Ukraynada Sərfəli Universitet Təhsili – Son illərdə Ukraynada universitet təhsili almaq tələbələrin seçim siyahısında ilk pillələrdə yer almışdır. Ukrayna universitetləri Avropa İttifaqı ölkələri tərəfindən tanınır və qəbul edilir. Eyni zamanda Elm və Təhsil Nazirliyi də Ukrayna universitetlərini rəsmən tanıyır və bu universitetlərdən əldə edilən diplomlara təsdiq verir.
Ukrayna Universitetləri
Ukrayna, ali təhsil müəssisələri baxımından olduqca zəngindir. Bu ölkə, Şərqi Avropanın ən nüfuzlu universitetlərinə ev sahibliyi edir. Sovetlər Birliyi dövründə qabaqcıl universitetləri və güclü akademik kadrları ilə tanınan Ukrayna bu ənənəni bu gün də uğurla davam etdirir. Ukrayna univesitetləri professor-müəllim heyəti, elmi nailiyyətləri, ixtiraları və böyük potensialı ilə dünyada məşhurdur. Kiyev Politexnik Universiteti, Taras Şevçenko adına Milli Universitet, Milli Aviasiya və Kosmos Universiteti kimi ali məktəblər hər il dünyanın müxtəlif ölkələrindən minlərlə tələbəni qəbul edir.
Niyə məhz Ukraynada Təhsil?
Artıq Qəbul imtahanı stressinə son! Sadəcə orta məktəb diplomu ilə Ukrayna universitetlərinə qəbul ola və istədiyiniz ixtisas üzrə təhsil ala bilərsiniz. Universitet imtahanınında uğurlu ola bilməmək qorxusuna ehtiyac yoxdur. XaricəGet sizə Ukrayna universitetlərində arzuladığınız ixtisasa qəbul olmaqda öz dəstəyini göstərəcəkdir.
Ukraynada ali təhsil üçün heç bir qəbul imtahanı tələb edilmir. İlk il hazırlıq kursunu başa vurduqdan sonra seçdiyiniz universitetdə, istədiyiniz fakültədə təhsil almaq imkanı əldə edirsiniz. Beləliklə, universitet məzunu olmağın qürurunu siz də yaşaya bilərsiniz.
Ukrayna universitetlərindən alınan diplomlar həm Avropa İttifaqı Ölkələrində, həm də Azərbaycanda tanınır! Diplomunuza DİM tərəfindən təsdiq verilir.
Avropa ölkələri arasında universitetlərin qarşılıqlı tanınmasını, əməkdaşlığını və tələbə mübadiləsini mümkün edən Bolonya sazişini imzalayan ölkələrdən biri də Ukraynadır. Bu səbəbdən Ukraynada əldə etdiyiniz diplom bütün Avropada keçərlidir. Azərbaycanda da Bolonya sazişini imzaladığı üçün diplomunuz həm Avropada, həm də Azərbaycanda rəsmən qəbul edilir. Azərbaycan ilə Ukrayna arasında inkişaf edən ikitərəfli münasibətlərin nəticəsi olaraq DİM Ukrayna universitetlərini tanıyır və diplomlara təsdiq verir.
Həm universitet məzunu olun, həm də müxtəlif dillərə yiyələnin
Ukraynada təhsilinizi istəyə görə ingilis, və ya ukrayna dillərində ala bilərsiniz. Üstəlik gündəlik həyatda həm rus, həm də ukrayna dilləri aktiv şəkildə istifadə edildiyinə görə burada təhsil alan tələbələr iki dili də öyrənərək məzun olurlar. Bu isə sonradan Azərbaycanda və beynəlxalq mühitdə onlara böyük üstünlük qazandırır. Eyni zamanda, Ukraynada tamamilə ingilis dilində təhsil almaq imkanı da mövcuddur.
Hazırlıq təhsilini paytaxt Kiyevdə eləcə də, Xarkov və ya Odessa kimi şəhərlərdə oxuyun
Ukraynada biz əsasən tələbələrə Kiyev, Xarkov və ya Odessa şəhərlərində yerləşən universitetlərə qəbulu məsləhət görürük. Burda alacağınız ingilis və ya ukrayna dili üzrə hazırlıq kursunu bitirdikdən sonra istəsəniz həmin universitetdə, istəsəniz isə başqa universitetdə təhsilinizi davam etdirə bilərsiniz. Hazırlıq müddətində isə ixtisas və universitet seçiminiz üçün əlavə vaxtınız da olacaqdır.
Ukraynada Təhsil Haqları
Ukraynada ali təhsil almaq, hətta Azərbaycandan belə daha sərfəlidir!
Yüksək akademik səviyyəni münasib təhsil və yaşayış xərcləri ilə birləşdirən Ukrayna, tələbələr üçün son dərəcə cəlbedici seçimdir. Burada həm təhsil haqqı, həm yataqxana, həm də gündəlik sosial xərclər ailələrin büdcəsinə uyğundur, hətta bir çox hallarda Azərbaycandan belə daha ucuzz başa gəlir. Ukrayna universitetlərinin böyük əksəriyyətində illik ümumi xərclər (təhsil haqqı + yataqxana) orta hesabla 1900-4500 ABŞ dolları arasında dəyişir.
Sərfəli və keyfiyyətli hazırlıq kursları – həm Ukraynaca, həm də İngiliscə!
Ukraynada tədris dili əsasən ukrayna dili olduğu üçün tələbələr ilk illərində hazırlıq kursu keçirlər. XaricəGet isə tələbələrinə bütün detallar nəzərə alınaraq hazırlanmış, həm Ukraynaca, həm də İngilis dilində hazırlıq kursları təqdim edir. Bu proqramlar hazırda 3 fərqli şəhərdə və universitetdə həyata keçirilir.
Ukrayna top universitetləri
Ukraynada universitet təhsili ilə yanaşı dil təhsili də almaq istəyirsinizsə, ilk olaraq Ukraynanın ən top universitetlərindən hazırladığımız və bütün xərclərin nəzərə alındığı təhsil paketlərindən birinə müraciət edib Ukraynada hazırlıq təhsili ala bilərsiniz. Bundan sonra isə istədiyiniz bölüm və universitetdə bakalavr təhsilinizə başlaya bilərsiniz. Ukraynanın top universitetləri isə aşağıdakılardır:
- Xarkov Karazin Universiteti – Ukraynada tibb, stomotologiya və əczaçılıq sahəsində ən çox seçilən universitetdir.
- Kiyev Taras Şevçonko Universiteti – Ukraynanın ən çox tanınmış və qədim universitetlərindən biridir.
- Kiyev Milli Aviasiya Universiteti (NAU) – 1933-cü ildə təməli qoyulan universitet kompyuter və təyyarə mühəndisliyi sahəsində Ukrayının ən yaxşı universiteti olaraq tanınır.
- Kiyev Politexnik Universiteti – Ukraynada mühəndislik təhsili verən ən prestijli universitetlərdən biridir.
- Kiyev Biznes və İqtisadiyyat Universiteti – Biznes və İqtisadiyyat sahələrində ön plana çıxan modern bir universitetdir.
- Odessa Milli İqtisadiyyat Universiteti – İqtisadiyyat sahəsində keyfiyyətli təhsil verən universitetlərdən biridir.
- Odessa Milli Dənizçilik Akademiyası – Dünyaca tanınan dənizçilik akademiyasıdır.
- Odessa Milli Meçnikov Universiteti – Ukraynanın tanınmış universitetlərindən biridir.
- Sumy Dövlət Universiteti – Ukraynanın ən yaxşı 5 universitetindən biridir.
Qonaqlama Seçimləri
Ukraynada demək olar ki, bütün universitetlərin öz yataqxanası vardır. Adətən otaqlarda 3-4 nəfər qalır və illik ödəniş hər bir tələbə üçün təxminən 500 – 1500 ABŞ dolları təşkil edir ki, bu da sərfəlidir. Ukraynada bakalavr və ya magistr təhsili alan tələbələrimizin bir qismi universitet yataqxanalarına üstünlük verərkən, bir qismi ev kirayələmə seçimindən yararlanırlar.
Kiyevdə ev kirayələri digər digər şəhərlər baxmış bir qədər yüksəkdir, lakin bu qiymət məhz Bakıda olan qiymətlərlə demək olar ki, bərabərlik təşkil edir. Şəhər mərkəzinə uzaqlığı, evin genişliyi, rahatlığı kimi kriteriyalar nəzərə alındığında iki otaqlı evin aylıq kirayəsi 250$ ilə 750$ arasında dəyişir. XaricəGet, tələbələrinə həm universitet yataqxanasına müraciət, həm də ev kirayələməsi, kirayələmə müqaviləsi, əmlak məsələləri ilə bağlı xidmətləri təklif edir.

Ən çox soruşulan suallar
Ukrayna universitetlərinin diplomları Təhsil nazirliyi tərəfindən qəbul edilir mi?
Ukrayna universitetlərinin bir çoxu Təhsil Nazirliyi tərəfindən tanınır. XaricəGet, Ukraynada sadəcə Təhsil Nazirliyinin tanıdığı universitetlərlə əməkdaşlıq edir. Ukraynada təhsil alacağınız universitetin Təhsil nazirliyi tərəfindən tanınıb-tanınmadığını Elektron Hökümət Portalın-dan – www.e-gov.az saytından öyrənə və ya bizə yaza bilərsiniz.
Ukraynada universitet qiymətləri nə qədərdir?
Ukraynada təhsil bir çox Avropa ölkəsindən daha sərfəlidir. Ukrayna univeristetlərinin illik qiymətləri 1000 – 4500 dollar arasında dəyişir. Tibb, stomatologiya, əcazçılıq və bəzi mühəndislik bölümləriinin qiymətləri olduqca uyğundur. Biznes, Turizm və Dil bölümləri isə daha uyğun qiymətli ixtisaslardandır. Ukraynada təhsil əsasən ukrayna, rusca və ingilis dilində tədris edilir. Ukraynaca tədris edilən bölümlərin illik qiymətləri ingilis dilindən daha uyğundur.
Ukraynada hazırlıq təhsili ala bilərəm?
Bəli, Ukraynada həm ingilis, həm də ukrayna dilində hazırlıq kursu keçə bilərsiniz. Hazırlıq təhsili 1 il davam edir və təhsilin sonunda istədiyiniz universitetdə istədiyiniz ixtisasa müraciət edə bilərsiniz.
Ukraynada hazırlıq kursunun qiymətləri necədir?
Ukraynada ingiliscə və ya ukrayna dilində təhsil almağınız mümkündür. Qiymətlər isə 3400$ ilə 4600 $ arasında dəyişir. Bu qiymətdən əlavə aylıq olaraq da cib xərcliyinə də ehtiyacınız olacaqdır.
Ukraynada Tibb təhsilinin qiyməti nə qədərdir?
Ukraynada tibb oxumaq istəyən namizədlər üçün illik təhsil haqqı 4000$ ilə 4600$ arasında dəyişir. Həm ingilis, həm də ukraynaca tədris ala bilərsiniz. Ukraynada tibb təhsili üçün ən çox seçilən universitet Xarkov Karazin Universitetidir.
Müraciət şərtləri nələrdir?
Ukraynada universitet oxumaq üçün məktəb məzunu olmağınız kifayətdir. Ukrayna universitetləri, Tibb kimi bölümlər xaric giriş imtahanı tələb edilmir, yəni hazırlıq təhsilinin ardı kimi universitetlərə müraciət edə bilərsiniz.
Müraciət nə vaxt başlayır?
Ukrayna universitetləri sentyabr-noyabr aylarında başlayır, müraciət isə fevral ayından avqustun sonlarına kimi davam edir.
Magistr dərəcəsi üzrə təhsil haqları necədir?
Ukraynada magistr təhsil haqları təhsil alacağınız bölümə görə illik olaraq 1800$ ilə 3500$ arasında dəyişir. Ukraynada magistr oxumaq üçün bakalavr məzunu olmanız kifayətdir. Xarici dilinizlə bağlı çətinliyiniz varsa hazırlıq kursu ilə başlaya daha sonra təhsilinizi davam etdirə bilərsiniz. Ukrayna universitetlərində magistr təhsili müraciət tarixi fevral-iyul aylarında başlayır.
Magistr təhsili neçə il davam edir?
Ukraynada magistr təhsili 2 il davam edir. Xarici dillə bağlı çətinliyiniz varsa artıq yuxarıda qeyd etdiyimiz kimi hazırlıq kursuna başlaya bilərsiniz ki, bu da 1 il davam edir.
Ukrayna universitet vizası üçün şərtlər nələrdir?
Ukraynada universitet oxuyacaq tələbələrin viza prosedurunda XaricəGet yaxından iştirak edir. Ukrayna təhsil vizası üçün universitetdən alacağınız qəbul məktubu, sağlamlıq haqqında arayış və diplomunuz kifayətdir. XaricəGet, Ukrayna tələbə vizalarında 100% uğur göstəricisinə malikdir.
