaliyə sahibdir. Paytaxt Budapeşt, təkcə memarlıq, tarixi və mədəni zənginlikləri ilə deyil, eyni zamanda prestijli universitetləri ilə Avropanın öndə gələn şəhərlərindən biridir.
Budapeşt, Debrecen, Szeged və Pecs kimi şəhərlər, həm tələbə yönümlü atmosferi, həm də keyfiyyətli universitetləri ilə tanınır. Özəlliklə Pecs, 2010-cu ildə Avropanın Mədəniyyət Paytaxtı seçilmişdir.
Macarıstanda təhsil ənənəsi yalnız hazırki yatırımlarla kifayətlənmir. Ölkə, keçmişdən bu günə kimi 14 Nobel mükafatına layiq görülmüş elm adamı, sənətçi və ədəbiyyatçı yetişdirmişdir. Bu da Macarıstan universitetlərinin araşdırmaya fokuslanan, intelektual inkişafı hədəfləyən bir sistemə sahib olduğunu göstərir.
Macarıstanda universitet oxumaq xaricdə təhsil almaq istəyən tələbələr üçün ideal seçimdir. Macarıstan universitetlərində təhsil dili ingiliscə olduğu üçün tələbələrin həm akademik, həm də şəxsi inkişafında böyük rol oynayır.
Macarıstan universitetləri, Avropa standartlarına uyğun təhsil verir: mədəni fərqlilik, ingilis dilində təhsil, beynəlxalq aləmdə tanınan diplomları ilə xaricdə oxumaq istəyən tələbələr üçün ən cazibədar təkliflərdən biridir.
Niyə Macarıstanda Oxumalıyam?
Macarıstanda universitet oxumaq, Azərbaycandakı kimi ümumi şəkildə verilən imtahanlardan ibarət deyil. Macarıstanda universitet təhsili almaq üçün Təhsil Nazirliyi tərəfindən bir şərt qoyulmur. Diplom və transkriptlə müraciət edərək, qəbul ala bilərsiniz.
Bu da imtahan stressi olmadan xəyalini qurduğunuz ixtisasda təhsil alma şansını əlçatan edir. Xüsusilə tibb, diş həkimliyi, mühəndislik, biznes və psixologiya kimi sahələrə marağı olan tələbələr üçün Macarıstan universitetləri ideal bir seçimdir.
Avropa Birliyinə üzv olduğu üçün Macarıstanda alacağınız diplom Elm və Təhsil Nazirliyi tərəfindən tanınır. Bunun sayəsində məzun olduqdan sonra Azərbaycanda ixtisasınıza uyğun şəkildə işləyə, akademik karyeranızı davam etdirə bilərsiniz.
Uyğun universitet təhsili və yaşam xərcləri
Macarıstanda universitet qiymətləri, bəzi ölkərə görə çox uyğundur. İllik təhsil haqqı bölümə görə dəyişir. Ancaq ortalama olaraq 3000 – 7000 euro arasında dəyişir.
Ayrıca olaraq, Macarıstanda yaşam xərcləri Azərbaycanla demək olar ki, eyni səviyyədədir. Tələbələr üçün uyğun qiymətli yerləşmə seçimləri, ekonomik nəqliyyat xərcləri və aşağı qiymətli yemək məhsulları, Macarıstanda tələbə yaşamını avantajlı edir.
Şengen vizası ilə Avropanı gəzin
Macarıstanda universitet təhsili alan tələbələr, tələbə vizası ilə Şengen ərazisinə daxil olan ölkələrdə sərbəst səyahət haqqına sahib olurlar. Bunun sayəsində, sadəcə Macarıstanla kifayətlənməyəcəksiniz; Almaniyadan Fransaya, İtaliyadan İspaniyaya qədər 27 Avropa ölkəsinə vizasız səyahət edə biləcəksiniz.
Bu tələbələrə fərqli mədəniyyətləri, şəhərləri tanımaq, beynəlxalq perspektiv qazanma baxımından böyük fayda verər. Bundan əlavə, beynəlxalq tədbirlərə, staj və mübadilə proqramlarına qatılmaq şansınızı da artırır.
Macarıstan Universitetləri; Təhsil Sistemi və Müddəti
Macarıstanda universitet təhsili Avropa standartlarına uyğun şəkildə verilir. Bolonya prosesinə daxil olmasıyla bərabər, Macarıstan universitetlərini təqdim etdiyi diplomlarla tələbələr Erasmus+ mübadilə proqramlarına qoşula bilərlər.
Bakalavr təhsili müddəti
Macarıstan universitetlərində bakalavr təhsili adətən 3 və ya 4 il davam edir. İxtisasa görə bu müddət dəyişə bilir.
- Mühəndislik, biznes, psixologiya kimi sahələrdə təhsil 3 il davam edərkən;
- Memarlıq, diş həkimliyi, əczaçılıq, baytarlıq və tibb kimi sahələrdə 5 və ya 6 il davam edir.
IELTS olmadan təhsil mümkündür mü?
Macarıstandakı universitetlərin çoxunda tədris ingilis dilində keçirilir. Bu səbəblə, bakalavr təhsilinə başlamadan öncə İngilis dili biliklərinizi göstərən sənəd tələb edilir. Adətən, IELTS, TOEFL kimi beynəlxalq dil sertifikatları tələb edilir. Qəbul şərtləri, universitetlərə, ixtisaslara görə dəyişir; çox ixtisas üçün IELTS 5.5 – 6.5 arasında kifayət edir.
Ancaq bəzi Macar universitetləri, beynəlxalq dil sertifikatı tələb etmədən universitetin özünün təşkil etdiyi imtahanla sizin dil biliyinizi yoxlayacaqdır. Beləcə rəsmi dil sertifikatı olmayan tələbələr də müraciət prosesində iştirak edə və universitetin təşkil etdiyi imtahandan uğurlu keçdiyi halda tədris prosesinə başlaya bilərlər.
Son illərdə bir çox universitet, tələbələrə daha asan müraciət şərtləri təqdim etmək üçün bu üsuldan istifadə edir. Bu universitetlərdən bəziləri aşağıda qeyd edilmişdir:
- Debrecen Universiteti
- Pecs Universiteti
- Budapeşt Metropolitan Universiteti
- Szent İstvan Universiteti
- Eötvös Lorand Universiteti
Əgər ingilis dilinizin yetərli olmayacağından qorxursunuzsa narahat olmağınıza heç bir əsas yoxdur. Bir sıra Macar universiteti bu məqsədli 1 il akademik ingilis dili hazırlıq proqramı da təklif edir.
Yaxşı hazırlanmış CV ilə qəbul şansınızı artıra bilərsiniz
Macarıstanda universitet oxumaq istəyən tələbələr üçün yaxşı yazılmış bir CV qəbul prosesində böyük üstünlük deməkdir.
İncəsənət, musiqi, idman, qrafik dizaynerlik kimi bacarıq tələb edən sahələrdə portfolio və ya keçmiş uğurlarınızı göstərən sənədlər (sertifikat, diplom) önəmli rol oynayır.
İştirak etdiyiniz yarışmalar, könüllülük fəaliyyətləri, şəxsi layihələriniz qəbul olunmağınızda böyük rol oynayır. Bununla yanaşı yaxşı yazılmış motivasiya məktubu həmçinin qəbul prosesində əsas rol oynayır.
Macarıstan Universitetləri
Macarıstan universitetləri, yüz illərdir ki, incəsənət, elm və texnologiya sahəsində minlərlərlə tələbələyə təhsil verib.
- Pecs Universiteti – 1367-ci ildə təməli qoyulan bu universitet Macarıstanın ən qədim universitetidir.
- IBS International Business School
- Budapeşt Metropolitan Universiteti
- Corvinus Universiteti
- Eötvös Lorand Universiteti
- McDaniel College Budapeşt
- Obuda Universiteti
- Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti
- Budapeşt Biznes Universiteti
- Budapeşt Baytarlıq Universiteti
- Budapeşt Film Akademiyası
- Szeged Universiteti
- Debrecen Universiteti
- Dunaujvaros Universitetiğ
- Nyiregyhaza Universiteti
- John Von Neumann Universiteti
- Miskolc Universiteti
Macarıstanda Təhsil Haqları
Macarıstanda universitet qiymətləri, seçilən universitetə, proqrama və tələbənin vətəndaşı olduğu ölkəyə görə dəyişir. Ümumilikdə isə təhsil haqları illik olaraq 4000 – 7000 euro arasında dəyişir. Tibb və diş həkimliyi kimi sağlamlıq sahələrində təhsil almaq istəyən tələbələr üçün illik təhsil haqqı təxminən 18.000 euro-ya qədər ola bilir.
Stipendium Hungarium təqaüd proqramı
Macarıstan höküməti tərəfindən beynəlxalq tələbələrin Macarıstanda daha uyğun və yüksək təhsil alması üçün nəzərdə tutulmuşdur. Təqaüd proqramı çərçivəsində tələbələrin;
- İllik təhsil haqqı
- Yerləşmə xərcləri
- Sağlamlıq sığortası
- Cip xərcliyi qarşılanır.
Müraciət etmək üçün aşağıdakı addımlar icra edilir;
- Qeydiyyat formu – online şəkildə doldurulur.
- Motivasiya məktubu – namizədin hədəflərinin və karyera planlarının əks edildiyi yazılı məktub
- Dil biliklərinizi göstərən sənəd – IELTS və ya TOEFL sertifikatı
- Diplom və transkript – təhsil keçmişinizi göstərən sənəd
- Sağlamlıq haqqında arayış – AIDS, Hepatit A, B, C nəticələrini göstərən sənəd
- Pasport və şəxsiyyət vəsiqəsi
- Qəbul olduğunuz universitetdən sizə göndərilən qəbul məktubu
Macarıstanda Universitetlərə Müraciət Tarixi
Macarıstanda universitetlərinə müraciət ildə iki dəfə olur. Qeydiyyat qış semestri üçün Fevral ayında, yay semestri üçün isə Oktyabr ayında açılır. Müraciət tarixləri universitetdən universitetə görə dəyişə bilir. Bu səbəbdən də müraciət etməzdən öncə seçəcəyiniz universitet barədə araşdırma aparmalısınız.
Qonaqlama Növləri
Universitet Yataqxanaları
Macarıstanda yerləşmə növlərindən ən çox seçilənlər və müraciət edilənlər məhz universitet yataqxanalarıdır. Digər şəhərlərdən fərqli olaraq olaraq paytaxt Budapeştdə tələbə yataqxanaları elə də çox deyil. Buna görə bu şəhərdəki universitetlər tələbələri hostel\yataqxanaya bənzər yerlərə yönləndirir. Yerlər məhdud olduğuna görə daha tez müraciət etməyinizdə fayda vardır. Macarıstan universitetlərinin aylıq yataqxana qiymətləri 200 – 400 euro arasında dəyişir.
Ev kirayələmək
XaricəGet, Macarıstanda təhsil almaq istəyən tələbələr üçün tək başına və ya dostları ilə ev kirayələmə məsələsində yardımçı olmağa hazırdır, Ev tapılması, əmlakçı ilə danışıqlar aparılması, müqavilə və.s kimi məsələlərdə əməkdaşlarımız sizə öz köməkliyini əsirgəməyəcəkdir. Budapeştdə ev kirayə qiymətləri iki otaqlı evlər üçün 300 – 550 euro arasında dəyişir. Pecs və Debrecen şəhərlərindən isə bu qiymətlər 250 – 450 euro təşkil edir.

Macarıstanda universitet oxuyarkən işləmək icazəsi almaq
Macarıstan bir çox Avropa ölkəsində olduğu kimi tələbələrə part-time işləmək imkanı verir. Ancaq məzun olduqdan sonra işləmək icazəsi almaq üçün müxtəlif prosedurlar həyata keçirilir.
Macarıstanda təhsil almaq istəyən tələbələr üçün XaricəGet müraciət prosesinin həyata keçirilməsi, viza məsələlərinə qədər hər bir məsələdə yanınızdadır. Avropanın ən prestijli universitetlərində keyfiyyətli təhsil almaq, xəyallarınızdakı ixtisasa sahib olmaq və yeni mədəniyyətlərlə tanış olmaq istəyirsinizsə, elə indicə bizə müraciət edə bilərsiniz.
