Rusiyada Təhsil

Russia

Rusiyada Universitet Təhsili – Rusiya universitetləri elmi əsaslara söykənən təhsilin təcəssümüdür. Dünyanın ən böyük ölkəsi olan Rusiya, Avropadan Asiyaya 17 milyon km-dən çox ərazini əhatə edir və ölkədə 9 fərqli zaman dilimi vardır. Təxminən 800 universitetə ev sahibliyi edən ölkə, yüksək standartlara sahibdir və dünyanın ən yaxşı universitetləri sıralamasında üst sıralarda qərarlaşır, bu səbəbdən də beynəlxalq tələbələin ən çox seçdiyi ölkələrdən birinə çevrilmişdir. 

Rusiyada universitet oxumaq bənzərsiz fürsətdir. Moskvadakı Qızıl Meydan və Müqəddəs Vasili Kilsəsi, Sankt Peterburqdakı Qış Sarayı, Rusiya deyərkən ağıla gələn ilk yerlərdəndir. Bununla yanaşı, Rusiyada universitet oxumaq, sizə sadəcə məşhur turistik məkanlarla kifayətlənməyib, daha dərin və fərqli bir təcrübə təqdim edir. 

Hazırda Rus mədəniyyəti zəngin və rəngərəng bir keçmişə sahib olmaqla, ənənəvi və müasir elementlərin vəhdətini özündə birləşdirir. Dostoyevskidən Çaykovskiyə, Tolstoydan Plisetskaya qədər dünyanın ən məşhur mədəniyyət xadimlərinə ev sahibliyi edən Rusiya, balet, klassik musiqi, ədəbiyyat və incəsənət sahələrində həmçinin öz sözünü demişdir. 

Rusiyada Universitet Təhsili

Rusiya universitetlərinin dünya sıralamasında yeri, onun təhsil keyfiyyətini ön plana çıxarır. Xüsusilə də, Mühəndislik bölümləri və texnologiya sahələri ilə tanınsa da, sosial elmlər, dil-ədəbiyyat və incəsənət sahələrində də çox uğurlu tədris proqramına sahibdir. 

Rusiya univerisitetlərində təhsil dili adətən rusca olur. Xüsusilə, tibb, stomatologiya, mühəndislik, astronomiya, biznes və incəsənət kimi sahələri siz ingiliscə də oxuya bilərsiniz. 

Qədim tarix və mədəni keçmişə sahib olan Rusiyadan hər il ölkəmizə minlərlə turist gəlir və Azərbaycanda müxtəlif sahələrə xidmət edən bir sıra şirkətlər Rusiyalı partnyorları ilə əməkdaşlıq edərək, ölkələrarası əlaqənin daha da artmasına yardımçı olur. Ticarət əlaqələrinin üst səviyyədə olması səbəbiylə, rus dilində universitet təhsili alanlar, məzun olduqdan sonra ölkəmizdə rahatlıqla iş tapa bilərlər. 

Rusiyada Universitet Qiymətləri

Rusiyada universitet oxumaq çox ekonomikdir. Uyğun qiymətlərlə Rusiyada keyfiyyətli təhsil ala bilərsiniz. 

Yüksək keyfiyyətdə təhsil verən Rusiya universitetləri, eyni zamanda həm təhsil haqqı, həm də yaşam və yerləşmə xərclərinə görə bir çox tələbənin seçimidir. Rusiyada universitet xərclərinin təxminən 75%-i dövlət tərəfindən qarşılanır. Bu səbəblə, Rusiyada universitet qiymətləri digər ölkələrə görə çox sərfəlidir. Rusiyada illik təhsil haqqı 2000-4000$ arasında dəyişir. 

Hazırlıq kursu qiymətlərinə, təyyarə biletindən illik yataqxana qiymətinə, tərcümə və sığorta məsələlərindən təhsil haqqına qədər bir çox xərclər daxildir. Peşəkar əməkdaşlarımızdan konsultasiya alaraq, rus və ya ingilis dilində kursu seçib, sonra isə istədiyiniz universitetə müraciət edə bilərsiniz. 

Ölkənin Top Universitetləri

Rusiya universitetləri, beynəlxalq tələbələrə yüksək keyfiyyətli təhsil verən, ilhamverici bakalavr proqramları təklif edir. Rusiya universitetləri və təhsil haqları barədə ətraflı məlumat üçün bizə müraciət edə bilərsiniz. 

Rus və İngilis Dillərində Hazırlıq Kursları 

Rusiyada universitet təhsili 4 il, magistr  isə 2 il davam edir. Bu müddət tibb üçün 6 il, əczaçılıq üçün isə 5 il olaraq dəyişir. 

Rusiyada təhsil əsasən Rus dilində olur. Ölkə ətrafında rus dilində olan bölümlərin saysızdır. Bu səbəblə daha keyfiyyətli təhsil üçün tələbələrə rus dilində öyrənmələri tövsiyə edilir. Beynəlxalq tələbələrin təhsil alması üçün rus və ya ingilis dili bacarıqlarını göstərən sübut tələb edilir. Dil təhsilinə ehtiyacı olan tələbələr isə 1 il hazırlıq kursunu keçdikdən sonra təhsillərinə başlaya bilərlər. 

Hazırlıq təhsilini uğurlu tamamlayan tələbələrə sertifikat verilir. Bu sertifikat ölkədəki bütün universitetlərə müraciət üçün yetərlidir. Hazırlıq kursunun hansı universitetdə alındığının önəmi yoxdur. 

Universitetə hazırlıq kurslarında tələblərə həm rus dilini öyrənir, həm də seçəcəyiniz sahə üzrə təməl dərsləri keçirilir. Hazırlıq siniflərində tələbələrə adətən 700 saat rus dili təhsili verilir. 

8-12 ay davam edən hazırlıq təhsili ilk 4 ayda sadəcə rus dilini öyrənirlər. İkinci 4 aylıq müddət və sonrasında isə həm rus dili, həm də oxuyacağınız sahə üzrə təməl dərslər keçirilir. Bunun sayəsində tələbələr həm ümumi, həm də akademik olaraq rus dilinə yiyələnirlər. 

Rusiyada Təhsil Ala Biləcəyiniz Şəhərlər

Rusiyanın ən böyük 2 şəhəri Moskva və Sankt-Peterburqdur. Hər iki şəhər də ölkənin qərbində yerləşir. Moskva, ölkənin ən canlı, hərəkətli şəhəridir. Metro sistemlərinin muzeyə bənzəldildiyi bu şəhərdə Rusiyanın ən qədim universiteti olan və tarixi 1755-ci ilə söykənən Moskva Dövlət Universiteti yerləşir. Sankt-Peterburq, sadəcə Rusiyanın deyil, bütün bölgənin mədəni mərkəzi və tarixi şəhəri olmaqla yanaşı, UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmişdir. 100-dən artıq müzeyə ev sahiblik edən Sankt-Peterburq şəhərində universitet oxumaq, beynəlxalq tələbələrə Rus mədəniyyətinin bənzərsiz özəlliklərini kəşf etmələri üçün böyük imkanlar təqdim edir.

Rusiyanın ən böyük 2 şəhəri beynəlxalq tələbələr üçün nə qədər cazibədar görünsə də, ölkənin digər şəhərlərini gözardı etmək günah olar. Xüsusilə də, Kazan və Nijni Novqorod şəhərləri Dünyanının Ən Yaxşı Universitetləri siyahısında yer alan bir sıra universitetlərə ev sahibliyi etməkdədir. 

Russia
Rusiyada sıradan bir metro stansiyası

Rusiyada Yaşam Xərcləri 

Rusiyada universitet oxumaq üçün sərvət xərcləmənizə gərək yoxdur. Yaşam və yerləşmə xərcləri digər universitetlərə nisbətən çox uyğundur. Rusiyada bir universitet tələbəsinin yerləşmə və yaşam xərcləri qaldığınız yerə, seçdiyiniz yerləşmə tipinə görə dəyişir. Aylıq xərclər 250-350$ arasında dəyişəcəkdir. Aylıq yataqxana qiymətləri isə 30$ – 90$ olduğu üçün ölkədə sosial həyat beynəlxalq tələbələr üçün sərfəlidir. 

Rusiyada Yerləşmə Növləri 

Universitet yataqxanaları 

Universitet yataqxanalarının aylıq qiymətləri 30$ – 90$ arasında dəyişir. Universitet yataqxanası qiymət baxımından yerləşmə növlərindən ən uyğunudur. Yataqxanalarda adətən mətbəx və hamam ümumi olur. Hər növ mebellə təchiz edilmiş şəkildə tələbələrə verilir. 

Rusiya Hazırlıq Kurslarında oxuyan tələbələr universitetlərin ətrafında olan tələbə yataqxanalarında qala bilirlər. Ölkəyə gələn beynəlxalq tələbələrin Rusiya Federasiyasında qeydiyyatı universitetlər tərəfindən tələbə yataqxanalarına edilir. Tələbə yataqxanaları 2-3 nəfərlik otaqlardan ibarət olur.

Bu yerləşmə növü həmçinin sizə digər tələbələrlə sosiallaşmaq üçün əlverişli şərait yaradacaqdır. 

Mənzil kirayələmək

İlk bir neçə ay yataqxanada qaldıqdan sonra bu yerləşmə növü tövsiyə edilir. Tək və ya bir neçə dostunuzla birlikdə ev kirayələmək rahatlıq baxımından sizə uyğun seçim ola bilər. 

Rusiya Universitetlərinin Təqdim Etdiyi Diplomlar nə dərəcədə tanınır?

Ruisya universitetləri Bolonya razılaşmasına görə bütün dünyada tanınan diplom verir. Rusiya univerisitetlərini Elm və Təhsil Nazirliyi tanıyır. 

Bu özəlliyi ilə Rusiya, təhsil almaq istəyən tələbələr üçün ən keyfiyyətli və uyğun seçənəklərdən biri olmuşdur. Təhsil Nazirliyi tərəfindən tanınan 43-dən artıq universitet dünyanın ən yaxşı 1000 universiteti siyahısına daxil edilmişdir. 15 universitet isə ilk 400 universitet sırasına girmişdir. Aşağıda ilk 1000 universitet siyasına daxil edilmiş bəzi universitetlər qeyd edilmişir. (QS World University 2026)

  1. Lomonosov Moskva Dövlət Universiteti – 105-ci sırada qərarlaşmışdır.
  2. Bauman Moskva Dövlət Texniki Universiteti – 320-ci sırada qərarlaşmışdır.
  3. RUDN Universiteti – 367-ci sırada qərarlaşmışdır. 
  4. Sankt-Peterburq Dövlət Universiteti – 375-ci sırada qərarlaşmışdır. 
  5. HSE Universiteti – 440-cı sırada qərarlaşmışdır.
  6. Kazan Federal Universiteti – 450-ci sırada qərarlaşmışdır. 
  7. Novosibirisk Dövlət Universiteti – 461-ci yerdə qərarlaşmışdır. 
  8. Moskva Fizika və Texnologiya Universiteti (MIPT) – 477-ci yerdə qərarlaşıb.
  9. Tomsk Dövlət Universiteti – 499-cu yerdə qərarlaşıb.
  10. Ural Federal Universiteti – 519-cu sırada qərarlaşmışdır.

XaricəGet-in sizə təklif etdiyi imkanlar

İllərin təcrübəsi ilə XaricəGet sizə bu yolda yönləndirməkdən məmnun olar. 

Universitet müraciətiniz yaşamınızın bundan sonrakı bölümünə təsir edəcək və onu müəyyənləşdirəcək bir müddətin başlanğıcıdır. Bu müddətin hər addımında akademik olaraq doğru yönləndirildiyinizdən və güvənli şəkildə addımlamağınızdan əmin olmalısınız. XaricəGet, illərdir minlərlə tələbəyə akademik dəstək göstərib və tələbələrin xaricdəki təhsil və yaşamlarını təşkil etmişdir.

Ölkəmizdə XaricəGet-in göstərdiyi xidmətlər:
  • Fərdi konsultasiya və akademik dəstək ilə ən uyğun şəhər, universitet və ixtisas seçimi
  • Universitetə müraciət və müraciət prosesi zamanı rəhbərlik etmək
  • Vizaya müraciət proseduru
  • Səfərin təşkil edilməsi
Xaricdə göstərilən xidmətlər:
  • Havalimanında qarşılama və transfer
  • Universitet qeydiyyat prosedurları
  • Yataqxana və ya ev kirayələməsi zamanı rəhbərlik göstərmək
  • Simcard və bank kartı açılmasında yardım göstərmək
  • Şəhərə, ölkəyə adaptasiya üçün dəstək
  • 1 illik məcburi sağlamlıq sığortası ilə təmin edilmə
  • Tərcümə prosesi
  • Hazırlıq kursu sonrası universitetlərə müraciət edilməsi
  • İlk 1 il boyunca təşkilati dəstək

Ən çox soruşulan suallar

Rusiyada universitetlərə görə təhsil haqqı necə dəyişir?

Rusiyada universitetlərin xərclərinin böyük bir qismi dövlət tərəfindən subsidiya edilir. Bu səbəblə, Rusiya universitetləri bir çox ölkəyə görə daha uyğundur. Rusiyada universitet qiymətləri illik 1500 – 4500$ arasında dəyişir. 

Rusiyada ingilis dilində təhsil ala bilərəm mi?

Rusiya universitetlərində təhsil əsasən rus dilindədir. Xüsusilə də, tibb, diş həkimliyi, mühəndislik, biznes və incəsənət kimi sahələrdə ingiliscə təhsil ala bilərsiniz. 

 

 

Rusiyada Təhsil